Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ədalət bərpa olunacaqmı?

By Vüsal Rafiqoğlu
29.01.2025 3 Min Read

1990-cı il 20 Yanvar faciəsinə görə əsas məsuliyyəti Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, ermənipərəst mövqeyi ilə seçilən Mixail Qorbaçov daşıyır. Məhz onun əmri ilə sovet ordusu, daha doğrusu, ermənilərin də olduğu xüsusi təyinatlılar milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımıza divan tutmaq məqsədilə Bakıya və Azərbaycanın digər ərazilərinə daxil olub. Sovet ordusunun Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması və açdığı atəşlər nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Hərbçilərin yandırıcı güllələrdən törətdikləri yanğınlar nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət, şəxsi əmlak məhv edilib. Şəhid olanların arasında qadınlar, uşaqlar və qocalar, təcili yardım xidmətinin əməkdaşları və polis əməkdaşları da olublar.

Qəribədir ki, günahsız, dinc əhalinin qətliamına göstəriş verən keçmiş SSRİ lideri Mixail Qorbaçov bir neçə ay sonra, daha doğrusu, 1990-cı ilin oktyabrın 15-də “Bugünkü beynəlxalq vəziyyətin əsas hissəsini xarakterizə edən sülh prosesindəki aparıcı roluna görə” Nobel Sülh Mükafatına layiq görülüb. Halbuki, 20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyət əleyhinə cinayət idi. Yeri gəlmişkən qeyd edək ki, o zaman Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev siyasi iradə nümayiş etdirərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada bəyanatla çıxış edib və xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının, o cümlədən Qorbaçovun cəzalandırılması tələbini səsləndirib: “Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır…” Məhz bundan sonra dünya Azərbaycanda törətdiyi qırğını ört-basdır etməyə çalışan imperiyanın bu vəhşiliyindən xəbərdar olub. Yeri gəlmişkən, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi, 20 Yanvar gününün “Ümumxalq Hüzn Günü” kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması, eləcə də Şəhidlər xiyabınında “Əbədi məşəl” abidə kompleksinin inşası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Bir məsələni də vurğulayaq ki, illər sonra keçmiş SSRİ prezidenti, daha doğrusu, 20 Yanvarın baiskarı Mixail Qorbaçov bu hadisədən danışarkən bildirmişdi ki, Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi. Göründüyü kimi, o özü də törətdiyi cinayəti etiraf edib. Bununla da dolayısı ilə həmin mükafata layiq olmadığını bildirib.

M.Qorbaçov Azərbaycandan başqa, həm də Vilnüsdə, Tbilisidə, Çeçenistanda, Tacikistanda, Abxaziya və Osetiyada da çoxsaylı insan tələfatına səbəb olmuş hadisələrin baiskarıdır. Bu mənada o, beynəlxalq hüququn normalarına üyğun məsuliyyət daşıyır. Belə əməllərin sahibinə isə Nobel Sülh Mükafatı kimi yüksək mükafatın verilməsi yolverilməzdir.

Nobel Sülh Mükafatının özünün müəyyən etdiyi kriteriyalar var. Bu kriteriyaların heç birinin Qorbaçovun fəaliyyəti ilə yaxın-uzaqdan əlaqəsi yoxdur. Demək, Qorbaçova bu mükafatın verilməsində xidmət yox, siyasət ön sıraya çəkilib. Əksinə, çoxsaylı insanın məhvinin səbəbkarı olduğu üçün M. Qorbaçov beynəlxalq məhkəmə qarşısında cavab verməli və cəzalandırılmalı idi. Şübhəsiz, bu, Nobel Sülh Mükafatının tarixində ən böyük ədalətsizlikdir. Odur ki, Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri, ictimai fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranları dəfələrlə Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə açıq məktublarla müraciət edərək bu qara ləkəni silməyə, daha doğrusu, əli Azərbaycan xalqının qanına batmış Mixail Qorbaçovun həmin mükafatdan məhrum edilməsini xahiş ediblər. Bu günlərdə “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətini də belə bir addım atıb. Həmin məktublarda birmənalı şəkildə qeyd olunur ki, Mixail Qorbaçovun Nobel Sülh Mükafatı ilə təltif edilməsi Azərbaycan xalqı üçün 20 Yanvar kədəri qədər əzablıdır.

Norveç Nobel Komitəsi hələ də bu müraciətlərə biganə yanaşmaqda, başqa sözlə desək, Qorbaçovun tərəfini saxlamaqda davam edir. Amma xalqımız əmindir ki, bu yanaşma dəyişəcək və Azərbaycan xalqının, eləcə də keçmiş Sovet İttifaqının digər xalqlarının dərin nifrətini qazanmış Mixail Qorbaçovun heç olmasa ölümündən sonra Nobel Sülh Mükafatından məhrum edilməsi barədə qərara imza atmaqla tarixi ədalət bərpa olunacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Partlayan mina yenə müsibət gətirdi

Next

Növbənöv kolbasa məmulatlarının keyfiyyətinə necə əmin olaq?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv