Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Din adamlarına mediaya danışmaq yasağı

By Vüsal Rafiqoğlu
29.01.2025 3 Min Read

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu qadağanın səbəbini açıqlamır – dini ekspertlər nə deyir…

Azərbaycanda dini mövzular çox müzakirə edilsə də, din adamları ictimaiyyətə hər keçən gün daha da qapalı olmağa başlayıb. Modern.az saytı bir neçə din xadimindən müsahibə almaq üçün müraciət etsə də, həmin şəxslər müsahibə vermək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almalı olduqlarını, sualları əvvəlcədən onlara göndərməyi xahiş ediblər. Bir neçə gün sonra isə komitənin müsahibəyə icazə vermədiyini qeyd ediblər.

Dini Komitə bu qadağaya aydınlıq gətirilmək istəməyib. Nəticədə müşahidələr onu deməyə əsas verir ki, əsas vəzifəsi qanun çərçivəsində dini təbliğ etmək, onu qorumaq, dinlər arasında birlik yaratmaq olan komitə ölkədə dini savadsızlığın yaranmasına şərait yaradır.

Siyasi İslamın 50 illik dövrü - Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu

Dini məsələlər üzrə mütəxəssis Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, din xadimlərinin işi dini, İslamı təbliğ etməkdir. Onun sözlərinə görə, komitə qadağanın səbəbini açıqlamalıdır: “Komitə qanunla din xadimlərinin təyinatını həyata keçirir. Lakin dövlət qurumunun din xadimlərinə bu qədər müdaxiləsi konstitusiyaya uyğun deyil. Din xadiminin mətbuata danışmasının komitəyə hansı zərəri var ki? Komitə bununla bağlı izahat verməlidir. Din xadimlərinin fikir və ifadə azadlığı məhdudlaşdırılır. Dövlət qurumunun din xadimlərini təyin etməsi,  maaş verməsi, görünür, onları idarəetmə funkisyasını əldə etməsinə səbəb olur. Bu da bugünkü nəticələrə gətirib çıxarır”.

Ermənistan 2020-ci ildə baş verənlərdən nəticə çıxarmadı" - Ceyhun Məmmədov  - Unikal.az

Ceyhun Məmmədov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, rəsmi şəxslər və dövlət qurumları mətbuata münasibətdə fəallıq göstərməlidirlər: “Din xadimi və ya dövlət qurumu məsələyə münasibət bildirməyəndə qeyri-peşəkarlar insanları yanlış istiqamətə aparır. Bu isə ümumi aparılan işə mənfi təsir göstərir.  Bu gün atılan  addımlara, görülən işlərə baxmayaraq, Azərbaycanda dini maarifləndirmənin səviyyəsi o qədər də yüksək deyil. İnsanlarda hələ də din haqqında düzgün təsəvvürlərin olmadığını görürük. Ona görə də bu sahədə çox işlər görülməlidir.  Birmənalı olaraq da rəsmi strukturlar daha fəal iş ortaya qoymalıdırlar ki, yanlış təsirlər güclənməsin. Azərbaycan vətəndaşları məlumatları rəsmi qurum və din xadimlərindən asanlıqla almalıdırlar. Biz əgər ölkəmizə qarşı aparılan zərərli təsirləri aradan qaldırmaq istəyiriksə, din xadimlərinin, axundların, imamların fəal olması çox önəmlidir. İranın bir sıra din xadimlərinin ölkəmiz əleyhinə fikirlər səsləndirdiyini gördük, o şəxslərə öz din xadimlərimiz fəal şəkildə cavab verməlidirlər. Ümumilikdə, bu şəxslərin mətbuata açıq olması daha faydalıdır. Bütün müsəlman ölkələrində daxili-ictimai sabitliyi pozmaq üçün din amilindən məharətlə istifadə edilir. Dini sahəyə həssas yanaşmalıyıq ki, ölkənin təhlükəsizliyini və ictimai-siyasi sabitliyi qoruya bilək”.

resul mirhesimli.jpeg (61 KB)

 Rəsul Mirhəşimli 

Mövzu ilə bağlı ilahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a  bildirib ki, istənilən dini mövzu ilə bağlı din xadimləri ölkənin əsas normativ aktlarından, dövlətin mövqeyindən xəbərdardırlar. Bu halda, jurnalistlərin də onlara ünvanladığı suallara heç bir problem olmadan cavab verə bilərlər: “Təsəvvür edək ki, analoji hal məscidə gələn bir azərbaycanlı müsəlmanla bağlı yaşanıb. Həmin din xadimi ona ünvanlanan sualın cavabını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə aldıqdan sonra verəcəkdi? Məscidlərdə səlahiyyət sahibi olanların dini bilikləri istənilən suala cavab vermək imkanı yaratmalıdır. Əgər doğrudan da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimlərinə medianın suallarını cavablandırmağa qadağa qoyubsa, bu hal yaxşı deyil. Çünki onların jurnalistlərin suallarına cavab vermək üçün icazə almağa məcbur olmaları, həm də sualların əvvəlcədən verilməsi tələbi ifadə azadlığının məhdudlaşdırılmasıdır. Bu, insanların müxtəlif fikirlər və dini məsələlər barədə sərbəst düşünmələrini, müzakirə etmələrini əngəlləyir. Belə bir yanaşma cəmiyyətin dini məsələlərdə daha az məlumatlı olmasına və düşüncə müxtəlifliyinin daralmasına səbəb ola bilər. Yaxşı olar ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələyə aydınlıq gətirsin. Əgər belə bir qadağa varsa, həmin qadağa aradan qaldırılsın. Nəzərə alaq ki, vətəndaşlar öz dövlətinə bağlı din xadimlərinin fikirlərinə ehtiyac duyur, mətbuat da bu fikirləri cəmiyyətə çatdırmaq üçün fəaliyyət göstərir. Belə hallar yaşananda insanlarımız başqa ölkələrdən ixrac edilmiş zərərli fikirlərin təsiri altına düşür. Bu da ölkəmiz üçün arzu olunan deyil. Əgər müəyyən icazə verilmiş şəxslər və ya qurumlar din haqda danışa bilərlərsə, bu, cəmiyyətdə dini müxtəlifliyin azalmasına və alternativ fikirlərin aradan qalxmasına səbəb ola bilər.

Ümumi prinsiplərdən xəbərdar olan istənilən din xadimi jurnalistin ona ünvanladığı suallara rahat şəkildə cavab verə bilər. Bu məsələ cəmiyyət üçün əlavə problemə çevrilməməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

AMEA Qafqazşünaslıq İnstitutunu niyə bağladı – ilginc iddialar

Next

Böyrəklərin sağlamlığı üçün faydalı ÇAY

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv