Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiyanın Türkiyəyə qarşı ŞOK PLANI

By Vüsal Rafiqoğlu
29.01.2025 3 Min Read

Moskva saxta soyqırımı iddiasından ideoloji silah kimi istifadə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Sürixdə erməni icmasının nümayəndələri qarşısında çıxışında eyham vurub ki, Osmanlı İmperiyasında 1915-ci ildə erməni soyqırımı ilə bağlı yüz ildən artıqdır səslənən ittihamlar uydurma ola bilər və mövzunun özü də soyuq müharibə başlayandan sonra Moskvadan qaynaqlanıb. “Necə oldu ki, 1939-cu ildə ermənilərin “soyqırımı” gündəmdə olmayıb? Niyə bu gündəm 1950-ci ildə ortaya çıxdı? Niyə bu baş verdi? Bunu başa düşməliyik, ya yox? Biz bu mövzulara qarışmalıyıq, ya yox? Biz öz şəxsiyyətimizə nəzarət edirik, ya yox? Bunlar danışılmalı olan məsələlərdir. Bunlar bu problemləri həll etmək üçün anlamalı olduğumuz əsas suallardır. Biz öz tariximizi dərk etməliyik, kimliyimizi dərk etməliyik”, – Paşinyan bildirib. Beləliklə, Ermənistan lideri ilk dəfə olaraq “soyqırımı” mövzusunun Moskva tərəfindən geosiyasi kontekstdə İkinci Dünya müharibəsinin bitməsindən və “soyuq müharibə”nin başlanmasından, Türkiyənin Qərb blokuna qoşulmasından sonra istifadə olunduğuna açıq şəkildə işarə edib.  Yəni SSRİ bu ideoloji silahı kamalist Türkiyəyə qarşı istifadə edib.

Ermənistanın baş nazirinin Sürixdə erməni diasporu qarşısında çıxışı zamanı Moskvanın siyasi laboratoriyalarında “soyqırımı nəzəriyyəsi” ilə bağlı tezislərini hazırlaması Ankara ilə münasibətlərin normallaşdırılması istiqamətində israrlı səylərin davamı kimi də qiymətləndirilə bilər. Məlum olduğu kimi, Ermənistan 2021-ci ildən Türkiyə ilə heç bir ilkin şərt, o cümlədən “soyqırımı”nın tanınması və ya bu mövzunun hər hansı formada müzakirəsi olmadan əlaqələr qurmağa çalışır. 

Paşinyanın bu açıqlaması müxalifət tərəfindən sərt şəkildə tənqid edilib. Kremlə yaxın Rusiya Erməniləri Birliyi Paşinyanı “sübut edilmiş soyqırımı faktını şübhə altına almaqda” ittiham edən bəyanat yayıb.

Nikol Paşinyan Rusiyaya qarşı olduğu üçün belə deyir, yoxsa Moskva həqiqətən də bu uydurmadan  Türkiyəyə qarşı istifadə etmək üçün istifadə edib?

Mütəllim Rəhimli: Semestr imtahanları keçirilməlidirmi? - Mektebgushesi

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli “Yeni Müsavat”a şərhində bildirdi ki, Nikol Paşinyan xülyalarla yaşayan Ermənistanı reallıqlarla barışmağa çağırır, buna doğru aparır: “Onun bütün hərəkətləri və siyasəti ona yönəlib ki, erməniləri uydurma iddialardan cəkindirsin. Ermənistan və dünya erməniləri uzun müddətdir uydurma erməni soyqırımı ilə dünyada özlərini məzlum, yazıq xalq kimi göstərməyə çalışır. Onlar bundan istifadə edərək bir sıra güzəştlər, maliyyə yardımları və iqtisadi, siyasi dəstək əldə ediblər. Həm də bu iddiaları supergüclərin əlində zaman-zaman Azərbaycana və Türkiyəyə qarşı bir təhdid vasitəsi kimi istifadə olunub. Lakin uydurma soyqırımı iddiaları Ermənistana önəmli bir qazanc gətirməyib. Əvəzində qonşularla düşmən münasibət formalaşıb. Ermənistanı Avropa Birliyinə sürükləyən Nikol Paşinyan ölkəsinin başına gətirilən bəlaların həqiqi səbəblərini də deməyə başlayıb. Paşinyanın dedikləri tarixi faktlara əsaslanır. Belə ki, Rusiya cənub sərhədində ozünün təhlükəsizlik buferi kimi həmişə Ermənistanı görüb. Əsas təhlükənin isə türklərdən gəldiyini və ona qarşı Ermənistanı bir dövlət kimi formalaşdırdığını və qoruduğunu hər kəs bilir. Ona görə də uydurma soyqırımı ifadəsinin dünyada zorakılığı təmsil edən, “Parçala, hökm elə!” şüarını əsas prioriteti hesab edən Rusiyanın məqsədyönlü ideyası olması inandırıcıdır. Rusiya uydurma “erməni soyqırımı” məsələsini bilərəkdən Türkiyəyə qarşı istifadə etmək üçün gündəmə ermənilərin əli ilə daşıyıb. Bunu ermənilər daha yaxşı bilər və bu ölkənin arxivləri təsdiq edə bilər ki, uydurma soyqırımı iddiası kim tərəfindən ortaya atılib. Nikol Paşinyanın dediklərinin kifayət qədər əsası var. Əks halda, o, Rusiyaya qarşı belə bir iddianı səsləndirməzdi”.

Ekspert hesab edir ki, Nikol Paşinyanın bu fikirləri daha çox Ermənistanı və erməniləri həqiqətlə yaşamağa öyrətmək, həm də inkişafa yönəltməyə xidmət edir: “O, Ermənistanın həqiqi dostunun və düşməninin indiyədək doğru-düzgün muəyyənləşdirilmədiyini bildirməyə də çalışır. Təbii ki, bu zaman Rusiyanın Cənubi Qafqazdakı oyunlarının mahiyyəti də üzə çıxır. Rusiya ifşa olunmasa, Paşinyan Ermənistanı Avropa Birliyinə daşıya bilməyəcəyini başa düşür. Ona görə də vaxtaşırı olaraq həqiqətləri söyləyir. Bununla bağlı ölkəsinin arxivində olan tarixi mənbələrin də üzə çıxarılmasını təmin etsəydi, daha yaxşı olardı”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

NARKOMANİYA CƏMİYYƏTİN BİOPSİXOSOSİAL XƏSTƏLİYİDİR

Next

AMEA Qafqazşünaslıq İnstitutunu niyə bağladı – ilginc iddialar

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv