Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Özünü nə sayır Kanada?

By Vüsal Rafiqoğlu
01.02.2025 2 Min Read

Təcavüzkar Ermənistan üçün dəridən-qabıqdan çıxan ölkələrdən biri də hayların qondarma “soyqırımı”nı tanıyan Kanadadır. Hələ 44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı erməni lobbisinin əsiri olan Kanadanın ermənipərəst mövqe sərgiləməsi, böhtanlarla dolu bəyanatlar səsləndirməsi bunun nəticəsi idi. Təəssüf ki, bu gün də bu ölkə Hayastan “naminə” Azərbaycana qarşı mübarizəsini davam etdirir. Belə ki, ölkəmizə qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən Kanadanın xarici işlər naziri Melani Coli yenə əvvəlki kimi ermənipərəst fikirləri ilə gündəmə gəlib.  Öz işini Fransa Prezidenti Emmanuel Makronun təlimatları əsasında quran kanadalı nazir Azərbaycanda mühakimə olunan separatçıların qeyd-şərtsiz azad edilməsi ilə bağlı çağırış edib. O, həmçinin

erməni mülki əhalinin təhlükəsiz və ləyaqətlə öz vətənlərinə qayıtmasının, erməni mədəni irsinin qorunmasının vacibliyini də vurğulayıb.

Şübhəsiz, Colinin bu şəkildə sayıqlaması onun qatı ermənipərəstliyindən qaynaqlanır. Görəsən, bu xanım nazir nə vaxtsa heç olmasa bir dəfə Azərbaycan həqiqətlərini dilə gətirəcəkmi? Başqa sözlə desək, öz yurd-yuvalarından zorla qovulmuş Qərbi azərbaycanlıların tarixi vətənlərinə qayıdış hüququndan, yaxud  1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın talelərindən söz açacaqmı?

Bütün bunlar göstərir ki, Kanada Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək beynəlxalq hüququn aliliyini təmin etməsini qəbul etmək istəmir və bölgədə yenidən münaqişə yaratmağa çalışır. Şübhəsiz, Ermənistandakı Avropa İttifaqının “mülki” missiyasına müşahidəçi göndərən, təcavüzkar ölkəyə  maliyyə yardımları ayıran qeyri-Avropa ölkəsinin, daha doğrusu, rəsmi Ottavanın rəsmi Bakıya qarşı qərəzli addımlarının arxasında  dünyaya demokratiya “dərs”i keçən Makron Fransası  dayanır.

Digər tərəfdən, yaxşı olardı ki, bu xanım nazir  ölkəsinin ABŞ-ın 51-ci ştatına çevrilə bilməsi təhlüksəsi ilə əlaqədar çağırış edəydi. O da yaxşı olardı ki, o, bir müddət əvvəl Donald Trampın Kanadanın Baş naziri vəzifəsində qalan Castin Trüdonu “Kanadanın qubernatoru” adlandırmasına reaksiya verəydi. Yəni, ölkəsinin daxili işləri ilə bağlı açıqlamalarla gündəmə gələydi.

Yeri gəlmişkən, siyasətçilərin sözlərinə görə, ABŞ Kanadanın bütün sahələr üzrə himayəçisi və müdafiəçisi rolunda çıxış edir. Bu baxımdan, onun siyasi hakimiyyətinə rəsmi Vaşinqton əsaslı təsiretmə gücünə malikdir. Onu müdafiə etmək üçün əlavə xərclər sərf etməkdənsə, ABŞ ölkəni tərkibinə qataraq sərfiyyatı azaltmaq niyyətindədir.  Bu mənada ABŞ-a sığınan, onun kölgəsində özünü təhlükəsiz hiss edən Kanadanın rəsmisinin müstəqillikdən danışması, Azərbaycan kimi güclü bir dövlətə “yol” göstərməyə çalışması absurddur.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Kanadanın müstəqilliyi məsələsinə toxunarkən  bildirmişdi ki, görün, bunların iqtisadiyyatı nə qədər bərbad vəziyyətdədir ki, Amerika əgər onlara əlavə rüsum tətbiq etsə, bunun iqtisadiyyatı çökəcək və cənab Tramp deyəndə ki, Kanada 51-ci ştat olmalıdır və cənab Trüdo qubernator olmalıdır, bu, əlbəttə trollinq kimi sayıla bilər: “Amma, əslində, bu sözlərdə bəlkə də məntiq var” .

Bu məqamda Prezident  İlham Əliyevin bir neçə il öncə Kanada ilə bağlı söylədiyi bu fikri də xatırlatmaq yerinə düşər: “…Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir, biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Regionun yaşıl mənzərəsini dəyişəcək layihə

Next

“Sülh kəsişməsi” Azərbaycansız heç iki qəpiyə də dəyməz

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv