Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Fizioterapiya zamanı bunlar nəzərə alınmalıdır – Həkim AÇIQLADI

By Vüsal Rafiqoğlu
03.02.2025 4 Min Read

– Doktor, fizioterapiyanın növləri hansılardır?

– Fizioterapevtik faktorlar təbii və süni olmaqla 2 yerə bölünür. Təbii faktorlar dedikdə, Günəş vannaları, dənizdə çimmək, dəniz ətrafı gəzintilər, iqlim müalicəsi (iqlim terapiyası), təbii duz mağaraları, estetoterapiya, fonoterapya nəzərdə tutulur.

Süni faktorlar xarakterinə görə elektrik cərəyanı ilə müalicə, maqnitoterapiya, optik diapazonlu elektromaqnit dalğaları ilə müalicə, süni dəyişdirilmiş hava mühiti ilə müalicə, franklinizasiya, mexaniki üsullardan istifadə etməklə müalicə, su ilə müalicə, balneoterapiya, termoterapiya, iqlimlə müalicə, sanator-kurort müalicəsi və s. bölmələri mövcuddur.

– Uşaqlarda daha çox hansı şikayətlər əsasında fizioterapevtik müalicələr həyata keçirilir?

– Son illər elm və texnikanın inkişafı ilə əlaqədar olaraq uşaqlarda duruş kifozu, skoliozlar, döş qəfəsinin deformasiyaları, yastı pəncəlik, lordozlarda, eləcə də travmatik zədələnmələr, əzələ sinir, yumşaq toxuma zədələməsi və tənəffüs sistemi xəstəlikləri rast gəlinir. Bundan əlavə, uşaqlarda genetik, irsi xəstəliklər, məsələn əzələ distrofiyaları, spinal, muskulyar atrofiya və nevroloji xəstəliklər müşahidə olunur.

Bu zaman masaj müalicəsi, bədən tərbiyəsi, kalsium fosfor elektroforez, paravertebral əzələlərin stimulyasiyası, üzgüçülük, hovuzda üzmə, maqnitoterapiya, ultrasəs müalicəsi, lazeroterapiya yaş qrupundan asılı olaraq fərdi seçilir. Bu prosedurları uşaqlar ildə 2 dəfə kurs şəklində qəbul edə bilərlər.

– Fizizoterapiya zamanı hansı amillər nəzərə alınmalıdır?

– Fizioterapiya zamanı xəstələrin yaşı, əsas və yanaşı gedən xəstəliklər, yuxu rejimi, həyat fəaliyyəti, iş rejimi nəzərə alınmalıdır. Uşaq, böyük və yaşlıların fizioterapiyaya olan reaksiyaları fərqlidir. Hər yaş qrupunun xüsusi tələbləri və məhdudiyyətləri olur.

Pasiyentin vəziyyəti və xəstəliyin gedişatına uyğun proqram tərtib olunmalıdır. Nevroloji, ortopedik, kardiopulmonar və digər vəziyyətlərə uyğun yanaşmalar tətbiq olunur.

Pasiyent şikayətlərlə müraciət etdikdə terapevtik, kardioloji, nevroloji, revmatoloji, endekronoloq, qastroenteroloq, LOR mütəxəssisləri tərəfindən konsultasiya olunur. Müayinələrin nəticələrinə əsasən hər bir xəstəyə individual müalicə planı hazırlanır.

Fizioterapiya təyin olunarkən, xüsusilə pediatriyada və ahıl yaşlı insanlarda fizioterapiyaya seçici yanaşmaq lazımdır. Dozimetriya yaşa uyğun seçilməlidir.

– Fizioterapiya və reabilitasiya üçün yaş məhdudiyyəti varmı?

– Fizioterapiyada mütləq yaş məhdudiyyəti yoxdur. Xəstənin yaşı, hazırkı vəziyyəti nəzərə alaraq, bu və ya digər prosedurların təyinetmə zamanı dozalanmanı fərdi seçirik. Ahıl yaşlı insanlara fizioterapiya təyin edilərkən, daha çox iqlim, kurort faktorları üstünlük təşkil etməlidir.

Fizioterapiya təyin olunarkən, ilk növbədə xəstələrin ürək-qan-damar sisteminin fəaliyyəti nəzərə alınmalı, kardioloji müayinə olunması vacib hesab olunur.

– Fizioterapiyanın istifadəsində hansısa əks-göstərişlərlə qarşılaşmaq mümkündürmü?

– Fizioterapevtik təyinatlar zamanı ümumi əks-göstərişlərə qanın sistem xəstəlikləri, koxeksiya, hipertoniya, baş-beyin damarlarının kəskin aterosklerozu, ürək-damar xəstəliklərinin dekonpensasiya mərhələsi, qan axma və qan axmaya meylilik, xəstənin ümumi ağır vəziyyəti aiddir. Bundan əlavə, qızdırmalı vəziyyət (bədən temperaturunun 38-dən yüksək olması), tez-tez tutmalarla müşayiət olunan epilepsiyalar, yüksək psixomotor oyanıqlıqlar, vərəmin açıq forması, bəd xassəli şişlər zamanı fizioterapiyanın istifadəsi tövsiyə olunmur.

– Hansı xəstəliklərdə Azərbaycanın unikal milli sərvəti olan Naftalan nefti tətbiq olunur?

– Bildiyiniz kimi, Naftalan şəhəri ərazisində əldə olunan eyni adlı neft yüksək müalicəvi təsirə malikdir. Hazırda dünyanın bir neçə ölkələrində də müalicəvi təsirə malik neft məhsulları əldə olunsa da, yüksək müalicəvi tərkibinə görə Naftalan nefti öz liderliyini qoruyub saxlayır.

Naftalan nefti naften turşuları və naften karbohidrogenləri ilə zəngindir. Zəngin kimyəvi tərkibi sayəsində naftalaoterapiya hiposensibilizasiya, iltihabəleyhinə, ağrıkəsici effekt yaranır, mübadilə-trofiki proseslər stimullaşır, toxumaların fizioloji regenerasiyası tənzimlənir.

Naftalan nefti həm ümumi vanna, həm də lokal yaxma, applikasiya zamanı rafinə olunan, qətransızlaşdırılmış naften karbohidrogenləri, naftomastika (naftalan nefti, parafin, seresin, kamfora) Naftalan yağı məlhəmləri şəklində tətbiq olunur. Əsasən dayaq-hərəkət sistemi, sinir sistemi, dəri xəstəlikləri, ginekoloji, LOR, uroloji xəstəliklərində geniş istifadə olunur.

Naftalan nefti digər fizioterapevtik üsullarla kombinə olunan formada tətbiq olunduqda, daha yüksək və dayanıqlı terapevtik nəticə əldə olunur.

– Uşaq və yeniyetmə yaş qrupunda rast gəlinən skoliozun müalicəsində hansı fizioprosedurlar tövsiyə olunur?

– Skolioz dayaq-hərəkət sistemi xəstəlikləri arasında rast gəlinən patologiyalara aiddir. Eləcə də, yaşlı insanlarda degenerativ proseslər fonunda əmələ gəlir. Skoliozun erkən diaqnostikası və müalicəsi vacibdir, çünki gecikmiş formalarda əməliyyat qaçılmaz olur.

Skoliozun müxtəlif formaları var. Bunlara kongenital, neyromuskulyar, idiopatik formalar aiddir. Kongenital forma anadangəlmə onurğa fəqərəsinin qüsurları ilə əlaqədardır. Neyromuskulyar forma nevroloji xəstəliklər fonunda yaranır.

Skoliozun simptomları inkişaf dərəcəsindən asılı olur. Bu zaman çiyin və çanaq hündürlüyündə olan assimetriya, kürək sümüklərində hündürlük fərqinin qeyri-bərabər vəziyyəti, döş qəfəsində qeyri-simmetrik vəziyyət, bel nahiyəsində çuxur görünməsi aşkar olunur.

Yeni doğulan və 3 yaşa qədər aşkar olunan skoliozlar infantil forma kimi, çox zaman bud-çanaq displaziyası ilə müşayiət olunur.

Yuvenil idiopatik forma 3-10 yaş arası uşaqlarda rast gəlinir. Bu zaman əyrilik artımı digərlərinə nisbətən daha çoxdur. Adolesan skolioz 10-18 yaş arası görülən skoliozdur.

Onurğa sütunu müxtəlif şöbələrində, daha çox döş və bel seqmentlərində əyriliklər müşahidə olunur. Onurğa sütunu deformasiyalarının nə qədər tez aşkar edib, müvafiq prosedurlar tətbiq olunarsa bir çox fəsadların qarşısını almaq mümkündür. İlkin olaraq rentgenoloji müayinələrin aparılması və skoliozun dərəcəsinin təyini vacibdir. Fizioterapevtik prosedurlar arasında onurğa sütunu deformasiyalarında daha geniş tətbiq olunan müalicəvi bədən tərbiyəsi, əzələ gücləndirilməsi, müalicəvi masaj, elektrostimulyasiya, kalsium, fosfor elektroforezi, hovuzda üzmələr geniş tətbiq olunur. Skoliozun dinamikasının izlənməsi vacibdir. Belə uşaqlar daim həkim nəzarətində olmalı, yanaşı profilaktik tədbirlər aparılmalı, kalsium, fosfor, vitamin D tərkibli vitaminlər, xüsusi qida menyusu tərtib olunmalıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Elm və təhsil naziri Abşeronda vətəndaşlarla görüşəcək

Next

“Nimesil” Azərbaycanda qadağan ediləcək? – RƏSMİ

Xəbər lenti

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Son Yazılar

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv