Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Muzdlu ordu

By Vüsal Rafiqoğlu
05.02.2025 4 Min Read

Potensial təhdidlər durmadan artır və bu artıq müasir dövrün qaçılmaz sosial-siyasi həqiqətidir. Dünyada baş verən hadisələr, müşahidə olunan tendensiyalar deməyə əsas verir ki, təhdidlərdən heç kəs sığortalanmayıb. İnternet texnologiyalarının inkişafı sayəsində “suveren sərhədlər” anlayışı tədricən abstraktlaşır. Milli və mədəni identiklik anlayışları da zamanla arxaizmə çevrilir və öz ictimai-siyasi aktuallığını itirirlər. Virtual reallıq bizim ənənəvi mədəni dəyərlər sistemimizi deformasiyaya uğradır. Fərqli tendensiyaların təsiri altında milli adət-ənənələr ögeyləşir və “dəbdən düşürlər”.

Bəli, bunları etiraf etmək olduqca çətindir, ancaq  biz bunu müəyyən mənada və zamanında etməliyik ki, böyük faciələr yaşanmadan arzuolunmaz tendensiyaların qarşısını ala bilək. Hər bir fərd bu cəmiyyətin parçası olaraq əlindən gələni etməlidir ki, dövlət və müstəqillik üçün təhdid yarada biləcək halların qarşısı alınsın. Qeyd olunanlar müstəvisində “vətəndaş məsuliyyəti” və “peşəkarlıq” kimi amillər xüsusi olaraq aktuallaşır. Mövcud məsələlərdə zəifliyin göstərilməsi və ya boşluğun yaranması yolverilməzdir.

İnternet və internet texnologiyaları bu gün bütün sahələrə nüfuz edir. Bu mənada siyasət sahəsi də heç də istisna təşkil etmir. “Hibrid müharibələr” ifadəsi artıq leksikonumuzun ayrılmaz hissəsidir. Bir zamanlar, ötən əsrin səksəninci illərində Hollivudun “ulduz müharibələri” filmlərində baş verənlər təsəvvür belə edə bilmədiyimiz dərəcədə bizdən uzaq görünərdi. Bu gün isə internet texnologiyaları vasitəsilə həmin müharibələr reallaşdırılır, insanların ideoloji baxışlarına və dəyərlər sisteminə təsir edilir və təhlükəli olan yanlış stereotiplər formalaşdırılır. Təsadüfi deyil ki, milli təhlükəsizliyin təmin olunması məsələsində hibrid təhlükələrin payı durmadan artır. Bu mənada təqdirəlayiq haldır ki, Milli Məclisdə “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı” müvəqqəti komissiya yaradılıbdır.

Bəli, öz virtual mahiyyətinə rəğmən hibrid müharibələr hər bir ölkənin suverenliyinə real təhdid yaratmaq iqtidarındadır. İnternet artıq təkcə əyləncə arealı deyil, o həm də real təhdid mənbəyidir. Sözügedən həqiqət internetdən imtina etmək anlamına gətirmir. Biz mütləq olaraq qlobal tendensiyaların təsirinə rəğmən bacarmalıyıq ki, yönəldilən ölkəyə çevrilməyək. Çünki qlobal internet texnologiyalarının strateji hədəfi məhz budur: suveren ölkələri yönəldilən ölkələrə çevirmək.

Bir anlıq stereotiplərdən uzaq dayanaraq, obyektiv düşünsək və dünyada formalaşan real mənzərəni görə bilsək onun fərqində ola bilərik ki, internet bu gün sanki “dünya dinlərindən” birinə çevrilib. Son rəsmi statistikaya görə, dünyada 5 milyarddan artıq internet istifadəçisi var. Bu dinin “müqəddəs evi” sayılan internetin qapıları isə istisnasız və fasiləsiz olaraq hamı üçün açıqdır. Üzvlərinin sayı 5 milyard nəfərə çatmış hər-hansı bir dini təriqəti tanıyırsınızmı? Odur ki, düşünməyə dəyər. Təəccüblü deyil ki, son dövrlərdə müstəqil dövlətlər üçün ən böyük təhdidlər məhz ideoloji müstəvidə yaranır. İnternet vasitəsilə tirajlanan ideoloji “xütbələr” ənənəvi dəyərlər sistemini məhv edir və konkret cəmiyyətlərdə inkarçılıq mədəniyyəti yayır.

Proseslər elə səpkidə cərəyan edir ki, internet vasitəsilə dünyada qlobal miqyaslı muzdlu ordu formalaşdırılır. Sıravi internet istifadəçisi olaraq özümüzün xəbərimiz olmadan belə həmin bu ordunun üzvünə çevrilmiş və hansısa “cəbhədə” iştirak etmiş oluruq. 5 milyard internet istifadəçisinin hər biri dolayısilə internetin “muzdlu işçisidir”. Mahiyyətindən və təyinatından asılı olmayaraq hər birimizin internetdəki fəallığı “internet” üçün pul qazandırır. Bu bəsit həqiqəti unutmayaq. İnternet məkanındakı fəaliyyətimiz distant (onlayn) formada işini görən muzdlu işçinin işinə bənzəyir.

Dərinliklərə daha çox nüfuz etmək imkanlarını isə internet məhz siyasi münasibətlər müstəvisində qazanır. Təsadüfi deyil ki, həqiqəti təhrif edərək reallığı inkar edən radikal təfəkkür sahibləri internetin məhz kütləvi tendensiyaları yaratmaq potensialına  daha çox müraciət edirlər. Elə ona görə də vaxtaşırı siyasi münasibətlər müstəvisində müxtəlif eybəcərliklərlə rastlaşırıq.

Demaqogiya, ucuz populizm və şöhrətpərəstlik sosial şəbəkə istifadəçilərinin virtual “şəkər” xəstəliyinə çevrilibdir. İllər keçdikcə bu “xəstəlik” daha da kəskinləşir. Əlçatan internet vasitəsilə cəmiyyətdə yanlış sosial stereotiplər formalaşdırılır, müxtəlif manipulyasiyalar həyata keçirilir, qərəzli məlumatlar tirajlanaraq həqiqət təhrif olunur, milli identiklik məfhumunun dəyəri ucuzlaşdırılır, nihilist mədəniyyəti isə sürətlə yayılır. Əlbəttə ki, qeyd olunan tendensiyaların yaranması istənilən ölkənin siyasi sistemi üçün real təhdidlərin meydana gəlməsinə səbəb ola bilər.

Bəli, müxtəlif münaqişə və transformasiya prosesləri ilə səciyyələndirilən müasir dövrdə ideologiya amilinin müstəsna əhəmiyyətinin inkar edilməsi olduqca ağır fəsadlara gətirib çıxara bilər. Məhz yuxarıda qeyd olunanlar müstəvisində xüsusi olaraq onu xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev öz müsahibə və çıxışlarında yeni dövrdə ideoloji amilin müstəsna əhəmiyyətini dəfələrlə vurğulamışdır. Dövlət Başçısının VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirdiyi bəzi fikirləri bir daha yada salaq: “Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir… Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında.” (23 sentyabr, 2024)

Əlbəttə ki, ən təhlükəli manipulyasiyalar radikal təfəkkür sahibləri tərəfindən siyasi münasibətlər müstəvisində aparılır. Məhz bu cür siyasətbazlar qlobal internetin ən sevimli “muzdlularıdır”. Onlar tərəfindən aparılan qərəzli manipulyasiyaların düsturu növbəti şərti “ədədlərdən” ibarətdir: ucuz istehza, inkarçılıq, üsyankarlılıq və etiraz. Radikal düşərgənin bayraqtutanlarının ritorikasına diqqət yetirsək, açıq şəkildə qeyd olunan təsbitin doğruluğunu görə bilərik. Burada nə ədalət axtarışı, nə də ki, obyektiv mövqedən söhbət belə gedə bilməz.

İnternet məkanında ideoloji müstəvidə aparılan təbliğat vasitəsilə cəmiyyətin ictimai təfəkkürünə hazır fikir şablonları yeridilir, düşüncələr bəsitləşir, əsl fikir sahibləri tədricən itir, “milli təfəkkür” anlayışı isə ümumiyyətlə leksikonumuzdan pozulub silinir. Sözügedən prosesin ən fəal muzdlu işçiləri qeyd etdiyimiz radikal təfəkkür sahibləridir. Məhz elə bu səbəbdən də onların Qərbdən və ya ölkəmizin inkişafını istəməyən hansısa digər qüvvələr tərəfindən dəstəklənməsi heç də təsadüfi deyil. Sıravi internet istifadəçisi kimi bu həqiqətləri bilməliyik ki, başqalarının oyunlarında alət kimi istifadə olunmayaq.

Asif Adil
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI

Next

Sərhədlərin müəyyənləşməsində yenə xəritə problemi

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv