Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

USAİD-in qanunsuz əməlləri dünyanı ŞOKA SALDI – FAKTLAR BU YAZIDA

By Vüsal Rafiqoğlu
06.02.2025 4 Min Read

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ehtiyacı olan ölkələrə humanitar yardım göstərmək, eləcə də bu bəhanə ilə Vaşinqtonun bütün dünyada geosiyasi problemlərini həll etmək üçün yaradılan Amerika hökumətinin aparıcı qurumu prezident Donald Tramp administrasiyası tərəfindən fəaliyyətinin təftişi ilə üzləşib.

Ağ Evin yeni rəhbəri 90 gün ərzində bütün xarici layihələri dondurduğu üçün artıq USAİD-in veb-saytı işləmir. Agentliyin Vaşinqtondakı mənzil-qərargahında Tramp tərəfindən yeni yaradılmış Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) müfəttişləri daxili sənədləri nəzərdən keçiriblər və çox sayda pozuntular aşkar ediblər.

USAİD-in yüksək rütbəli məmurları bunun qarşısını almağa çalışsa da, uğursuzluğa düçar olublar və buna görə də dərhal “inzibati məzuniyyətə” göndəriliblər. Mindən çox digər agentlik işçisi və podratçısı bir həftədən artıqdır ki, oxşar vəziyyətdədir və rəsmi e-poçt hesablarına daxil ola bilmir. Görünür, abbreviaturası ingilis dilindən hərfi mənada “ABŞ yardımı” kimi tərcümə olunan USAİD-in özünün köməyə ehtiyacı var.

Donald Tramp hakimiyyətə gələndən bəri keçmiş prezident Co Bayden tərəfindən təsdiqlənən 2025-ci il üçün illik büdcəsi 42 milyard ABŞ dolları olan bu qurumun bütün qeyri-şəffaf fəaliyyəti yeni administrasiya tərəfindən başladılan federal hökumət islahatının bir hissəsi kimi xüsusi diqqət obyektinə çevrilib.

USAID Launches New Effort to Protect LGBTI Rights in Cambodia - U.S.  Embassy in Cambodia

Korrupsiya, şəxsi maraqlar, LGBT

Capitol Hill-də USAİD daxilindəki korrupsiya faktları məlumdur. Təxminən 35 000 insanın yaşadığı 5 kv.km ərazidə yardım adı altında ayrılan vəsaitlərin çox hissəsinin “cibə” getdiyini hamı bilir. Məsələn, ABŞ-ın Əfqanıstanın yenidənqurulması üzrə baş müfəttişi Con Sopko mütəmadi olaraq buna işarə edib. Onun Amerika qanunvericilərinə verdiyi hesabatlarda Əfqanıstanın bərpası üçün ayrılmış Amerika vergi ödəyicilərinin vəsaitlərinin geri qaytarılması və mənimsənilməsi halları öz əksini tapıb.

Belə ki, Əfqanıstanın Bədəxşan və Xost əyalətlərində qadınların statusunun yaxşılaşdırılması üçün həyata keçirilən layihədə bürokratlar tərəfindən mənimsənilən vəsaitlərin payı “90-95 faizə çatıb”. Bu cür sövdələşmələr üçün istifadə edilən sxem dünya qədər köhnədir: USAİD öz podratçıları və subpodratçıları vasitəsilə bu və ya digər humanitar layihə üçün vəsaitləri onun maya dəyərini qəsdən şişirtmiş tərəfdaşlarına köçürüb. Vəsait ABŞ büdcəsindən ödənildikdən sonra “Delta” vasitəsilə Vaşinqtona qayıdıb.

Digər tərəfdən, Demokratların bəh-bəhlə təbliğat etdiyi LGBT siyasətində də qəşəng pul varmış. Məsələn, Serbiyada iş yerində və biznes icmasında müxtəlifliyi və inklüzivliyi təşviq etmək, Kolumbiyada transseksual operanın, Peruda transgender komiks kitabının və Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığının yaradılması üçün milyonlarla vəsait ayrılıb.

USAID tarixə qovuşur: Dünyanın əsas destabilizasiya mənbələrindən biri ləğv  olunur - TƏHLİL

Gizli əməliyyatlar

USAİD-in kəşfiyyatla əlaqələrinin olması dəfələrlə ifşa olunub. Təşkilatın çətiri altında çalışan Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları son onilliklər ərzində Latın Amerikasında baş verən bütün çevrilişlərdə və ya çevriliş cəhdlərində müxalifət liderləri üçün müvafiq təlimlər, onların maliyyələşdirilməsi, siyasi, ideoloji və texniki dəstəyi təmin etməklə iştirak ediblər.

Eyni zamanda agentlik kritik vəziyyətdə müxalifətə silahlı dəstək üçün nəzərdə tutulmuş agentləri cəlb edən təhlükəsizlik qüvvələrinin “modernləşdirilməsi və reabilitasiyası” istiqamətində iş aparıb.

Təxribat əməliyyatları Keçid Təşəbbüsləri Ofisi vasitəsilə maliyyələşdirilib. 2009-cu ildə Konqresin hesabatında qeyd olunub ki, ofisin işi çox vaxt diplomatik problemlər yaradan siyasi nəticələrə gətirib çıxarıb.

2013-cü ildə Boliviya ölkənin daxili işlərinə qarışmasını əsas gətirərək agentliklə əməkdaşlığı dayandırıb. 2014-cü ildə USAİD-in Kubadakı fəaliyyəti ətrafında qalmaqal yaranıb. Bu şöbənin əməkdaşları ölkədəki hakimiyyətin nüfuzunu sarsıtmaq üçün rep ifaçılarını işə cəlb etməklə məşğul olublar və həmçinin müxalifətin təbliğatını aparmaq üçün Venesuela və Perudan olan tələbələri Kuba universitetlərinə göndəriblər.

Suriyada fəaliyyət göstərən “Ağ dəbilqəlilər” təşkilatı isə “humanitar fəaliyyətlə” məşğul olub. Məlum olub ki, bu təşkilat 2000-ci ilədək USAİD başda olmaqla, ABŞ-ın müxtəlif fondlarından 150 milyon dollar həcmində maliyyə alıb. Təşkilatın üzvləri Suriyada üsyançılara təlim keçib, təxribat törətməyin texnologiyalarını öyrədib.

Odur ki, son illər ərzində USAİD Belarus, Rusiya, Türkmənistan, Zimbabve, Venesuella, Boliviya, Konqo və digər ölkələrdən çıxarılıb.

USAID Gürcüstanda çevriliş hazırlayır? » Dogruxeber.az

MDB

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib ki, USAİD ölkədəki seçkilərə qeyri-hökumət təşkilatları vasitəsilə 41,7 milyon dollar xərcləyib və hər dəfə bu QHT-lər vasitəsilə sabitliyin pozulmasında birbaşa iştirak edib.

USAİD-in bağlanmasından sonra Ukraynanın yüzdən çox mədəniyyət və media təşkilatı öz resurslarını itirib. “Pais” nəşrinin yazdığına görə, iki korrupsiya təhqiqat orqanı – Slidstvo və Bihus xüsusilə ağır zərbə alıb, çünki bu layihələrdə Amerikanın maliyyələşdirmə payı 80%-dən çox olub. Onların Ukrayna hakimiyyətinin fəaliyyətinə böyük təsir göstərdiyi iddia edilir.

USAİD uzun müddətdir Ukraynanın fəal sponsoru olub, təkcə 2022-2024-cü illərdə humanitar yardım, inkişaf yardımı və birbaşa büdcə dəstəyinə 38 milyard dollar xərcləyib. Bu da öz növbəsində korrupsiya üçün münbit şərait yaranıb. Çünki bombanın uçduğu göydən yerə düşən dolları qorxudan heç kim saymaz.

Təşkilatın 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. Məlum olub ki, Vaşinqton öz istəyini diktə edərək Azərbaycana qəbul etdirmək istəyib və ölkəmizin heç bir legitim maraqlarını nəzərə almaq istəməyib. Buna görə də Bakı təşkilatla bağlı sazişin bir daha uzadılmaması barədə qərar qəbul edib.

USAİD Ermənistanda 1992-ci ildə fəaliyyətə başlayıb və 2005-ci ilə qədər yalnız humanitar yardımlar göstərib. Agentlik 2013-cü ildə dövlətlə birbaşa əməkdaşlığa keçib. Ermənistanda media və təhsil proqramlarının hazırlanması ilə məşğul olan bir çox KİV və QHT Dövlət Departamentindən layihələr üçün vəsait alıb. Odur ki, təşkilatın bağlanması İrəvanı xalsız qoyacaq.

Bütün hallarda baş verən son hadisələr onu göstərir ki, Respublikaçıların ciddi qəbul etdiyi USAİD-in taleyi həqiqətən də ipdən asılıdır. İllərdir agentlik tərəfindən maliyyələşdirilən və nəzarət altında olan QHT-lər şəbəkəsi keçmiş səxavəti gözləməməlidir. USAİD-in bu və ya digər formada sağ qalması məsələsi Potomak sahillərində gedən siyasi mübarizədə həll olunacaq. Mübarizə “qlobal Amerika humanitar yardımı” üçün deyil, onun üçün ayrılmış çox milyardlıq resurslara nəzarət üçün gedir.

İlkin NƏCƏF

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda meyitləri yandırmaq təklifi – din “yox” deyir, bəs qanun…

Next

Bu rayonlara qar yağdı

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv