Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakının Ulan-Batorla yaxınlaşmasının səbəbləri

By Vüsal Rafiqoğlu
07.02.2025 3 Min Read

Azərbaycanla Monqolustan arasında davam edən siyasi məsləhətləşmələr və iqtisadi əlaqələr yeni mərhələdə

Fevralın 3-5-də xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycanın Hökumət missiyası Monqolustanda səfərdə olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı xarici işlər nazirinin müavini Elnur Məmmədov Monqolustanın xarici işlər naziri, xanım Batmunx Battsetseq, yol və nəqliyyat naziri Delqersixan Borxuu, Monqolustan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Odbayar Erdenetsoqt ilə görüşüb.

Görüşlərdə Monqolustan tərəfi Azərbaycanın Hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran, o cümlədən yüksəksəviyyəli səfərlərin mübadiləsi, sərmayə, logistika imkanları, yaşıl enerji, humanitar və digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Monqolustan Xarici İşlər Nazirliyi arasında ikinci siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Monqolustan Xarici İşlər Nazirliyinin Dövlət katibi Munxtşiq Lxanajav rəhbərlik ediblər. Siyasi məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, yüksəksəviyyəli səfərlər mübadiləsi, həmçinin beynəlxalq təşkilatlar, müqavilə-hüquq, iqtisadi-ticarət, energetika, mədənçilik, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Sənaye Nazirliyi və “AzərGold” nümayəndələri üçün Monqolustanın müvafiq dövlət qurumlarının yüksəkvəzifəli rəsmiləri ilə görüşləri təşkil edilib. Azərbaycan nümayəndələri üçün bir neçə sahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, müxtəlif sahələri əhatə edən əməkdaşlıq perspektivləri haqqında məzmunlu müzakirələr aparılıb.

Səfər zamanı missiya üzvləri üçün bir sıra sənaye zonalarına turlar təşkil edilib. Bakının Ulan-Batorla yaxınlaşmasının səbəbləri nədir?

Azər Badamov: Arif Hacılının fikirləri erməni dəyirmanına su tökməkdən  başqa bir şey deyil

Azər Badamov 

Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov beynəlxalq platformalarda hər iki ölkənin bir-birini dəstəklədiyini diqqətə çatdırdı: “Azərbaycanla Monqolustanı xalqlarımızın oxşar mədəniyyətləri və keçdiyimiz tarix birləşdirir. Azərbaycanla Monqolustan arasında diplomatik əlaqələrin yaranmasının 33 ili tamam olur. Beynəlxalq platformalarda mövqelərimiz üst-üstə düşür və ölkələrimiz bir-birini dəstəkləyir. Bu da sözümüzün gücünü artırır. Amma təəssüf ki, Azərbaycanla Monqolustan arasında iqtisadi əlaqələr çox da geniş deyil. Monqolustan prezidentinin COP29 çərçivəsində Bakıya səfəri zamanı dövlət başçımızla ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. 2021-ci ildə Azərbaycanla Monqolustan arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb. Fevralın 3-dən 5-nə kimi isə Azərbaycan XİN müavini Elnur Məmmədovun rəhbərliyi altında Azərbaycan hökumət missiyası Monqolustanda səfərdə olub və bir sıra görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Ölkələrimiz arası iqtisadi əməkdaşlıq potensialı çox genişdir. Bu, sərmayə, logistika imkanları, kənd təsərrüfatı, mədənçilik, yaşıl enerji, humanitar və digər sahələri əhatə edir. Yaxın gələcəkdə iqtisadi ticari əməkdaşlığın dərinləşdirilməsi ətrafında mühüm addımların atılacağını hesab edirəm. Azərbaycanla Monqolustan arasında parlamentlərarası əlaqələr də 2022-ci ildən qurulub. Belə ki, yaxın gələcəkdə parlamentlərarası işçi qrupların da qarşılıqlı səfərlər edəcəyini düşünürəm. Parlament platformasında əməkdaşlığın genişləndirilməsi dövlətlərarası əlaqələrin möhkəmlənməsinə töhfə veriləcək”.

Məlum olduğu kimi, Azərbaycan xarici ölkələrlə bərabərtərəfli və genişspektrli əlaqələrə xüsusi önəm verir. Bu sırada indiyə kimi bir çox sahələrdə dərin əlaqələrə malik olduğumuz ölkələr də var, həmçinin perspektivdə əməkdaşlğın inkişaf etdiriləcəyi ölkələr də var”. Bu fikirləri də “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu sırada Monqolustan da var: “Öncə onu deyim ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33 illik tarixi var. Eyni zamanda qeyd edim ki, hər iki tərəf müasir dövrdə  əməkdaşlığın daha da inkişafında maraqlıdır. Həmçinin Monqolustan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Hesab edirəm ki, fevralın 3-5-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycanın Hökumət missiyasının Monqolustana səfəri və burada keçirilən görüşlər də bu istiqamətdə atılan növbəti addım kimi dəyərləndirilə bilər”.

Deputat qeyd edib ki, görüşlərdə Monqolustan tərəfi Azərbaycanın Hökumət missiyasını yüksək qiymətləndirib: “Bəlli olduğu kimi, görüşlərdə hər iki tərəf üçün maraq doğuran, o cümlədən yüksək səviyyəli səfərlərin mübadiləsi, sərmayə, logistika imkanları, yaşıl enerji, humanitar və digər məsələlər müzakirə edilib. Hesab edirəm ki, bu görüşlərin və məsləhətləşmələrin hər iki tərəf üçün faydası olacaq. Çünki Azərbaycanla Monqolustan arasında beynəlxalq təşkilatlar, müqavilə-hüquq, iqtisadi-ticarət, energetika, mədənçilik, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın geniş perspektivləri var. Heç şübhəsiz ki, bu səfər həmin perspektivlərin dəyərləndirilməsi, xüsusilə də sərmayə, logistika imkanları, yaşıl enerji, humanitar sahələrdə tezliklə konkret addımların atılması üçün mühüm təkan rolunu oynayacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

AQTA: Quş qripi ilə əlaqədar bəzi ölkələrdən məhsul idxalına müvəqqəti məhdudiyyət qoyulub

Next

Astroloqlar üçün sirr olaraq qalan yeganə bürc

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv