Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Ələmdən nəşəyə” dövrü keçdi, indi nəşədən ələmə gedirlər

By Vüsal Rafiqoğlu
08.02.2025 3 Min Read

Gənc vaxtı Siyəzəndə işləyəndə tay-tuşlar bir olmuş məzəli əhvalat danışır, gülürdülər. Deməli, bütün nəslin, qonum-qonşunun nəşəxor kimi tanıdığı oğlanın (yaş 26-27) məktəbli bacıoğlusu bir gün gəlib onu muştuluqlayır ki, dayı, bu başdakı dükanda 5 manata anaşa satırlar, özüm gördüm.

(O vədələr Siyəzənin Qubaya tərəf olan hissəsinə “o baş”, Bakıya tərəf olan səmtinə “bu baş” deyirdilər)/”.

Nəşəxor cayıl aldığı xəbərə əvvəl inanmır, deyir, alə, elə şey olmaz. Uşaq and içir ki, vitrində özü oxuyub “anaşa – 5 manat” sözünü. Oğlan cəld ayaqqabısını geyib qaçır mərkəzə, girir adı çəkilən dükana, görür ki, piştaxtada belə bir elan var: ANANAS – 5 MANAT.

İndi ta “anaşa” demirlər, “marixuana”, “ganja” deyirlər. Hələ materialın başqa adları da var: “şey”, “ot”, “qara” və s. Bəzən başqaları başa düşməsin deyə bu narkotik tərkibli bitkinin məhsulunu yeni adla kodlaşdırırlar.

“Nəşə” sözü ona görə sıradan çıxıb. Yoxsa ötən əsrin 30-cu illərində “nəşə” deyəndə hamının ağlı ləzzətli şeylərə, həzzə, şənliyə gedirmiş. Süleyman Rüstəmin “Ələmdən nəşəyə” adlı şeiri də var. (Yeri gəlmişkən, bu günlərdə onun da adını çəkib tərifləyən və ya tənqid edən olsaydı, təzə konsertə baxardıq).

İndinin özündə qardaş Türkiyədə “nəşə” sözü yaxşı mənada işlədilir. Bir də görürsən, kimsə deyir, “bu gün arkadaşlarla acayib nəşələndik”, “Allah nəşəmizi pozmasın”, yaxud “nəşəmiz yerindəydi”-filan. Vallahi, bu sözü bizdə hansı polisin yanında desən, türkün sözü, soluğu karakolda alarsan, yəni səsin polis böıməsindən gələr.

Mənə qalsa, marixuana-filan süni kəlmələrdir, öz gül kimi sözlərimizi işlətməliyik: çətənə, anaşa, tiryək və s. .

Budur, xəbər var ki, bir sürücü maşında nəşə çəkib, polis əməkdaşı salondan gələn iydən şübhələnib və adamı polis şöbəsinə dəvət edib. Ah, necə gözəl səslənir: “dəvət edib”. Sanki polis işçisi nəşəxor sürücüyə belə deyib: “Hörmətli vətəndaş, üzr istəyirəm, lütfən, mənimlə birlikdə şöbəmizə təşrif buyura bilərsinizmi, rica edirəm”. O da deyib: “O nə sözdür, rəis, mən sizin bölməyə sevə-sevə gedərəm. Həmşə getdiyim yer deyilmi…”

Əlbəttə, mükalimə belə olmayıb, necə lazımdır, elə olub – nəşə çəkilməsinə icazə verilməyən bütün ölkələrdə necədirsə, elə.

Özü də nəşəxoru sürücünü yol polisi ifşa edib. Sizə deyim ki, yol polisləri ət yeyən quşu dimdiyindən tanıyırlar. Onlar “spesifik qoxu”lara daha həssasdırlar. Mən özüm sükan arxasında içkili oturmuram deyə rastıma çıxmayıb, amma dostlar and içirlər ki, yola yüz maşın çıxsın, birnin sürücüsü içkili olsun, təcrübəli YPX işçisi o yüz avtomobilin içində məhz içkili sürücünü saxlayacaq. Peşə vərdişi.

Ən pisi odur ki, 16-cı polis bölməsinə aparılmış nəşəxor sürücünün üstünə baxış zamanı marixuana (yəni Latın Amerikasında Mariya və Xuana adlı qızların sata-sata məhurlaşdırdığı anaşa) tapılıb. Bax, bu, artıq vəziyyəti dəyişir. Gərək adamın üstündən istehlak miqdarından artıq şey çıxmasın, çıxdısa, içərinin qapıları açılır.

Daha pisi odur ki, adam nəşəni maşın sürəndə çəkirmiş. Bilənlər deyir ki, “bir baş” nəşə çəkmək təxminən yarım litr araq içməyə bərabərdir. Hərçənd bu, orqanizmə baxır. Elə adamlar var ki, arağı mədəsində əhəng söndürürmüş kimi içir, amma sərxoş olmur, adam da var, qonşu masada içilən arağın iyi gələndə sərxoş olur.

Amma yenə də içki içəndən sonra sükan arxasında oturmaq inzibati xətadırsa, nəşəli-nəşəli maşın sürmək birbaşa cinayətdir.

Son vaxtlar xüsusilə rayonlardan gələn yol xəbərlərində araq sərxoşluğu ilə tutulanlardan çox nəşə sərxoşluğu ilə yaxalananlardan söhbət gedir. Bəzi sürücülər elə bilirlər ki, alkotesterə “hoo” eləyəndə cihaz onların sərxoş olduğunu göstərməyəcək, ona görə də araq içmir, nəşə çəkirlər. Amma sən cihazı aldada bilərsən, “spesifik qoxu”ları salondan alan yol polisini – əsla.

Beləcə, B. adlı sürücünün bəxti ona yar olmayıb, ələ keçib və o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Yəni adam yenə nəşəsini çəkəcək, Bakıdan çıxmadan maşınını sürəcək, yollarda bizimlə yanaşı gedəcək və ya üzbəüz gələcək. Allah salamatçılıq eləsin, təzədən “Nəşədən ələmə” adlı şeir-meir yazası olmayaq.

P.S. Yeri gəlmişkən, şairin o məşhur şeirinin il misrası belədir: ”Gülə-gülə keçirəm, mən ələmdən nəşəyə…”

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Bakı Metropoliteni”ndə yeni TƏYİNAT

Next

Qadınların maaşı kişilərdən niyə azdır? – ayrı-seçkilik, yoxsa…

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv