Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

ABŞ-nin anti-Azərbaycan nəşrlərinə zərbə – Bakıdan reaksiya

By Vüsal Rafiqoğlu
08.02.2025 4 Min Read

Bu media quruluşlarında zaman-zaman ölkəmizə qarşı şantaj dolu kampaniyalar həyata keçirilib; “Azadlıq” Radiosu və “Amerikanın səsi”nin də pulu kəsilə bilər 

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask hökumətin Amerikanın “Politico”, “The New York Times” və “Associated Press” nəşrlərini artıq maliyyələşdirməyəcəyini açıqlayıb. “Bu, açıq-aşkar vergi ödəyicilərinin pullarının israfıdır!”, – Mask bildirib.

Ağ Evin mətbuat katibi Karoline Leavitt isə deyib ki, ABŞ hökuməti “Politico”ya illik təxminən 8 milyon dollarlıq abunəni ləğv edəcək. O, “Politico”nun Amerika vergi ödəyiciləri tərəfindən effektiv şəkildə subsidiya edildiyini və DOGE komandasının artıq qəzetə ödənişləri ləğv etmək üçün işə başladığını qeyd edib.

Maskın departamenti həmçinin ABŞ-nin digər media orqanlarına abunə üçün federal xərclərin auditinə başlayıb. Bundan əvvəl o, medianın dövlət vəsaiti hesabına maliyyələşdirilməsi praktikasına qarşı kəskin çıxış etmişdi.

Prezident D.Tramp isə deyib ki, “Politico” Demokratlar Partiyasının xeyrinə olan məqalələr müqabilində USAID-dən 8 milyon dollar alıb. O, başqa hansı KİV-lərin hökumətdən maliyyələşə biləcəyi ilə maraqlanıb və söz verib ki, demokratların “qaça bilməyəcəyi ən böyük qalmaqal” başlayacaq.

Yada salaq, bu həmin KİV-lərdir ki, Co Baydenin hakimiyyəti dövründə Azərbaycan əleyhinə onlarla sifarişli materialları dərc etmişdilər. Bəs maliyyələşmənin dayandırılması həmin KİV-lərin mövcudluğuna necə təsir edə bilər? Eyni aqibət “Azadlıq” və “Amerikanın səsi” radiolarını da gözləyə bilərmi?

Yusif Bağırzadə seçki kampaniyasını necə quracaq? » Newscenter.az

 Yusif Bağırzadə 

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, “Politico”, “The New York Times”, “Associated Press” kimi nəşrlərə maliyyələşmənin dayandırılması Tramp hakimiyyətinin indiyə qədər müxtəlif istiqamətlərdə maliyyələşmənin dayandırılması haqqında qəbul etdiyi qərarların davamıdır. Prosseslərə biznes adamı düşüncəsi ilə yanaşan Tramp üçün maliyyə vəsaitlərinin necə gəldi və hara gəldi xərclənməsi məqbul deyil və o öz qərarları ilə artıq maliyyə yükündən qurtulmağa çalışır: “Ayrı-ayrı xarici ölkələrə və təşkilatlara 90 gün ərzində maliyyənin dayandırılması, Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyəti ilə bağlı araşdırmalara başlanılması da bunun sübutudur.

İkinci səbəb isə siyasi səbələrlə bağlıdır. Məlumdur ki, ABŞ-da ayrı-ayrı təşkilatlar dövlət tərəfindən maliyyələşsə də onların indiyə qədər olan fəaliyyəti Demokratların mövqelərinin möhkəmləndirilməsindən ibarət olub.

Eyni şəkildə adı çəkilən nəşrlər də fəaliyyətləri dövründə, hətta Respublikaçıların hakimiyyətdə olduğu vaxtlarda belə daha çox demokratlara yaxınlıqları ilə seçiliblər. Yəni başqa sözlə indi Tramp adminstrasiyasının qərarları “bir güllə ilə iki dovşan vurmağa” hesablanıb. Bir tərəfdən İlon Maskın dediyi kimi vergi ödəyicilərinin pullarının israfının qarşısı alınır, digər tərəfdən isə seçki dövründə anti-Tramp mövqeyi ilə seçilən təbliğat qurumlarına zərbə vurulur”.

Ekspert xatırlatdı ki, bu nəşrlər Azərbaycan oxucusu üçün də kifayət qədər məlum olan nəşrlərdir. Çünki istər İkinci Qarabağ savaşı dönəmində, istərsə də ondan sonrakı dövrdə bu mətbu orqanlarında Azərbaycan əleyhinə çoxsaylı yazılara şahidlik etmişik. Maliyyələşmənin dayandırılması təbii ki, nəşrlərin fəaliyyətinə ciddi təsir edəcək. Ona görə ki, bu nəşrlər faktiki olaraq qeyri-kommersiya qurumu kimi fəaliyyət göstərib: “Məsələn, ”Politico” siyasi jurnalistika üzrə ixtisaslaşmış Amerika media təşkilatıdır. Qəzet 40 minə yaxın tirajla nəşr olunurdu və Vaşinqtonda pulsuz paylanırdı. Təbii ki, dövlət maliyyələşməsi yoxdursa indi pulsuz yayımdan da söhbət gedə bilməz. Yəni bu nəşrlər fəaliyyətlərini davam etdirmək istəyirlərsə artıq yeni maliyyə mənbələri tapmaq məcburiyyətində qalacaqlar.

Təbii ki, bu, ayrı-ayrı nəşrlərə və KİV-ə maliyyəşmənin dayandırılması ilə bağlı son qərar olmayacaq. Maskın departamenti artıq ABŞ-nin digər media orqanlarına abunə üçün federal xərclərin auditinə başlayıb. Nə dərəcədə düzgün və ya yanlış mövqe olmasından asılı olmayaraq İlon Mask da biznesmen təfəkkürü ilə hərəkət edərək ümumiyyətlə medianın dövlət vəsaiti hesabına maliyyələşdirilməsi praktikasına son qoyulmasının tərəfdarıdır. Amma düşünürəm ki, Tramp adminstrasiyası bütün medianın maliyyəşməsindən imtina ilə bağlı addım atmayacaq. Çünki bu, media orqanlarında anti-Tramp kampaniyasına start verə bilər. Odur ki, indiki mərhələdə oxşar qərarların “Azadlıq radiosu” və “Amerikanın səsi” ilə bağlı atılacağını da düşünmürəm”.

Y.Bağırzadə belə əsaslandırdı ki, haqqında danışılan media qrurumları əsasən xaricdəki auditoriyaya fokuslanan media qurumlarıdır. “Azadlıq Radiosu” Şərqi Avropa, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələrində xəbərlər, məlumatlar və təhlillər yayımlayan və hesabat verən media təşkilatı, “Amerikanın səsi” isə ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş xəbər yayımlama təşkilatıdır. Onların maliyyələşdirilməsinin dayandırılacağı ehtimalı gözlənilən deyil.

İlyas Hüseynov: Yerli istehsal maskalarla bağlı süni qiymət artımının  qarşısını alacaq | Kaspi.az

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, ABŞ hazırkı dönəmdə xərclərin təftişini həyata keçirmək, effektivliyi artırmaq və ABŞ hökumətinin xərclərini tənzimləmək üçün müvafiq addımlar atır. Amma burada bir siyasi məqəsdlər də var. Şübhəsiz ki, bu siyasi məqsədlər olmasaydı İlon Mask və Donald Tramp son baş verən proseslərdə qabaqcıl mövqe tutmaz, “Politico”, “The New York Times”, “Associated Press” kimi nəşrlərin tənqidini sürətləndirməzdi. Bundan öncə USAİD-ə qarşı analoji addımlar atılırdı: “Bütün sadaladığım media orqanları və institutlar ABŞ maraqlarının geniş təbliğatı, yayılması istiqamətində əsasən fəaliyyət göstərirlər. Amma rıçaqlar birbaşa olaraq Demokratlar dövründə daha da işə düşür və ”demokratiya” inqilabları, üsyanları hazırlanır. Milyardlarla vəaitlər xərclənir. Məhz bu prosesin özündən elə Tramp özü əziyyət çəkmişdi. Çünki Trampın sosial şəbəkə platforması bağlandı, müxtəlif media orqanları açıq şəkildə Demokratların tərəfini tutdu, Trampa qarşı çoxsaylı məhkəmə işləri, iddialar qaldırıldı, qarayaxma kampaniyaları həyata keçirildi. Bu gün isə sanki Trampın əlinə intiqam zamanı fürsəti keçib. Həmin media quruluşlarının maliyyə vəsaitlərindən məhrum edilməsi Azərbaycanda da diqqətlə izlənilir. Çünki həmin media quruluşlarında zaman-zaman Azərbaycan əleyhinə də kampaniyalar həyata keçirilib. Hesab edirəm ki, “Azadlıq” Radiosu və “Amerikanın səsi”nin də maliyyəsinin kəsilməsi və bağlanmasına şahidlik edəcəyik”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah Bakıda və rayonlarda qar yağacaq

Next

Rusiya ilə 2022-ci il Müttəfiqlik sənədinə yenidən baxıla bilər…

Xəbər lenti

  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026

Son Yazılar

  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv