Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İlin ilk “Kənddən şəhərə” həftəsonu yarmarkasından REPORTAJ

By Vüsal Rafiqoğlu
08.02.2025 3 Min Read

Fevralın 8-də səhər saatlarından Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski 5 ünvanındayıq. Burada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb. Küləkli havaya baxmayaraq, şəhər sakinləri yarmarkaya axışırlar. Hətta bəzi piştaxtalarda məhsulların çoxu satılmışdı. Buna səbəb məhsulların qiymətinin bazardan xeyli ucuz olmasıdır. İki gün davam edəcək yarmarkada 20 regiondan 50-dən çox fermer 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.

AZƏRTAC-ın əməkdaşları yarmarkada olub, fermerlərin və alıcıların təəssüratlarını öyrəniblər.

Yarmarkanın iştirakçısı olan Balağa Şahbalayev paytaxta Quba rayonunda özünün əkib-becərdiyi meyvələri gətirib: “Hər dəfə olduğu kimi, bu gün də Quba almaları gətirmişəm, daha çox armud və alma satıram. Armudun qiyməti 1,5 manatadır, almanın qiyməti isə 1-1,50 manat arasında dəyişir. Qiymətlər sərfəlidir”.

İsmayıllı rayonundan gələn fermer Rövşən Novruzov turşular, mürəbbələr, kompotlar, sirkələr, pip yarpağı və bəkməz satışını həyata keçirir. “Daha çox turşu, mürəbbə, sirkə satılır. Fərqli turşu növlərindən badımcan, zoğal, əzgil, sarımsaq, göyəm turşusu gətirmişəm, hamısı evdə hazırlanıb. Turşuların qiyməti 3 manatdan 10 manatadəkdir. Alma, kivi, abqora sirkəsi də satırıq, qiymətləri 3 manatdan 10 manatadək dəyişir”, – deyə o bildirib.

Quru meyvələr, çərəz alveri ilə məşğul olan fermer Aqil Nəzərov da məhsulların öz təsərrüfatından olduğunu söyləyib. O, yarmarkada fermerlərə yaradılan şəraitə görə təşəkkürünü ifadə edərək deyib: “Qiymətlərə baxa bilərsiniz, ucuz və sərfəlidir. Alıcılar da kifayət qədərdir. Daimi müştərilərim var, çərəzin əsl mövsümü fevral-mart ayıdır”.

Alıcılar da məhsul bolluğu və qiymətlərdən razıdır. Çeşid müxtəlifliyinə diqqət çəkən alıcı Elçin Hüseynov bu ərazidə yaşayır. Deyir ki, yarmarkada təzə kənd təsərrüfatı məhsulları alır: “Qiymətlər nisbətən ucuzdur. Fermerlərin öz təsərrüfatlarının məhsullarıdır. Mövsümi meyvələrin də qiymətləri münasibdir”.

Aqrar Tədarük və Təchizat İdarəsinin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Nilüfər Qaçayeva AZƏRTAC-a açıqlamasında bildirib ki, yarmarka dörd həftə boyunca hər həftəsonu eyni ünvanda keçiriləcək: “Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin öz məhsullarını rahat şəkildə bazara çıxarmasına, məhsullarının satışına kömək etməkdir. Həmçinin hədəfimiz bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, fermerlərin satış imkanlarını artırmaqdır”.

Onun sözlərinə görə, yarmarkada fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar, iştirak üçün heç bir əlavə ödəniş tələb edilmir. Hər bir fermer yarmarkada iştirak edə bilər.

Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Yarmarka keçirildiyi müddətdə Səyyar Qida Laboratoriyası xidmət göstərir və məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar həmin xidmətdən faydalana bilirlər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sürücülərin NƏZƏRİNƏ! – Yolların buz bağlama ehtimalı var

Next

Xankəndinin polis rəisi şagirdlərlə görüşdü -FOTO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv