Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Putinin səhvi, “Turan”ın üzrü…

By Vüsal Rafiqoğlu
08.02.2025 2 Min Read

“Turan” İnformasiya Agentliyi özünün 5 fevral tarixli “Azərbaycan Prezidentinin təyyarəsi Rusiya üzərində GPS problemləri ilə üzləşdi, araşdırma təsdiqləyir” sərlövhəli məqaləsinə görə iki gün sonra – fevralın 7-də oxuculardan üzr istəyib.

Təkzib-üzrxahlığın mətni belədir:

“Məqalədə iddia olunur ki, Azərbaycanın rəsmi prezident təyyarəsi Bakı-1 guya 25 dekabrda Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinə uçuş zamanı xarici texniki maneələrlə qarşılaşıb. “Turan” İnformasiya Agentliyi bəyan edir ki, bu məlumat həqiqətə uyğun deyil. Məqalə təsdiqlənmiş faktlara və ya hər hansı rəsmi araşdırmanın nəticələrinə əsaslanmır, əksinə, 25 dekabr 2025-ci ildə Qroznı üzərində AZAL təyyarəsi ilə bağlı hadisələrdən təsirlənən müəlliflərin subyektiv yozumudur. Agentlik oxucularından bu səhvə görə üzr istəyir”…

Amma “Turan” təkzib versə də, danılmaz gerçəkliklərdən biri belədir ki, məhz təyyarəmizlə bağlı faciəvi olaydan sonra Rusiya faktiki “aviasiya izqoyu”na (“dalan”ına) çevrilib. Asiya ilə Avropa arasında demək olar ki, bütün hava nəqliyyatı hazırda Türkiyə üzərindən həyata keçirilir. Rusiya səmasında ara-sıra görünən təyyarələr isə adətən daxili uçuşlara aiddir və ya Rusiyadan qonşu ölkələrə uçan təyyarələrdir.

Halbuki Ukraynaya qarşı işğalçı və ədalətsiz müharibəyə rəğmən, şimal qonşumuzun hava məkanından Çin, Hindistan, Cənub-Şərqi Asiyanın digər ölkələrinin aviadaşıyıcıları Avropaya uçuşlar üçün istifadəyə davam edirdi. Qroznı səmasında yaşanan faciədən sonra həmin marşrutlar da təhlükə altına düşdü. Ukraynadakı müharibəyə qədər isə Rusiya postsovet məkanının şəriksiz aviasiya lideri hesab olunurdu…

Əlbəttə, bu, rus aviaşirkətlərinə maddi ziyandan çox, Rusiyanın imicinə vurulan növbəti ciddi zərbədir. Çünki bir dövlətə etibar həm də onun hava məkanına etibarla ölçülür. Biz hələ Moskvanın imzaladığı iki və çox tərəfli saziş və beynəlxalq anlaşmalara aşağı sadiqlik dərəcəsini demirik. Təəssüf ki, bu xüsusda da Rusiyaya bel bağlamaq olmur.

İlham Əliyev və Vladimir Putinin imzası duran 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyət haqda Moskva Bəyannaməsinə Rusiya tərəfinin sayğısızlığını yada salmaq yetər. Həmin sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşı, separatizm və terrorizmlə mübarizə, həmçinin milli təhlükəsizliyi, qarşılıqlı inamı sarsıdan məsələlərdə birgə fəaliyyət də əksini tapıb. Amma sentyabr 2023-cü il antiterror əməliyyatına qədər Rusiya Qarabağda dağıdıcı erməni separatizminin və qanunsuz silahlı birləşmələrin qalması və güclənməsi üçün əlindən gələni etdi…

Təyyarə faciəsinə rəsmi Kremlin və onun nəzarətindəki KİV-lərin qərəzli yanaşması, Azərbaycana qarşı bitməyən şər-böhtan ritorikası da həmin Bəyannamənin ruhuna daban-dabana ziddir. Yəni Putinin ötən il dekabrın 28-də – faciədən 3 gün sonra İlham Əliyevlə telefon danışığı zamanı etdiyi quru üzrxahlıq kifayət deyil. Bunun davamı gəlməli idi. Necə?

Orası da məlum. Bunu ən azından strateji tərəfdaşlıq münasibətlərinin xarakteri diktə edirdi. Dost dosta qarşı başqa cür davranmaz ki. Səhvini etiraf edər, günahkarları cəzalandırar, dəyən ziyanın ödənməsini təklif edər və məsələ böyüməmiş qapanar. Dostluq, tərəfdaşlıq da ciddi ziyan görməz…

Doğru, sərnişin təyyarəmizin vurulması və 38 mülki şəxsin ölümünə dolayısıyla Ukraynadakı müharibə səbəbkardır. Ancaq bu müharibəni kim başlayıb? Qonşu suveren dövlətin ərazisinə heç bir beynəlxalq qərar, konsensus olmadan ordu yeritmək əmrini kim verib?

Putinin ən böyük səhvi əslində budur. Onun ağır bədəlini Rusiya və ruslar hələ uzun müddət ödəməli olacaqlar. Həm də olan-qalan sadiq dost-tərəfdaşları bir-bir itirməklə…

Z.SƏFƏROĞLU

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qış bitməzdən əvvəl böyük xoşbəxtlik yaşayacaq BÜRCLƏR

Next

Bu rayonda qumarxana AŞKARLANDI

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv