Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ticarət müharibələri – Azərbaycanı gözləyən sınaqlar

By Vüsal Rafiqoğlu
08.02.2025 5 Min Read

Natiq Cəfərli: “Hər bir hökumətin mümkün təsirlərə qarşı mütləq iş planı olmalıdır”

“Qlobal ticarət sistemi artan gərginliklə üzləşir. Türkiyə iqtisadi siyasətini yeni çağırışlara uyğunlaşdırmaqdadır”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli məşğulluq strategiyasının təşviqi ilə bağlı keçirilən toplantıda bildirib.

“Müasir beynəlxalq sistem çətin dövrünü yaşayır. Geosiyasi rəqabət yeni səviyyəyə çatıb və əsas oyunçular arasında ticarət müharibəsi güclənəcək”, – Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə hökuməti riskləri təhlil edir, orta və uzunmüddətli iqtisadi hədəflərə düzəlişlər edir: “Biz ölkəyə təhdidləri minimuma endirmək üçün ticarət yol xəritəsini nəzərdən keçiririk”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqləri, qonşuları, rəqiblərinə qarşı başlatdığı rüsum siyasətinin bütün dünyada mövcud ticarət nizamının pozacağı, ABŞ özü və rüsum tətbiq olunan ölkələrdə inflyasiyanın sürətlənəcəyi, bunun isə son nəticədə qlobal iqtisadiyyata ağır zərbə vuracağına dair gözləntilər yaradıb. Xüsusilə Çinin ABŞ-a cavab olaraq bu ölkədən idxal olunan mallara qarşı rüsumlar tətbiq etməsi enerji bazarlarında böyük təhdidlər formalaşdırmaqdadır. Artıq bir çox mərkəzlərdə Trampın qərarlarının təsirlərinə qarşı addımların planlaşdırılmasına başlanıb. Bu sırada dünyanın ikinci iqtisadi mərkəzi olan Avropa İttifaqının hazırlıqları diqqəti cəlb edir. Brüsseldə yaradılan xüsusi işçi qrup həm Trampın mümkün əlavə rüsum artımlarına, həm də digər istiqamətlərdəki analoji addımlarının yaratdığı yeni şərtlərə uyğunlaşmaq üçün tədbirlər hazırlayır.

ABŞ-ın yeni administrasiyanın addımları qlobal iqtisadiyyat üçün hansı çağırışlar formalaşdırır? Baş verənlər Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?

REAL-ın yeni sədri Natiq Cəfərli olacaq?

Natiq Cəfərli

Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Trampın məqsədi rüsumları real olaraq tətbiq etmək deyil: “Hadisələr göstərir ki, Trampın tarif ”müharibələri”, kəskin ritorikası artıq bəhrəsini verir – Kolumbiya, Panama, Kanada, Meksika geri addım atdı, növbədə və Çindir.Tarif ritorikası danışıqlar üçün təməl yaradır, qarşı tərəfi güzəştlərə vadar edir. 2023-cü ildə (2024-ün tam məlumatları yoxdur), Meksika ixracının 79 faizi ABŞ-a olub, ümumi ixarac 472 milyard dolları keçib. Əgər 25 faiz taarif artımı qalsaydı, Meksika iqtisadiyyatına böyük zərbə dəyəcəkdi. Amma Meksika geri addım atdı – qeyri-leqal miqrantlarla mübarizə üçün ABŞ sərhədinə 10 min ordu göndərdi, sərhədi möhkəmləndirəcəyinə, narkotrafiklə mübarizəyə söz verdi. Deməli, Trampın taktikası işləyir-işlədi.

Yaxşı, taarif müharibələrindən ABŞ uduzmurmu – təbii ki, uduzur, uduza bilər. Əvvəl onu deyim ki, ticarət müharibələrinin qurbanları adi alıcılar olur. Çünki tariflər yüksəldikcə daxili bazarda da qiymətlər artır. Məsələn, ABŞ Çindən gələn məhsulları yaxın zamanda haradansa əvəz edə bilməz. Hətta bu, 2-3 ilə də mümkün deyil. O cümlədən ABŞ-nin Meksikadan, Kanadadan gələn məhsulları yerli istehsal ilə əvəz etməsi illər alar bilər. Buna görə də taariflərin artımı ABŞ-da inflyasiyaya ciddi təsir göstərə bilər. Ona görə də, düşünürəm ki, Trampın əsas istəyi, sadəcə, danışıqlar mövqeyini gücləndirməkdir. Yəni tarif müharibələri ilə danışıqlarda üstünlük qazanaraq müəyyən güzəştlər qoparmaqdır. Bunun daim belə olacağını düşünmürəm. Bir müddətdən sonra ABŞ danışıqlar vasitəsilə öz istəklərini alandan və yaxud da maraqları təmin edildikdən sonra tariflərə yenidən baxıla bilər”.

Ekspert bildirir ki, əgər taariflər real olaraq tədbiq edilsə, orta statistik ABŞ vətəndaşının eyni məhsullara, məsələn, dünənə qədər xərclədiyi ümumi vəsait ildə 1100 dollar daha çox ola bilər: “Bu isə ABŞ seçicisinin xoşuna gəlməyəcək, çünki, Trampın əsas süarlarından biri inflyasiyanı aşağı salmaq idi. İnflyasiyanın artması Trampın populyarlığına ciddi zərbə vura bilər”.

N.Cəfərlinin fikrincə, indiki halda hər bir hökumətin mümkün təsirlərə qarşı addımları ehtiva edən iş planı mütləq olmalıdır: “Azərbaycanda da belə bir planın olması son dərəcə vacibdir. Nəzərə alsaq ki, Tramp neft qiymətlərini aşağı salmağı hədəfləyir və Azərbaycanın əsas gəlir mənbəyi də neftdir, onda belə bir planın nə qədər vacib olduğunu görə bilərik”.

Elman Sadıqov: “Azərbaycan 2030-cu ildən etibarən alternativ enerji üzrə  önəmli ixracatçıya çevriləcək”

Elman Sadıqov 

İqtisadçı-ekspert Elman Sadıqov bildirir ki, Trampın atdığı addımların heç biri gözlənilməz deyil: “Mənim üçün baş verənlərin heç biri çok effekti yaradacaq deyil. Hətta Qəzza ilə bağlı dedikləri də – çünki Qüdsü İsrailin paytaxtı kimi tanıyan ilk prezident Trampdır. Rüsumlara gəlincə, onlar Trampın əlində istədiyini almaq vasitəsidir. O, tarifləri tətbiq etməkdən daha çox, bu görüntünü yaratmaqla ABŞ-a sərf edən şərtlər əldə etmək istəyir. Bilirsiniz, tariflər çox böyük əhəmiyyətə malik alətdir. İnkişaf etmiş ölkələrin əksəriyyəti tariflərdən müəyyən mərhələlərdə istifadə ediblər, onların sayəsində uğurlu nəticələr əldə ediblər. Lakin Trampın tətbiq etmək istədiyi tarif siyasəti ilə ABŞ üçün uğurlu nəticə əldə etmək mümkün deyil. Tramp deyir ki, ticarət balansındakı mənfi saldonu aradan qaldırmaq istəyir. Belə saldo ən böyük həcmdə Çinlə yaranıb. Bu həcm Avropa İttifaqı ilə də yetərincə böyükdür və sair. Lakin məsələ burasındadır ki, dolların dünyada əsas rezerv valyuta olmasının əsas səbəbi məhz bu mənfi saldodadır: dünyadan mal alıb, dollar ixrac etmək. Bu, Bretton-Vuds sazişində Keynsin əsas hədəflərindən biri idi: siz dolları dünyada əsas valyutaya çevirməyi istəyirsinizsə, dolları verməyi bacarmalısınız. Dolların verilməsinin incə bir yolu tapıldı: dolları verib neft alıram, həmin dolların xeyli hissəsi sonradan investisiya formasında qayıdır ABŞ iqtisadiyyatına. Bu gün dünyada Tramp da daxil olmaqla, heç bir güc bu sistemə qarşı çıxa bilməz, mümkün deyil. Çünki bu, dünya ticarətini məhv edər, dolların mövqelərini itirməsinə səbəb olar. Bunu Tramp da yaxşı bilir. Ona görə də bütün ölkələrlə ticarətdə sıfır kəsirlə ticarət etmək niyyətində deyil. Sadəcə, indi arı pətəyinə çomaq soxmaqla, öz hədəflərinə nail olmağa çalışır”.

Ekspertin dediyinə görə, hazırda ABŞ üçün başlıca qəbuledilməz məqam Çinin güclənməsi ilə bağlıdır: “Çini faktiki olaraq indiki səviyyəyə çatdıran elə ABŞ-ın özüdür: texnologiyaların ixracı, Çin mallarının alınması və sair yollarla. Uzun müddət Çini varlandıran ABŞ indi onun özünə qarşı çıxmasını qəbullana bilmir. Doğrudur, Çinin hazırda vəziyyəti heç də yaxşı deyil: daşınmaz əmlak bazarındakı çökmələr bütün iqtisadiyyatı geri çəkir, daxili borclanma böyük problemə çevrilib və sair. Tramp da bu vəziyyətdən yararlanmaqla Çinin mövqelərini zəiflətmək istəyir”.

E.Sadıqov hesab edir ki, Tramp uzun illər boyu ucuz Çin mallarının ABŞ-a idxalında başlıca həlqəyə çevrilən Meksikaya qarşı addımlarında haqlıdır: “Meksika həm də narkotikanın ABŞ-a axınında mühüm yer tutur. Kanada ilə bağlı da bu məsələ kəskinləşir getdikcə. Narkotika hazırda bütün dünyada hökumətləri narahat edən başlıca problemlərdən birinə çevrilir. Qardaş Türkiyədə hökumət səviyyəsində narkotik ticarətinin iqtisadiyyata yaratdığı problemlər müzakirə olunub. Yəni narkotika zərərli vərdişdən külli miqdarda valyutanın ölkədən çıxmasına gətirən böyük və qlobal qanunsuz ticarətə çevrilib. Yəni Trampın öz ölkəsində bu ticarətin qarşısını almaq istəyi təbii və zəruridir”.

Tramp Meksika və Kanadaya, eləcə də Aİ-yə tarifləri real tətbiq etsə, hansı nəticələrə səbəb ola bilər? E.Sadıqov deyir ki, bu, bütün dünyada iqtisadi proseslər zəncirinin pozulmasına gətirib çıxara bilər: “İlk növbədə ABŞ və rüsum tətbiq olunan ölkələrdə inflyasiyanın kəskin sürətlənməsi, ticarət zəncirlərinin qırılması, daha sonra bu prosesin digər ölkələrə yayılması və sonunda qlobal iqtisadi böhran baş verə bilər. Bu zaman dollarla borcları olan dövlətlər onu ödəyə bilməyərək iflas edə bilərlər. Yeri gəlmişkən, Azərbaycan çox yaxşıdır ki, borclarını minimum həddə endirib. Yarana biləcək qlobal böhrandan dünyanı çıxara biləcək yeganə qüvvə isə, nə qədər qəribə də olsa, yenə ABŞ olacaq. Bu, dünyada yeni bir nizamın yaranmasına – məhz ABŞ-ın rəhbərliyi altında yaranmasına gətirib çıxaracaq. Hazırda faktiki olaraq nə BMT, nə Ümumdünya Ticarət Təşkilatı, nə də digər beynəlxlaq təşkilatlar funksiyalarını icra edə bilmirlər. Bu isə yəqin ki, yeni nizamın, yeni nizamlanma mexanizminin formalaşdırılmasına ehtiyac yaradır. Lakin bunun qəfildən və radikal addımlarla baş verməsini yəqin ki, heç Trampın özü də istəmir. Buna görə də onun rüsum siyasətindən geri çəkiləcəyi daha realdır, nəinki onları tətbiq etməyi”.

Ekspert qeyd edir ki, baş verə biləcək proseslər -dolların bahalaşması, enerji bazarında qiymətlərin kəskin düşməsi Azərbaycan üçün təsirsiz keçməyəcək: “Qlobal böhran yaranacaqsa, Azərbaycanın ondan kənarda qalması mümkün deyil. Bu baxımdan, düşünürəm ki, Azərbaycan hökuməti bu sahədə öz hesablamalarını aparır, ölkə iqtisadiyyatının qorunması üçün tədbirlər hazırlayır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kollec müəllim yetişdirməyəcək? – Təhsilin bu pilləsini necə dirçəltməli…

Next

Qarın hündürlüyü 1 metrə çatdı

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv