Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Uşaqları “Mavi Balina”dan necə qoruyaq? – Valideynlərə XƏBƏRDARLIQ

By Vüsal Rafiqoğlu
08.02.2025 3 Min Read

Dünyanın bir çox ölkəsində ortaya çıxan, çox sayda uşağın ölümünə səbəb olan “Mavi Balina” oyununun yeni qurbanlarının olması ilə bağlı iddialar yayılıb.

Sözügedən oyunun müxtəlif vaxtlarda Azərbaycanda da qurbanlarının olduğu iddia edilib.

Məsələn, iyunun 19-da Şəki rayonunun Oxut kənd sakini, 2005-ci il təvəllüdlü Elgün Kəmran oğlu Məmmədli özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Bəzi iddialara görə, o, “Mavi Balina” oynayıb və oyunun təsiri altında həyatına son qoyub.

2017-ci il oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asıb. Gəncin “Mavi Balina” oynadıqdan sonra intihar etdiyi iddia olunurdu.

Həmin ilin dekabrın 4-də Ağdaş rayonu Nehrəxəlilli kənd sakini, 7-ci sinif şagirdi İsmayıl Adıgözəlov yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib. İntiharın adıçəkilən oyun səbəbəbindən baş verdiyi bildirilib.

2018-ci il iyunun 25-də Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun da meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Atası övladının “Mavi Balina” oynadığını və bu səbəbdən intihar etdiyini deyib.

2019-cu il fevralın 9-da Kürdəxanı qəsəbəsində 16 yaşlı Əli Quluzadə də özünü asaraq intihar edib. Yeniyetmənin valideynləri onun internetdə “Mavi Balina” adlı oyun oynadığını bildiriblər.

Bu yaxınlarda Yardımlıda intihar edən Ələkbər Şükürlünün də “Mavi Balina” adlı oyunun təsiri altına düşdüyü bildirilir.

İddia olunur ki, 9-15 yaşlı uşaqlar bu oyunun qurbanı olurlar. Fərqli tapşırıqlardan sonra 50-ci mərhələdə intihar əmri verilir.

Bəs görəsən, bu tip təhlükəli oyunlar oynayan uşaqların psixoloji vəziyyəti necə olur və valideynlər övladları ilə necə rəftar etməlidirlər?

Oxu.Az mövzu ilə bağlı psixoloq Elmir Əkbərin fikirlərini öyrənib.

O qeyd edib ki, ölkələrin xüsusi xidmət orqanları bu oyunlar ilə bağlı ölçü götürsələr də, bu məsələ müəyyən zaman periodlarda yenidən gündəmə gəlir:

“Bu oyunlardan ən çox səs-küy yaradanı “The blue whale” (Mavi Balina – red.) olub. Bir dönəm həmin oyunun ciddi mənfi nəticələri olmuşdu. Amma bu o demək deyil ki, intihara sövq etməyən oyunlar daha az zərərlidir. Hər şey uşaqların telefon, kompüter üzərindən oyun asılılığından başlayır.

Sonra həmin vərdiş pullu oyunlara, qumara çevrilir. Bu mövzuya görə evlər dağılır, ailələr müflisləşirlər.

Bizim ən böyük problemimiz həqiqətləri insanların eşitmək istəməməsidir. Bəzi valideynlər başlarını qumun içində gizlətməklə özlərini görünməz hesab edirlər. Bu cür intihar hadisələrində ən böyük məsuliyyət valideynlərin çiynindədir. Fikir verirəm, 90 faiz hallarda müəllimlər daha yaxşı mövqe tuturlar, nəinki valideynlər.

Ümumiyyətlə, cəmiyyətdə ziyalı təbəqəyə qarşı qeyri-adekvat münasibət hökm sürür. Valideynlər israr edirlər ki, səhvlərini heç kim dilə gətirməsin”.

Ekspert vurğulayıb ki, bütün bu hadisələrin kökündə valideynlərin övladlarına olan diqqəti dayanır:

“Valideynlər qəbul etmək istəmirlər ki, zaman dəyişib. Danışanda deyirlər ki, bizim vaxtımızda belə deyildi. Elə deyildi, çünki həmin dövr başqa idi, indi hər şey dəyişib. Mən demirəm ki, mobil telefon, kompüter, sosial şəbəkə pisdir. Lakin təhlükəli tərəfləri var.

Uşaqlar artıq asosiallaşıb, onlar münasibətləri virtual dünyada qurmağa çalışırlar. Bu da psixoloji problemlərə, reallıqla əlaqələrin kəsilməsinə gətirib çıxarır. Real dünyadan ayrılaraq virtual aləmə qapanırlar, orada tələyə düşürlər.

Valideynlər övladlarının psixoloji durumuna həssas, diqqətli yanaşmalıdırlar. Onlar bəzən anlamırlar ki, uşaqda baş verən adi dəyişiklik gələcəkdə formalaşacaq ağır xəstəliyin ilkin əlamətidir. Buna görə də həkim psixoterapevt müayinəsi mütləqdir. Təəssüf ki, ətrafdakılar da valideynə deyirlər ki, əşi, boş şeydir, keçid dövrüdür, düzələcək. Lakin sabah uşaqda şizofreniya aşkarlananda, qumara qurşananda, içki aludəçisi olanda əziyyəti valideyn çəkir, kənardan “qorxma” deyənlər yox.

Sözügedən problemin ortaya çıxmasında digər səbəb cahillik və qaragüruha meyillilikdir. Baxıcılar, cadugarlar uşaq müalicə etmirlər, bunu birdəfəlik öyrənməliyik”.

O əlavə edib ki, ağır psixoloji xəstəliklər bəzi vacib əlamətlə özünü büruzə verir:

“Uşaq özünə qapanır, ünsiyyəti kəsir, əvvəl zövq aldığı şeylərdən artıq zövq almır, dostları ilə əlaqəni kəsir və sair. Digər əlamətlər isə odur ki, uşaq valideynlərinə, yaxınlarına qarşı əsassız ittihamlar edir, başqalarına qarşı qəribə aqressiya və şübhə ilə yanaşır.

Bir məsələni də qeyd edim, qarşıdan imtahanlar gəlir. Bütün valideynlər uşaqlarının psixoloji vəziyyəti ilə maraqlanırlar? Xeyr. İmtahandan kəsilən uşaqların əksəriyyəti savadsızlıqdan yox, təşvişdən, həyəcandan kəsilirlər. Sonra uşaqların həyatı alt-üst olur, depressiyaya girirlər, həyatdan əllərini üzürlər, intihara cəhd edirlər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gələn həftənin ən uğurlu 5 BÜRCÜ

Next

Lerikdə qarın hündürlüyü 62 sm-ə çatıb – FAKTİKİ HAVA

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv