Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Zon”dakı fərqli şərtlər, əfv-amnistiya şansı

By Vüsal Rafiqoğlu
08.02.2025 5 Min Read

Ümumi rejim, ciddi rejim və “ömürlük”lər…

Xəbər verildiyi kimi, Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Müraciət Nizami Rayon Məhkəməsində icraata götürülüb.

Mahir Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Şirvan Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb. Ali Məhkəmədə isə Mahir Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.

Bəs cəza evlərindəki saxlanma şəraitlərində (ümumi rejim, ciddi rejim, ömürlük) əsas fərqlər nələrdir? Həmin dustaqlara nə olar, nə olmaz? Məsələn, onların hamısının, o cümlədən “ömürlüklər”in seçkilər zamanı səs hüququ varmı? Kimlərin əfvə və ya amnistiyaya düşmək şansı ümumiyyətlə yoxdur?

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir: “Cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınır. Yəni cəza əmələ uyğun təyin olunur.  Cəzaların icrası və çəkilməsi zamanı məhkumların aşağıdakı hüquqları var:

– cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək;

– ictimai faydalı əməklə məşğul olmaq;

– bədən tərbiyəsi və idmanla məşğul olmaq;

– istirahət etmək;

– pensiya və ya sosial müavinət almaq;

– ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq;

– öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq;

– hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək;

– cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək;

– dini ayinlərin icra edilməsində iştirak etmək;

– hüquqi yardım almaq;

– “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;

– təhsil almaq və peşə hazırlığı keçmək;

– əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların qısa müddətdə şəxsi məsələlər üzrə öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəlikləri ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqəyə girmək;

– cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki pozuntulardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək.

Məhkumların hüquqları Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulur. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur. Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla bilər.

Məhkumlar saxlanıldıqları müəssisəsinin dəyişdirilməsi ilə məhkəməyə müraciət hüquqları da tanınır. 2019-cu ildə Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənən və həmin ilin noyabrın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”də əksini tapıb. Beləliklə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi var.

Qeyd edək ki, yeni Əsasnamənin qəbul edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyi üzrə 25 iyun 2008-ci il tarixli 16-T nömrəli əmri ilə təsdiqlənmiş Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə qüvvədən düşüb. Həmin Əsasnamədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi əksini tapmamışdı.

Bundan başqa, respublika quruluşlu dövlətlərdə seçki hüququ vətəndaşların seçmək və seçilmək hüququndan istifadə imkanlarını artırır, bu hüquqdan dövlət hakimiyyətinin ali orqanlarının formalaşdırılmasında ən düzgün imkan olaraq istifadə edilməsinə zəmin yaradır. Seçmək və seçilmək, hüquqi terminlərlə desək aktiv və passiv seçki hüququ şəklində həyata keçirilir. Seçki hüququ vətəndaşların dövlət və bələdiyyə orqanları üzvlərini seçmək, habelə referendumda həlledici səslə iştirak etmək hüququdur, bu hüquqa 18 yaşına çatmış hər kəs malikdir. Passiv seçki hüququ vətəndaşın seçkidə dövlət və bələdiyyə orqanlarına seçilmək hüququdur. Eyni zamanda cəzaçəkmə müəssisələrində olan məhkumların da səsvermədə iştirak hüququ var və bunun üçün müvafiq şərait yaradılır, məhkumlar istənilən seçkidə aktiv şəkildə iştirak edirlər. Seçmək hüququ ilə bağlı məhkumlara məhdudiyyətlər tətbiq edilə bilməz. Aktiv seçki hüququndan bəhs edərkən, 18 yaşına çatmış hər bir Azərbaycan Respublikasının vətəndaşı bu hüquqlara malikdir. Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin, fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslərin, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin, o cümlədən xaricdə yaşayan azərbaycanlıların bu hüququ həyata keçirmək üçün qaydalar var. Xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Seçki Məcəlləsinə görə müəyyən hallarda aktiv seçki hüququ (səs vermək hüququ) var. Seçki Məcəlləsinin 12.2-ci maddəsinə görə vətəndaşlığı olmayan şəxslər 5 ildən az olmayaraq Azərbaycan ərazisində daimi yaşayırlarsa referendumda, Milli Məclisə seçkilərdə, Prezident seçkilərində və bələdiyyə seçkilərində səsvermələrdə iştirak edə bilərlər. Əlbəttə, bu zaman digər seçicilər üçün zəruri olan özəlliklər bu seçicilər üçün də keçərlidir. Onlar 18 yaşını tamamlamış olmalı, qanunda nəzərdə tutulan formada seçki hüququnu itirməməlidirlər. Seçki Məcəlləsinin 12.3-cü maddəsi ilə xarici ölkə vətəndaşlarının bələdiyyə seçkilərində səsvermə hüququ tanınır. Lakin bu hüququn həyata keçirilməsi üçün müəyyən şərtlər nəzərdə tutulub. Xarici ölkə vətəndaşları müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşamalı və onun vətəndaşı olduğu ölkənin qanunvericiliyində xarici ölkə vətəndaşlarına bələdiyyə seçkilərində səsvermə hüququ tanınmalıdır. Fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslər seçmək və seçilmək hüququndan məhrumdurlar. Bunun əsas səbəbi bu qrup şəxslərin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsidir. Məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz elan olunmayan şəxslər, hətta ruhi xəstə olmasına baxmayaraq seçmək hüququndan məhrum olmur. Qeyd edilən hallardan başqa digər hallarda vətəndaşların seçmək hüququ məhdudlaşdırıla bilməz. Məhkumların da səsvermə hüququ təmin olunur. Seçki Məcəlləsinə əsasən məhkəmənin qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslər; məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, ağır və xüsusi ilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər seçilmək hüququna malik deyillər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sosial Xidmətlər Agentliyi: Yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq himayədar ailəyə verilib

Next

Sabah Bakıda və rayonlarda qar yağacaq

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv