Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bakının gül dükanlarında 14 fevral ajiotajı – REPORTAJ

By Vüsal Rafiqoğlu
13.02.2025 5 Min Read

Mağazalara axın başlayıb; qızılgülün qiymətindəki artımın tək səbəbi isə Sevgililər günü deyilmiş – əməkdaşımız yazır

Dünyanın bir çox ölkələrində 14 fevral Sevgililər günü kimi qeyd olunur. Hərçənd Azərbaycanda 20 Yanvar şəhidləri İlham və Fərizənin xatirəsini əbədiləşdirmək üçün onların toy günü – 30 iyunun Milli Sevgililər günü kimi qeyd olunması təklif edilsə də, hələ də bir-birini fevralın 14-də təbrik edənlər az deyil. Bu isə gül dükanları üçün yaxşı qazanc mənbəyidir.

Xüsusilə hədiyyəlik əşya və gül dükanlarında alış-veriş edənlər çoxalır. Belə ki, bütün özəl günlər olduğu kimi, 14 fevral da qiymət artımı üçün fürsətdir. Artıq gül dükanlarında müştərilərin çoxluğunu müşahidə etmək mümkündür. “Yeni Müsavat”ın əməkdaşı bir neçə gül dükanında müşahidə apararaq qiymətlərlə maraqlanıb.

Bakının Nizami rayonunda yerləşən “Rozmari” və digər gül dükanlarında artıq qiymət artımı var.

Satıcının sözlərinə görə, bu, 14 fevralla deyil, çiçəklərin alış qiymətinin artması ilə əlaqədardır: “Qızılgüllər 6 manata satılır. Mavi qızılgüllər isə 7 manatdır. Bir ədəd tülpan 3 manatdır. Astromeya da 3 manata satılır. Qutudakı buketlərin qiyməti 35 manatdan başlayır. Qiymətlər artıb. Əvvəllər qızılgüllər 5 manata satılırdı, indi isə 6 manata satırıq. Bu, 14 fevralla əlaqəli deyil, həftənin əvvəlindən qiymət artıb. Qiymətlərin aşağı düşməsi gözlənilmir, bəlkə 8 martdan sonra bu mümkün ola bilər. Yerli qızılgül satmırıq, xaricdən gətiririk, alış qiyməti artdığı üçün biz də məcburən qiyməti artırırıq. Qiymət artımı bizim üçün də xoş deyil. Müştərilər bizi qınayırlar, günahlandırırlar, amma bizdən asılı deyil”. Xətai rayonunda yerləşən “Gül bazarı” adlı dükanda isə qızılgüllərin qiyməti 5-6 manat arasında dəyişir: “Sulanan güllərin qiyməti 5 manatdır. Yerli güllər 5 manata satılır, xaricilər isə 6 manata. Daha kiçik güllər isə 3-4 manata satılır. Tülpanın bir ədədi 3 manatdır. 14 fevrala görə qiymət artımı olmayacaq”, – deyə satıcı bildirdi. “Ağ çiçəyim” dükanlarında Sevgililər gününə özəl hazır buketlər daha çox nəzərə çarpdı:

101 tülpan buketi 480 AZN;

25 tülpanlı buket 130 AZN;

qarışıq kol qızılgüllərindən hazırlanmış buket 105 AZN;

qutuda kol qızılgülləri 80 AZN;

25 ədəd çəhrayı qızılgüldən hazırlanmış buket 130 AZN; rəngindən asılı olmayaraq, 101 qızılgüldən ibarət buketin qiyməti isə 600 AZN-dir.  Əgər buketi özünüz hazırlatmaq istəsəniz, qızılgülün bir ədədinin qiyməti 5 manat, tülpan və çobanyastığı 3 manatdır. Gül satışı ilə məşğul olan məşhur mağazalar şəbəkələrindən birində isə 101 qızılgülün qiyməti 500 manat, 201 qızılgül isə 700 manata təklif olunur. Əlavə olaraq qarışıq buketlərin ən ucuzu 45 manat, ən bahası 400 manatdır.

Bundan əlavə, bu tarixi xüsusi şəkildə qeyd etmək istəyənlər artıq restoranlarda rezervasiya etməyə başlayıblar. Maraqlıdır, bəs cütlüklər Sevgililər gününü belə məkanlarda qeyd etmək üçün nə qədər pul xərcləyəcəklər? Paytaxtda yerləşən digər, daha böyük restoranlarda isə qiymətlər bir qədər fərqlidir. Belə məkanlarda əksər hallarda əvvəldən rezervasiya etmək üçün müəyyən məbləğdə beh tələb olunur. Ümumi qiymətlərə gəldikdə isə restoran inzibatçılarının sözlərinə görə, tələbat artsa da, menyularda adi günlərə nisbətən böyük bir fərq olmur. Belə ki, ortalama cütlüklər lüks məkanlarda 150-300 manat, orta səviyyəli restoranlarda 80-150 manat, daha sadə və ailəvi məkanlarda isə 50-120 manat arası məbləğ ödəməlidirlər.

Məlumat üçün deyək ki, Katolik xristianların “Müqəddəs Valentin” dedikləri və şəxsiyyəti ilə öyündükləri bu keşiş çox müəmmalı bir kimliyə sahibdir. Əslində 14 fevralın Sevgililər günü kimi qeyd edilməsi onun dövründən xeyli öncələrə, təxminən 1500 il əvvələ gedib çıxır. Bunun əsası xristianlığa deyil, əski Roma ənənələrinə dayanır. Qədim Romada 14 fevral tarixi bütün Roma xalqı üçün isə xüsusi əhəmiyyət kəsb edirdi. Həmin gün inanclarına görə, Roma “Tanrı” və “Tanrıçaları”nın kraliçası olan Junoya duyulan sayğıdan dolayı bayram elan olunurdu. Səhərisi gün isə Lupercalia bayramı başlayırdı. Bu bayram xalqın gənc kütləsi üçün böyük “önəm” daşıyırdı.

Bu “önəm”in səbəbi isə həyatları qəti qanun-qaydalarla müəyyənləşdirilmiş və bunun da təbii nəticəsi olaraq gəzib-əylənmə şansı çox məhdud olan gənclərin bu bayramda bir-birləri ilə iyrənc şəkildə əylənmələri idi. Bu “bayram”da hansı gəncin hansı qızı seçməsi də öz istəklərinə bağlı deyildi. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə bir yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdı və onlar bayram boyunca ayrılmırdılar.

Maraqlıdır ki, bu tarixi qeyd etməyən və ya qadağan edən ölkələr var. Almaniyada bu tarix “psixi cəhətdən sağlam olmayanların günü” kimi qeyd edilir. İordaniya da Sevgililər gününün qadağan olunduğu ölkələr sırasındadır. İslam əxlaqına uyğun olmadığı üçün Malayziyada da bu gün qadağan edilib.

İslamabad Ali Məhkəməsi də Pakistan ərazisində Müqəddəs Valentin günü – Sevgililər gününü qadağan edib. Məhkəmə bu qərarı Sevgililər gününün İslam ənənələri ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək qəbul edib. Qərara əsasən, həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən şəkildə həmin günü qeyd etmək qadağandır. Bununla bərabər bu bayramın KİV-də təşviqi və ya reklamı da qadağan olunub. Özbəkistanda və Türkmənistanda da bu günün qeyd olunması qadağandır. İranda isə bu günlə bağlı bütün hədiyyəlik əşyaların satışı və reklamları qadağan edilib. Səudiyyə Ərəbistanda 2004-cü ildə verilən fitvada Sevgililər gününü Allaha və Qiyamət gününə iman gətirən müsəlmanların qeyd etməmələri söylənib. Fitvada Allahın qəzəbindən qorxanlar üçün bunun bir vəzifə olduğu vurğulanıb.

Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda vəkil peşəsinə ehtiyac çox, maraq isə azdır – ilginc səbəb

Next

Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi?

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv