Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Diplomdansa kababxana açmaq… – Özünü doğrultmayan təhsil xərcləri

By Vüsal Rafiqoğlu
15.02.2025 3 Min Read

Ekspertlər problemin əsas mənbəyi barədə danışdılar; “bu məsələdə məsuliyyət təkcə valideynlərin üzərinə düşmür…”

“Oğlumun təhsilinə verdiyim pul bəhrəsini vermir, onun yerinə çayxana açardım, oranı işlədərdi”.

Bu sözləri müğənni Nadir Qafarzadə səsləndirib.

“Oğlum İsveçrədə oxudu, indi evdə oturub. Onun təhsilinə uyğun iş yoxdur. Övladım Cenevrədə Biznes və Menecment fakültəsini bitirib. Həmin pula yaxşı çayxana açardım. Kimə lazımdır təhsil, nəyə lazımdır? Gənclər də görür ki, təhsilli insanlara önəm vermirlər, gedib Tiktokda canlı yayım açırlar. Onlar düşünürlər ki, gedib dörd-beş il oxumaqdansa, belə rahatca oturub, pul qazanmaq daha yaxşıdı”, – o bildirib.

Şübhəsiz, Nadir Qafarzadə bu xüsusda tək deyil və problemli bir məsələyə toxunub. Çox vaxt valideynlər öz övladlarının ali təhsili üçün ətək-ətək pul xərcləyir (bura təbii ki, repetitor xərcləri də daxildir), amma nəticə sıfra yaxın olur. Yəni təhsil xərclər özünü doğrulmur.

Bəs Azərbaycanın əmək bazarında niyə belə vəziyyət yaranıb? Bu, müstəsna olaraq, valideynin və ya övladın yanlış seçimidir, yoxsa? Çıxış yolu nədir? 

Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Valideynlər övladlarının ixtisas və təhsil ölkəsini seçərkən, onların potensialını nəzərə almadan qərar verirlər. Hər bir valideyn əvvəlcə övladının potensialını bilməlidir. Bunun üçün illərdir təklif edirik ki, Elm və Təhsil Nazirliyi 12 yaşdan başlayaraq məktəblərdə şagirdlərin peşə potensialını müəyyən edən psixoloji testlər keçirsin. Bu, beynəlxalq təcrübədə də mövcuddur. 12 yaşdan etibarən, ildə iki dəfədən çox olmayaraq belə testlər keçirilir və şagirdin hansı sahədə potensiala malik olduğu müəyyən edilir, nəticələr isə davamlı olaraq valideynlərə təqdim olunur.

Elşən Qafarov: Bağçalarda 6 minə yaxın təhsilsiz tərbiyəçi-müəllim  fəaliyyət göstərir - Mektebgushesi

Elşən Qafarov

Valideynlər övladlarının potensialını nəzərə almadan, tanışlarının övladlarının xaricdə təhsil alması və ya müəyyən ixtisaslara yiyələnməsindən təsirlənərək, öz övladlarını da həmin istiqamətlərə yönləndirirlər. Bu zaman övladlarının həmin sahələrə marağı və ya qabiliyyəti olub-olmaması önəmsiz qalır. Nəticədə, başqa sahədə uğurlu ola biləcək bir şəxs, seçilməyən sahədə ömrü boyu özünü xoşbəxt və rahat hiss etmir. Burada iki məsələ var. Birincisi, ölkə daxilində dövlət tərəfindən keçirilən qrup imtahanlarıdır, bir hər zaman təklif edirik ki, bu, ixtisas imtahanları ilə əvəz olunsun. İkincisi isə valideynlərin övladlarının ixtisas seçiminə müdaxiləsidir”.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin hazırkı qrup imtahanları bəzi hallarda abituriyentlərin arzuladıqları peşə üzrə təhsil almalarına maneə yaradır: “Əgər bu imtahanlar ixtisaslara uyğun imtahanlarla əvəz olunsa, abituriyentlər istədikləri ixtisas üzrə ali təhsil müəssisələrinə müraciət edə və həmin sahədə təhsil ala bilərlər. Problemin əsas mənbəyi də buradadır. Bu problemin həlli üçün Elm və Təhsil Nazirliyi 7-ci sinifdən 11-ci sinfə qədər şagirdlər arasında psixoloji testlər təşkil edə bilər. Bu testlərin nəticələri valideynlərə mütəmadi olaraq təqdim edilməlidir ki, onlar övladlarının potensialını daha yaxşı anlasınlar və gələcəkdə peşmançılıq yaşamazlar”.

Koronavirusa yoluxan Sahib Məmmədov evə buraxılıb: "Xəstəxanlara çox ağır  xəstələr gəlir"

 Sahib Məmmədov

Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov isə qeyd edib ki, ümumilikdə təhsilə münasibət dəyişməlidir: “Elə ölkələr var ki, orada çox varlı bir ailə övladının ali təhsil almasına müdaxilə etmir və uşaq da öz seçimi ilə gedib hansısa işlə məşğul olur – ya ixtisaslı bir fəaliyyət peşəsi ilə, ya hansısa bir xidmət sahəsində, ya da özünüməşğulluqla. Bizdə isə bu, oxumaq sovet dövründən qalma bir dəbdir. Qızlar üçün oxumaq ümumiyyətlə, diplom cehiz sayılırdı bir vaxtlar. Biri var oxumaq, biri var diplom almaq. Diplom almaq dəbi idi. İndi də təəssüf ki, hələ də o tendensiya davam edir. Kimin imkanı var, yoxdur, kimsə kredit götürür və s., çalışır ki, uşaqları hansısa ali məktəb diplomu əldə etsin, bu mümkün deyilsə, heç olmasa bir kollec diplomu əldə etsin. Nəticədə uşaqlarını müxtəlif istiqamətlərə yönəldirlər və onlar istədiklərini yox, valideynlərin istədiyini əldə etmiş olurlar”.

Ekspert ikinci səbəb haqda da danışdı: “Məzunlar valideynlərdən əlavə, ixtisas seçimində istədiklərinə nail ola bilmirlər. Bu da test sistemi ilə bağlıdır. Belə ki, orada qrupu seçirsən, amma topladığın bala uyğun olaraq avtomatik sənin üçün o ixtisas seçimi gedir. Bəzi tələbələr ali təhsil almağa məcbur olduqlarını düşünürlər, çünki valideynlərinin gözləntilərini qarşılamaq istəyirlər. Onlar düşünürlər ki, ali təhsil almasalar, valideynləri nə deyəcək? Bu səbəbdən, ”eybi yox, bir ali təhsil alım, sonra baxarıq” düşüncəsi ilə hərəkət edirlər. Lakin təhsil aldıqdan sonra əmək bazarında uyğun iş tapmaqda çətinlik çəkirlər və ya ixtisaslarına tam yiyələnə bilmirlər. Nəticədə, diplomları sadəcə, bir xatirə sənədinə çevrilir”.

S.Məmmədova görə, problemin kökü yalnız valideynlərin təzyiqində deyil, həm də təhsil sistemindəki məsələlərdə və cəmiyyətdəki ənənəvi düşüncələrdədir: “Əlavə olaraq, Azərbaycanda təhsil alanların nəzəri biliklərə sahib olmalarına baxmayaraq, praktiki vərdişlərinin yetərsiz olması da mühüm bir problemdir. Məsələn, mühəndislik ixtisası üzrə təhsil alan tələbələr yalnız kitab oxumaqla kifayətlənməməli, həm də potensial iş sahələrində ciddi təcrübə keçməlidirlər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiyada güclü zəlzələ oldu – SON DƏQİQƏ!

Next

Azərbaycandakı bu xarici media qurumları “sarı vərəqə” aldı

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv