Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Zəngəzur dəhlizi ilə bağlı ŞAD XƏBƏR – An məsələsidir!

By Vüsal Rafiqoğlu
18.02.2025 3 Min Read

İrəvanda Zəngəzur koridoru ilə bağlı təlaş səngimir, erməni siyasətçilər “sancı” içindədir – Bakıdan reaksiyalar

Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr, daha doğrusu, təlaş səngimir. Erməni deputatlar vaxtaşırı bu yöndə maraqlı, eyni zamanda kifayət qədər maraqlı açıqlamalar verirlər. Məsələn, müxalif deputat Qeqam Manukyan iddia edir ki, İrəvan Bakıya öz şərtlərini təqdim edib: “İstisna edilmir ki, Ermənistan hökuməti Azərbaycana öz ərazisindən yoxlamasız yük daşımaq hüququnu təklif edib”. Hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Arman Yeqoyan isə məsələni bir qədər dəqiqləşdirərək deyib: “Azərbaycan və ya digər ölkələrdən Ermənistan ərazisindən daşınan istənilən yük nəzarətə götürülməlidir. Yoxlama olmayacaq, amma nəzarət olmalıdır”.

Öz növbəsində erməni ekspert Alen Qevondyan hesab edir ki, dəhliz məsələsi çoxdan həll olunub. Onun sözlərinə görə, Ermənistan hökuməti Zəngəzur dəhlizi məsələsinə hələ 2021-ci ildə razılıq verib, bu gün mövzunun uzanmasına səbəb erməni cəmiyyətinin razı salına bilinməməsidir. “Hraparak” qəzeti də yazıb ki, Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşıb. İddialara görə, Azərbaycanla dəhliz məsələsinin müzakirə edilmədiyini deyən hakim qüvvələr “maneəsiz keçid” anlayışını gündəmə gətiriblər və insanları tədricən buna hazırlayırlar. Qəzet bildirir ki, maneəsiz keçid rejimində Azərbaycanla Naxçıvan arasında yüklər yoxlamasız keçəcək və yola nəzarət olmayacaq. İrəvanda bu qəbil diskussiyalar göstərir ki, dəhlizin açılması an məsələsidir. Sadəcə, onun statusu və mexanizmi mübahisəlidir. Bəs bu düyün necə və nə vaxt çözüləcək?

fikret.jpeg (167 KB)

 Fikrət Yusifov

Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında diqqətə çatdırdı ki, Ermənistanda Paşinyan başda olmaqla, kimin nə demək istəməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi Azərbaycanın və Türkiyənin istədiyi bir formada və şərtlər çərçivəsində açılacaq: “Ermənistanın müəyyən zamanı var ki, dəhlizin açılması üçün özü addım atsın. Əks halda, gec olacaq və bu gün dəhliz ətrafında siyasi alverə qalxan ermənilər sonda dəhlizlə bağlı bütün istəklərindən məhrum olacaqlar. Ermənilər vəziyyətin getdikcə dramatikləşdiyinin fərqindədirlər, başa düşürlər ki, sonra gec ola bilər”.

F.Yusifov Zəngəzur dəhlizinin həm Qərbin və həm də Şərqin böyük güclərinin, regionda isə Azərbaycan və Türkiyənin maraqlarına aid bir məsələ olduğunu yada saldı: “Bu məsələdə tutulan əks yol Ermənistanı bir dövlət kimi yandıra bilər. Bu gün dünyanın düzəni dəyişir. Baxın, Rusiya-Ukrayna müharibəsində sülh yaratmaq istəyən ABŞ artıq indiyə qədər mövcud olmuş istəklərini açıq formada ortaya qoyur. Birləşmiş Ştatlar Ukraynanın filiz mədənlərini əldə etmək istədiyini bəyan edir”.

Ekspert qeyd etdi ki, bu, əslində dünyada iqtisadi maraqların və biznes maraqlarının yenidən bölgüsü prosesinin gedişidir: “Zəngəzur dəhlizi də beləcə həm ABŞ-ın, Avropa Birliyinin, həm də Çinin maraqları dairəsində olan bir məsələdir. Bu nəhənglərin iqtisadi və hərbi xəritəsində Ermənistan nə boyda görünür, sizcə? Ermənilər bunu anlaya bilməsələr, təkcə Zəngəzuru deyil, bütövlükdə Ermənistanı itirəcəklər. Bax bu ən böyük gerçəkdir”.

Azər Badamov: Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinin  tərəfdarı olub - AZƏRTAC

Azər Badamov

Azərbaycan parlamentinin üzvü Azər Badamov isə hesab edir ki, Zəngəzur dəhlizinin açılması labüd məsələdir: “Burada, sadəcə, dəhlizin nə vaxt açılacağı zaman məsələsidir. Azərbaycan Zəngəzur dəhlizinə qədər olan ərazilərdə hər iki tərəfdən bütün kommunikasiyaları yenidən quraraq işlək vəziyyətə gətirir. Amma Ermənistan tərəfində isə sadəcə söz müzakirələrindən başqa bir hərəkətlilik müşahidə olunmur. Bunun da əsasında Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizi məsələsinə ehtiyatla yanaşmalı olduğunu hesab edirəm. Çünki Ermənistan hakimiyyəti açıq şəkildə Zəngəzur dəhlizi ifadəsini gündəmə gətirərsə, ölkə daxilində radikal müxalifəti yenidən ayağa qaldırmış və cəmiyyətdə narazılıqlara gətirmiş olacaq. Ona görə də Zəngəzur dəhlizi ifadəsi açıq şəkildə açıqlanmasa da, manesiz keçidin verilməsinə etiraz etmədiklərini bildirirlər. Yəni maneəsiz keçidin verilməsi ilə bağlı məsələ 10 noyabr 2020-ci il bəyanatında Paşinyanın imzası ilə təsdiq olunub”.

Deputatın sözlərinə görə, Ermənistanda 2026-cı ildə parlament seçkilərinin keçiriləcəyi gözlənilir: “Ona görə də Paşinyan hakimiyyəti Zəngəzur dəhlizi və sülh müqaviləsi ilə bağlı danışıqlar prosesini sadəcə sözlərlə yola verməyə çalışır. Amma 2026-cı ildə parlament seçkilərindən sonra Zəngəzur dəhlizi ilə bağlı ciddi addımların atılacağını hesab edirəm. Çünki Paşinyanın ortaya gətirdiyi sülh kəsişməsi layihəsi Zəngəzur dəhlizi açılmadan sıradan bir kağız parçasıdır. Ermənistanın kommunikasiyaları Azərbaycan və Türkiyənin ərazisindən keçməlidir. Bunun üçün Azərbaycanla sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizi açılmalıdır. Bu gün Paşinyan bütün kommunikasiyaların açılmasına etirazının olmadığını deməklə əslində özü də bilir ki, bu mümkünsüz bir məsələdir. Belə açıqlamalarla Paşinyanın məqsədi sadəcə beynəlxalq və daxili ictimaiyyəti çaşdırmaqdır. Ermənistan ilk növbədə Zəngəzur dəhlizini açmalıdır ki, sonra digər məsələlər müzakirə olunsun. Hər şey öz ardıcıllığı ilə davam etməlidir. Bu baxımdan gec də olsa Zəngəzur dəhlizinin açılması mütləq reallaşacaqdır. Azərbaycanın Zəngəzur dəhlizinə qədər çəkdiyi kommunikasiyalar isə çox məqsədlidir. Belə ki, Zəngəzur dəhlizinin açılmasının gecikəcəyi təqdirdə Azərbaycan İran ərazisindən paralel yolun açılışına nail olacaq və bununla Naxçıvanla bağlantımız yaranacaq. Bu məsələ ilə bağlı hökumətlərimiz birgə fəaliyyət göstərir və Araz çayı üzərində kommunikasiyaların tikintisi prosesi davam etdirilir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistanın separatçıları təmin etdiyi silah və texnikaların siyahısı açıqlanıb

Next

Azərbaycana ŞOK TƏHLÜKƏ! – Rusiya buna getsə…

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv