Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycansayağı vendetta – qadınlar kişiləri buna görə döyür

By Vüsal Rafiqoğlu
19.02.2025 3 Min Read

Ekspert deyir ki, əvvəllər kişilər zorakılıqla bağlı müraciətlər etməzdilər, indi isə…

2024-cü ilin yanvar-dekabr aylarında 860 gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, müraciətlərin 272-si qadınlar, 58-i kişilər tərəfindən edilib. 205 nəfər Bakıdan, 125-i isə regionlardan müraciət edib. Onlardan 137-si evli, 140-sı subay, 53-ü boşanmış olub.

Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80-i 36-55, 28 nəfəri isə 56+ yaş aralığında olan şəxslərdir.

Adətən ailədaxili şiddət dedikdə birinci növbədə ağıla qadın gəlir. Lakin bu hesabatdan bəlli olur ki, bəzən kişilər də qadınlar tərəfindən zorakılığa məruz qala bilir. Bəs bu zorakılıqlar nələrdən ibarətdir?

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Üzeyir Şəfiyev 

Mövzu ilə bağlı danışan sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a bildirib ki, həm beynəlxalq konvensiyada, həm də qanunvericilikdə göstərilib ki, məişət zorakılığı yaxın qohumluq münasibətlərindən və bir yerdə olmağından sui-istifadə edərək bir şəxsin digərinə qarşı yönəltdiyi fiziki, iqtisadi, mənəvi, psixoloji, emosional bir zorakılıq formasıdır: “Burada söhbət təkcə fiziki zorakılıqdan getmir. Qadın ərini şantaj edir ki, intihar edəcək və yaxud da boşanacaq, uşaqları ona göstərməyəcək. Bu da zorakılıq hesab olunur.  Qərb mərkəzli qüvvələr Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını dağıtmaq üçün qadın-kişi qarşıdurması yaradırlar və Azərbaycanın ailə əsaslarını hədəf götürürlər. Bu məsələdə gender bərabərliyindən alət kimi istifadə edirlər. Bu ad altında qadınlar kişilərə qarşı körüklənir. Nəticədə Azərbaycanda münaqişəli ailələrin sayı çoxalır.  Bu gün qadın hüqiuqları ilə bağlı maarifləndirmə işləri düzgün getmədiyinə, təbliğat işləri aqressiv feminist dalğanın təsiri altında olduğuna görə qadın hüquqlarını xanımlar adekvat qavramırlar. Bu fonda qadın-kişi qarşıdurması yaranır”.

Ekspert deyib ki, əvvəllər kişilər zorakılıqla bağlı belə müraciətləri etməzdilər: “Çünki Azərbaycan kişi mərkəzli ənənəvi cəmiyyətdir və burada ictimai qınaqlar var. Məişət zorakılığını ictimailəşdirməyə, onları efirlərə daşımağa yaxşı baxılmırdı. Özəlliklə kişilər qadınlar tərəfindən emosional, psixoloji zorakılığa məruz qalmalarını heç vaxt dilə gətirməzdilər. Çünki kişi bunu öz qüruruna sığışdırmırdı. İndi isə vəziyyət elə bir hala gəlib ki, ailədaxili məsələlər efirlərə daşınır. Bu, təqdirəlayiq hal deyil. Azərbaycanda ailə münaqişələri və məişət məsələləri ilə məşğul olan müvafiq qurumlar var. Azərbaycan o ölkələrdəndir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ailə böhran mərkəzləri fəaliyyət göstərir. Çox yaxşı olardı ki, məsələlər bu aspektdə həll olunsun. Münaqişə efirə daşınanda bir qədər də metastaz verir, böyüyür, potensial münaqişəli ailələri real münaqişəli ailələr xəttinə gətirib çıxarır”.

Sosioloq deyir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınlarımız iqtisadi cəhətdən nisbətən sərbəst oldular: “Azərbaycan qadınının düşüncəsində, həyat tərzində transformasiya yaşandı.  Əvvəllər qadınlar iqtisadi cəhətdən fəal olmadıqlarına görə ailə konfliktlərini qabartmırdılar. Fikirləşirdilər ki, boşansalar maddi baxımdan çox çətin durumda qala bilərlər. İqtisadi fəal və məşğul əhaliyə çevrildikdən sonra qadınlar köhnə qayda ilə yaşamaq istəmədi, kişilər isə köhnə qayda ilə idarə etməyi bacarmadı. Nəticədə yeni ailə tərzləri formalaşdı.

BMT-nin Əhali Fondunun layihəsi çərçivəsində gender əsaslı zorakılıq qurbanları ilə işləyən sosial işçilərin və psixoloqların akkreditasiyasını nəzərdə tutan layihə həyata keçirilir. Yaxın günlərdə bununla bağlı real addımlar atılacaq. Bu, məişət zorakılığını və münaqişəli ailələrin sayını azaldacaq”.

Kişi zorakılığının səbəbləri haqqında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da danışıb: “Kişilər komitəyə fiziki zorakılıqla bağlı müraciət etməyiblər. Burada söhbət psixoloji və iqtisadi zorakılıqdan gedir. Bəzən kişinin qadından iqtisadi asılılığı olur. Yaxud da qadın kişiyə psixoloji təsir göstərir, məsələn, boşandıqdan sonra övladlarını keçmiş həyat yoldaşına göstərmir və s. Bu cür hallar da zorakılıq kimi qiymətləndirilir”.  

QRBe9ROsum5JZ8AbYzbmIzIKR4NlHt1OoFYYSpwj.jpg

Günel İsmayıllı 

Psixoloq Günel İsmayıllı mövzu ilə bağlı  açıqlamasında deyib ki, qadınlar kişilərə qarşı  daha çox psixoloji təzyiq vasitəsindən istifadə edirlər: “Qadınlar ailənin idarə olunmasında, iqtisadi məsələdə, tərbiyə işlərində, ümumiyyətlə, ailə məsələlərində kişilərin iştirakını istəyirlər. Kişilərin isə balacalıqdan tərbiyə sistemi tamamilə fərqlidir. Onlar öyrəşiblər ki, çətin situasiyalarda qadınlar özlərini qabağa versin, məsələlərin həllində aparıcı olsunlar.  Ailədə oğlan uşaqlarının problemləri onun anası və ya bacısı tərəfindən həll edilib. Oğlan uşaqlarının tərbiyəsindəki boşluqlar vəziyyəti gətirib bu yerə çıxarır.

Oğlanlar ailə sahibi olduqda beyin problemlərin həllini tanımır. Daha çox vəziyyətdən qaçaraq məsələlərin həllinə çalışırlar. Qadın isə an gözləyir, duyğusal olaraq basdırılmış tərəfi daha qəzəbli, aqressiv vəziyyət alır. Kişilər uğurlu ailə istəyirlərsə,  yeni vərdişlərin qazanılmasında maraqlı olmalıdırlar. Vəziyyətdən qaçaraq, dostları ilə içki məclisinə getməklə hansısa problem öz-özünə həll edilməyəcək. Hər bir şəxsin ailədə məsuliyyəti olmalıdır. Qadın və kişi bu işdə birgə addımlamalı, yeni vərdişlərə yiyələnməlidirlər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hikmət Hacıyev Netanyahu ilə GÖRÜŞDÜ

Next

Pasxaya qədər dünyada nələr dəyişəcək?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv