Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Bismillah” deyilən ölkədə başladılar – kritik görüşün təfsilatı…

By Vüsal Rafiqoğlu
19.02.2025 4 Min Read

Üç illik fasilədən sonra ərəb ölkəsində başlanan dialoqun ilkin nəticələri açıqlandı; lakin masada tək Ukrayna mövzusu deyildi – rəylər

Fevralın 18-də Rusiya və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Səudiyyə Ərəbistanında başlayan görüşünün ilkin nəticələri açıqlanıb. “Yeni Müsavat” xəbər verir ki, bu haqda Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Ər-Riyadda jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, Rusiyanı cilovlamaq siyasəti iflasa uğrayıb. Dmitriyev əlavə edib ki, Rusiya ilə ABŞ arasında danışıqlarda irəliləyiş yaxın 2-3 ay ərzində mümkündür. “Amerika şirkətləri Rusiya bazarında öz mövqelərini itiriblər, bu da onların gələcək strategiyasına təsir edəcək”. Dmitriyev iqtisadi aspektlərə dair vacib açıqlamalar da verib: Rusiya və ABŞ arasında danışıqlarda irəliləyişin növbəti 2-3 ay ərzində mümkün ola biləcəyi bildirilib. Bayden administrasiyası əvvəllər Rusiyanın narahatlıqlarını anlamağa çalışmayıb, lakin hazırda Vaşinqton Moskvanın mövqeyini dinləməyə və anlamağa hazırdır. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Amerikanın öz şirkətlərinə Rusiyadan daha çox ziyan vurub. Bir çox Amerika şirkəti Rusiya bazarında mövqelərini və gələcək böyük gəlirlərini itirib. ABŞ neft şirkətləri Rusiyada çox uğurlu biznes qurmuşdular. Rusiya və ABŞ-ın Arktika da daxil olmaqla, birgə layihələrə keçməsi vacibdir. Dmitriyev “New York Times”a açıqlamasında bildirib ki, iqtisadi əməkdaşlığın bərpasına çalışacaq və o yalnız “əlaqələri, etimadı və uğuru bərpa etmək” məqsədini güdür.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında dünyanın gözlədiyi ABŞ-Rusiya danışıqlarında Moskvanı xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil ediblər. Danışıqlar Səudiyyə Ərəbistanının krallıq ailəsinə aid saraylardan birində – Diriyah sarayında keçirilib. Nümayəndə heyətlərinin üzvləri böyük dördbucaqlı stolun ətrafında əyləşiblər. Rusiya sağda, Amerika solda oturub. Masanın başında Səudiyyə Ərəbistanının nümayəndələri dayanıblar. Girişdə Rusiya Federasiyasının, ABŞ-ın və Səudiyyə Ərəbistanının bayraqları asılıb, yerə bənövşəyi xalça sərilib. Kremldən bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin bərpası, Rusiya-Ukrayna müharibəsi ilə bağlı mümkün danışıqların hazırlanması, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında şəxsi görüşün təşkili müzakirə olunub.

Görüşdən daha əvvəl Rusiyanın baş diplomatı Lavrov bildirmişdi ki, Ukrayna ilə danışıqlarda ərazi güzəştləri mümkün deyil. Lavrov Sovet İttifaqının qurulması zamanı Ukraynaya güzəştlərin edildiyini və “rus xalqının əsrlər boyu məskunlaşdığı, şəhərlər və fabriklər saldığı geniş ərazilərin Ukrayna SSR-in tərkibinə daxil edildiyini” demişdi.

Kremlin mətbuat katibi Dmitri Peskov isə brifinq zamanı bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə bəyan etdiyi kimi, Rusiya əvvəldən Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hazırdır. Kreml sözçüsü qeyd edib ki, Ukraynanın özünün və bir çox başqa dövlətlərin baxışı əks mövqedədir. Peskov xatırladıb ki, Kiyev özü sülh danışıqlarını qadağan edib, Avropa ölkələri və ABŞ isə nəyin bahasına olursa-olsun münaqişənin davam etdirilməsinin vacibliyindən danışıb. “Buna görə də bu diqqət əvvəldən orada idi. Bizim üçün əsas odur ki, məqsədlərimizə nail olaq və təbii ki, biz məqsədlərimizə çatmaq üçün dinc vasitələrə üstünlük veririk”, – Peskov bildirib.

Peskov əlavə edib ki, Putin Zelenski ilə danışıqlara hazırdır. “Lakin Zelenskinin Ukrayna lideri kimi legitimliyi şübhə altındadır. Putin özü dəfələrlə deyib ki, lazım gələrsə, Zelenski ilə danışıqlar aparacaq. Bununla belə, razılaşmaların hüquqi qeydiyyatı Zelenskinin özünün legitimliyinə etiraz etmək imkanından danışan reallıq nəzərə alınmaqla ciddi müzakirə obyektidir”, – Kreml sözçüsü vurğulayıb.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlıya görə, dünya siyasətində perspektivləri müəyyənləşdirmənin və dağıdıcı-birləşdirici proseslərin başlanğıcı ola biləcək görüş Ukraynada müharibənin dayandırılmasına həsr olunsa da, gündəlik bununla yekunlaşmır: “Nümayəndə heyətlərinin tərkibi də bu kontekstdə diqqət çəkir. Gündəlikdə Ukrayna ilə yanaşı, Yaxın Şərq də daxil olmaqla, bir sıra coğrafiyalarda baş verənlər, eləcə də iqtisadi məsələlər və s. var. Ukrayna müharibəsinin dayandırılması və bu ölkə üzərindəki mövqelərin-maraqların bölüşdürülməsi hər iki tərəf üçün ümumi razılaşmada bir-birinə qarşı istifadə edəcəyi kart kimi də görünür, xüsusilə ABŞ-ın Rusiyaya qarşı bundan istifadə imkanları genişdir”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, gözlənilən Tramp-Putin görüşündə Vaşinqtonun verdiyi güzəştlər naminə Rusiya Ukraynada işğal etdiyi ərazilərin bir hissəsindən çıxa bilər: “ABŞ Ukraynaya silahlar verməklə, Rusiyanı tam sıxışdırıb çıxarmaqla öz geopolitik mövqeyini Avropa üzərində gücləndirə bilər, nəinki Rusiyaya güzəştə getməklə. Əgər Tramp Putinlə sövdələşməyə gedərsə, Avropa ölkələri ABŞ-dan üz döndərəcək. Avropasız isə ABŞ-ın beynəlxalq gücü mümkün deyil. Göründüyü kimi, bütün proseslər Vaşinqtonun əleyhinədir. Böyük Britaniya başda olmaqla, Almaniya, Fransa, Polşa və İtaliya Ukraynaya ordu göndərməyi planlaşdırır. Trampın Putinlə görüşünün nəticəsi yalnız atəşkəs əldə edilməsi, Kremlin tutduğu bir sıra ərazilərdən çəkilməsi və qarşılıqlı olaraq müəyyən sanksiyaların götürülməsi ola bilər”.

İki türk ölkəsi hədəfdə: Bakının "düşməni" dost ola bilər - Globalinfo.az

Qədir Aslan

Siyasi ekspert Qədir Aslan isə danışıqlarla bağlı tələsik nəticə çıxarmağın əleyhinədir: “Rusiyanın Ukraynaya qarşı apardığı qeyri-qanuni və hüquq əleyhinə olan müharibə Avropada sülhü və stabilliyi dağıdıb. Həmçinin qlobal təhlükəsizliyi kökündən sarsıdıb. NATO-nun 2022-ci ildə qəbul etdiyi Strateji Konsepsiyasında deyilir ki, Rusiya NATO-ya üzv ölkələrin təhlükəsizliyinə qarşı ən böyük və birbaşa təhdid mənbəyidir.  Rusiya məcburetmə, dağıdıcı fəaliyyət, aqressiya və anneksiya vasitəsilə digər ölkələri kontrol altında saxlamaq və öz təsir dairəsini genişləndirmək istəyir. Rusiya sadə, hibrid və kiber üsullardan və vasitələrdən istifadə edir. Bu vasitələrə dezinformasiya da daxildir”.

Ekspertin nəzərincə, NATO Rusiya ilə heç bir konfrontasiyaya getmək istəmir və onun üçün heç bir təhdid ərz etmir: “NATO Rusiyanın əməllərinə və təhdidlərinə qarşı vahid və məsuliyyətli formada reaksiya verməyə davam edəcək. Alyans öz çəkindirici gücünü və müdafiəsini gücləndirməyə davam edir, öz partnyorlarını dəstəkləyir və davamlılığını yüksəldir. Bu fəaliyyətə Rusiyanın dezinformasiyasına qarşı əks-fəaliyyət və onun əməllərinin ifşa edilməsi də daxildir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu gün Bakıda mühüm tədbir başlayır

Next

Bakı diplomatik korpusu təmizləyir və YENİLƏYİR!

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv