Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakı diplomatik korpusu təmizləyir və YENİLƏYİR!

By Vüsal Rafiqoğlu
19.02.2025 3 Min Read

Diplomatik xidmət orqanlarına işə qəbulla bağlı müsahibədən əvvəl müvafiq yoxlamanın aparılması bu istiqamətdə indiyə qədər olan neqativ halların aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir

Prezident İlham Əliyev “Diplomatik xidmət haqqında” Qanunu  təsdiqləyib.

“Diplomatik xidmət haqqında” yeni qanunda diplomatik xidmətin prinsipləri, diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri, diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqları, onlara şamil olunan məhdudiyyətlər, əməkdaşların həvəsləndirilməsi tədbirləri, hansı qaydada intizam məsuliyyətinə cəlb ediləcəkləri, diplomatik xidmət orqanlarında vəzifələrin yeni təsnifatı, əməkdaşların rotasiyası qaydası, onların geri çağırılmasını şərtləndirən yeni hallar, diplomatik xidmət orqanı əməkdaşının sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması, diplomatik xidmət stajının hesablanması qaydası və diplomatik xidmətdə olmanın yaş həddi müəyyənləşir.

Bundan başqa, yeni qanuna əsasən, diplomatik xidmət orqanlarının yeni funksiyaları, diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi sahəsində yeniliklər, diplomatların və ailə üzvlərinin təminatı və kompensasiyaları, diplomatik rütbələrin verilməsi sahəsində yeniliklər, diplomatik xidmətə qəbulla bağlı məhdudiyyətlər nəzərdə tutulur.

Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarına və diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydası hazırlanacaq.

Qeyd edək ki, yeni qanunlar son zamanlar sabiq azərbaycanlı diplomatların adının qalmaqallarda hallanması fonunda qəbul edilib.

Ötən həftə mediada Böyük Britaniyadakı keçmiş səfir Rafael İbrahimovun Londonun Çeşir rayonundakı reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunması xəbəri yayıldı. Məhkəmə R.İbrahimova 16 ay şərti cəza verib, adını 10 il müddətinə cinsi cinayətkarlar siyahısına daxil edib.

Bu, azərbaycanlı diplomatlarla bağlı ilk səs-küylü hadisə deyil. Azərbaycanı Avropadakı beynəlxalq təşkilatlarda təmsil etmiş Arif Məmmədov “qalmaqallı diplomatlar” siyahısında yer alır. O, 2015-ci ildə məmurları sərt şəkildə ittiham etmişdi. 2015-ci ilin sentyabrında vəzifəsindən kənarlaşdırılan Arif Məmmədov daha sonra Azərbaycan hökuməti tərəfindən beynəlxalq axtarışa verilmiş, dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunmuş və ona qarşı cinayət işi açılmışdı. Vəzifədən kənarlaşdırıldıqdan sonra Arif Məmmədov Belçika Krallığından siyasi sığınacaq alıb. Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsində çalışarkən həbs edilib. Bu günlərdə isə Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynlinin də adı “qalmaqallı diplomat” kimi gündəmə gəlib. Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün onun diplomatik fəaliyyətinə xitam verilib. Rəhman Şahhüseynli mətbuata açıqlamasında keçmiş həyat yoldaşı ilə övladına görə problem yaşadığını və qarşı tərəfin yazdığı çoxsaylı şikayətlər əsasında işdən çıxarıldığını deyib.

Yeni qanun bu sahədə dönüş yarada biləcəkmi?

Unudulan deputatlar: Sərdar Cəlaloğlunu infarkt həddinə çatdıran, İsa  Qəmbəri şoka salan, Etibar Məmmədova xəyal qırıqlığı yaşadan HÜQUQŞÜNAS

 Yusif Bağırzadə 

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, “Diplomatik xidmət haqqında” əvvəlki qanun 24 il əvvəl qəbul edilmişdi və həmin dövrdən etibarən həm ölkəmizin xarici siyasətlə bağlı vəzifələrində, həm də məqsəd və prioritetlərdə dəyişikliklər baş verib: “Bu vəzifələrin icrası isə daha peşəkar, daha çevik diplomatik xidməti zəruri edir. Odur ki, yeni qanunun qəbulu zamanın tələbi idi və bu da baş verdi. Yeni qanun əvvəlki ilə müqayisədə detallı və məzmunlu olması ilə yanaşı, özündə diplomatik xidmət orqanlarında vəzifələrin yeni təsnifatını, diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini, əməkdaşların vəzifə və hüquqlarını, onlara şamil olunan məhdudiyyətləri və s. ehtiva edir.

Bundan savayı yeni qanun diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi sahəsində yenilikləri, diplomatların və ailə üzvlərinin təminatı və kompensasiyaları da nəzərdə tutur ki, bu da təqdirəlayiqdir və diplomatik xidmət əməkdaşlarının daha təminatlı şəkildə fəaliyyəti üçün eyni imkanlar deməkdir.

Vacib məqamlardan biri də diplomatik xidmət orqanlarına təsadüfi adamların düşməsinin qarşısının alınması ilə bağlıdır. Diplomatik xidmət orqanlarına işə qəbulla bağlı müsahibədən əvvəl müvafiq yoxlamanın aparılması bu istiqamətdə indiyə qədər olan neqativ halların aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir”.

Ekspert vurğuladı ki, digər vacib məqam diplomatik xidmət orqanı əməkdaşlarının xarici dövlətin vətəndaşlığı, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazəni əldə etməsi ilə bağlıdır: “Yeni qanuna əsasən, diplomatik xidmət orqanlarının əməkdaşları bundan sonra müvafiq fəaliyyəti ancaq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi ilə həyata keçirə biləcəklər. Bu isə öz növbəsində bir sıra neqativ halların qarşısının alınmasına imkan verəcək. Eyni şeyi həm də diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getmək və tədbirlərdə iştirakla bağlı məhdudiyyətlərlə bağlı demək olar. Hər kəs razılaşar ki, diplomatik xidməti başa vurmamış bu və ya digər ölkənin vətəndaşlığı üçün müraciət etmiş və ya hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən Azərbaycanın dövlət maraqlarını layiqincə müdafiə etməyi gözləməyə dəyməz.

Odur ki, yeni qanun indiyə qədər diplomatik xidmət orqanlarında mövcud olan ayrı-ayrı neqativ halların qarşısının alınması və eləcə də bu orqanlarda çalışan əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından təqdirəlayiqdir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Bismillah” deyilən ölkədə başladılar – kritik görüşün təfsilatı…

Next

Zəngəzur üçün YENİ MODEL – Nələr var?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv