Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Daha bir ana ölümü, yenə qeysəriyyə…

By Vüsal Rafiqoğlu
19.02.2025 3 Min Read

Üçüncü uşaq doğan gənc ana niyə sağ qalmadı?

Şəkidə qeysəriyyə əməliyyatı ilə sağlam uşaq dünyaya gətirən 27 yaşlı ana ölüb. Belə ki, Şəki Regional Perinatal Mərkəzində Zunud kənd sakini 27 yaşlı Nigar Kərəm qızı Qarayevanın doğuşdan bir gün sonra vəziyyəti pisləşib və boğulmadan dünyasını dəyişib. TƏBİB-dən bildirilən məlumata görə fevralın 14-də anaya “38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq” diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib. Fevralın 15-i günorta saatlarında zahı qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən zahı pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb.

Mətbuatda yayılan məlumata görə, Zunud kənd sakini Nigar Qarayeva bir neçə il əvvəl Tural Nəsibovla ailə qurub və bu onların hər ikisinin ikinci evliliyidir. Yeni doğulan körpə mərhumun üçüncü övladı imiş… Gənc qadının doğuşdan bir gün sonra ölməsi ailədə şübhələr yaradıb.

Mərhumun həyat yoldaşı deyir ki, biz Nigarı sağlam şəkildə Perinatal Mərkəzə təhvil vermişik. Əvvəldən də anasının iştirakı ilə gənc qadını tibbi müayinədən keçiriblər. Doğuş uğurla keçib. Hətta ailə üzvləri yenidən ana olmuş Nigarla görüşüb, hal-əhval tutublar. Lakin bu görüşdən az keçməmiş ailəyə qara xəbər gəlib.

Bəs üçüncü sağlam uşaq dünyaya gətirən gənc ananın ölümünə səbəb nə olub? Niyə ana ölümlərinə daha çox regionlarda rast gəlinir? Məsələ regionlarda bəzi həkimlərin qeyri-peşəkarlığı, yoxsa hamilə qadınların vaxtında müayinələrə müraciət etməməsidir?

Araşdırmalar onu göstərir ki, ən çox ana ölümü halları Mərkəzi Aran, Gəncə-Qazax, Lənkəran, həmçinin Quba-Xaçmaz, Şəki-Zaqatala, Abşeron və Şirvan rayonlarında qeydə alınır. Bu regionlar xüsusilə tibbi xidmətlərə çatımlılıq və hamilə qadınların müayinələri ilə bağlı problemlər yaşayan ərazilərdir.

Mütəxəssislər bildirirlər ki, ana ölümlərinin artmasının əsas səbəbləri arasında qanaxmalar, hipertenziya, planlaşdırılmamış hamiləliklər və hamiləlik öncəsi qadınların müayinə olunmaması ən əsas faktorlardır. Bu səbəblərlə yanaşı, ağciyər və ürək xəstəlikləri, irsi xəstəliklər, ağır somatik patologiyalar qeyd olunur.

Bölgələrdə, xüsusən kənd və uzaq ərazilərdə ana ölümlərinin əsas səbəbləri arasında hamiləlik öncəsi qadınların müayinəsiz qalması və vaxtında aşkarlanmayan riskli hamiləliklər yer alır. Təəssüf ki, bəzi qadınlar hamiləlik dövründə lazımi tibbi yardıma müraciət etmək üçün maddi imkanlarının olmadığını bildirirlər. Halbuki İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, doğuş və qeysəriyyə kəsiyi əməliyyatları, stasionar yatışlar, dərmanlar, tibbi sərflər və digər xidmətlərin ödənişsiz olduğunu bəyan edir.

RƏŞAD SULTAN MAMA – GİNEKOLOQ | Azərbaycan Tibb Ensiklopediyası

Rəşad Sultan

Mövzu ilə bağlı tanınmış mama-ginekoloq Rəşad Sultan “Yeni Müsavat”a danışıb: “Son baş verən ana ölümü ilə bağlı demək istərdim ki, bu hadisədə üçüncü dəfə qeysəriyyə əməliyyatı həyata keçirilib və bu fakt özü risklidir. Çünki hər qeysəriyyə əməliyyatından sonra əməliyyat texniki cəhətdən daha çətin olur. Bu, orqan yaralanması və infeksiya riskini artırır.

Xəstənin yaxınları müsahibəsində trombozdan söhbət açıb. Zatən belə qəfil ölümlər baş verəndə ilk ağla gələn səbəb tromboz olur. Ümumiyyətlə, dünyada ana ölümünün üç əsas səbəbi var: qanaxma, infeksiya və tromboz. Yəni qan damarlarında laxtalanma baş verir və bu, ürəyə və ağciyərə gedən damarların bağlanmasına səbəb olur, nəticədə qəfil ölüm baş verir. Bu, hamiləlikdə və ya qeysəriyyə əməliyyatından sonra qan laxtalanma qabiliyyətinin artması ilə bağlıdır. Bildiyim qədər, son hadisədə qanaxma və infeksiya ilə bağlı heç bir məlumat yoxdur, buna görə də ən çox ehtimal edilən səbəb tromboz ola bilər. Tromboz o qədər təhlükəlidir ki, risk faktoru olmayan bir qadında belə bu, əvvəlcədən müəyyən edilə və ya qarşısı alına bilməz. Doğrudur, biz belə halları önləmək üçün qan durulducu dərmanlar tətbiq edirik, amma bütün inkişaf etmiş ölkələrdə ana ölümlərinin əsas səbəbi budur.

Ana ölümlərinin daha çox regionlarda baş verməsinə gəldikdə isə o ərazilərdə fəaliyyət göstərən həkimlərin peşəkarlığı haqqında heç nə demək istəməzdim. Lakin mümkündür ki, burada şərait və tibbi təchizat məsələləri rol oynasın. Bu, həkimlərin fəaliyyətinə və nəticəyə birbaşa təsir edə bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah Bakıda qar yağacaq

Next

XTQ-nin şəhid giziri Şahin Qədirovun atası vəfat etdi

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv