Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

“Magistraturaya qəbul universitetlərin verdiyi təhsil əsasında aparılmalıdır”

By Vüsal Rafiqoğlu
19.02.2025 2 Min Read

Məlum olduğu kimi, bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 16-sı keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 21 926 bakalavrdan 515 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.

“Azərbaycanda magistraturaya qəbul modeli yanlışdır – universitetlərin rolu sıfıra endirilib!”

Musavat.com bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov imtahan nəticələrini şərh edərkən deyib.

kamran.jpg (28 KB)

Ekspert qeyd edib ki, hazırkı sistemdə tələbənin 4 il ərzində aldığı biliklərin heç biri magistratura imtahanı zamanı yoxlanılmır ki, bu da qəbuledilməzdir:

“Magistratura imtahanının nəticələri bir həqiqəti bir daha göstərdi: bu nəticələrin universitetlərə heç bir aidiyyəti yoxdur! Dörd il bakalavr pilləsində oxuyan tələbənin magistraturaya qəbul olmaq üçün qazandığı biliklərə əsaslanmaması, bunun əvəzinə imtahan üçün ayrıca hazırlaşmağa məcbur olması, mövcud qəbul modelinin nə qədər yanlış olduğunu sübut edir.

Hazırkı sistemdə tələbə 4 il ərzində ali təhsil alır, universitetlər ona müxtəlif sahələrdə fundamental biliklər ötürür. Lakin magistratura imtahanı zamanı bu biliklərin heç biri yoxlanılmır. 95 test sualı və bir esse tələbənin hansısa ixtisas üzrə nə qədər dərin biliyə malik olduğunu deyil, sadəcə imtahan texnikasına nə qədər yaxşı hazırlaşdığını ölçür.

Universitetin verdiyi təhsil yoxlanılmadığına görə, tələbələr məcburən qəbul üçün kurslara üz tuturlar. Bu isə təhsil sisteminin təməlindəki problemin göstəricisidir. Çünki magistratura təhsili ali təhsilin davamıdır və bakalavrda öyrənilən biliklərin inkişafına əsaslanmalıdır. Ancaq bizdə elə sistem qurulub ki, universitetdə oxumağın magistraturaya qəbulda heç bir önəmi yoxdur. Bu sistem universitetlərin rolunu sıfıra endirir və onların keyfiyyətinə təsir etmir. Çünki tələbə dörd il ərzində nə öyrənməsindən asılı olmayaraq, eyni qaydada magistraturaya qəbul imtahanına hazırlaşmalıdır.

Bu model tələbələri yalnız imtahana yönəldir, fundamental araşdırmaları, akademik düşüncəni və elmi yanaşmanı kənarda saxlayır. Halbuki dünyanın qabaqcıl ölkələrində magistraturaya qəbul universitetlərin öz akademik göstəricilərinə əsaslanır. ABŞ, Almaniya, Böyük Britaniya, Kanada kimi ölkələrdə magistr təhsili üçün tələbələrin universitetdə qazandıqları biliklər, onların akademik tədqiqat qabiliyyəti və ixtisas üzrə dərinliyi əsas götürülür.

Bizdə isə tələbə bakalavrdan tamamilə fərqli məntiq suallarını həll etməli olur. Xarici dil testləri real akademik bilikdən daha çox test strategiyasına əsaslanır. Esse yazısı isə subyektiv qiymətləndirməyə açıqdır və elmi-tədqiqat bacarığını ölçmür.

Bütün bunlar göstərir ki, mövcud sistem magistr təhsilini elmi inkişaf pilləsi kimi deyil, sadəcə daha bir diplom əldə etmək üçün keçilən mərhələ kimi formalaşdırıb. Əgər məqsəd yüksək səviyyəli elmi kadrlar yetişdirməkdirsə, sistem kökündən dəyişdirilməlidir.

Magistraturaya qəbul universitetlərin verdiyi təhsil əsasında aparılmalıdır! İxtisas bilikləri, akademik nailiyyətlər və universitetlərin öz daxili qəbul mexanizmləri əsas götürülməlidir. Əks halda, ali təhsil sadəcə bir formal prosedura çevriləcək və universitetlərə olan etimad daha da azalacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanlı “quşbazların” göyərçin ticarəti: Dirisini türkmənlərə, ətini Avropaya…

Next

Bu gün açılışı olan “Bulud”a bir də BELƏ BAXIN VİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv