Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sənə güvənəni aldatmağın adı

By Vüsal Rafiqoğlu
22.02.2025 3 Min Read

İki gün sonra Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının 3 ili tamamlanacaq. Nə qədər tənqid səslənsə də, gerçək belədir ki, qonşu ölkəni cəmi 3 günə işğal və ram eləməyi planlaşdıran Rusiya 3 ildə bu hədəfinə çatmayıb. Hələ SSRİ dövründə BMT-nin müstəqil səs hüquqlu üzvü olmuş Ukrayna dövləti qalır və qalacaq.

Ola bilsin bir az fərqli (müvəqqəti) sərhədlərdə, ancaq qalacaq. İsrail ərazicə Ermənistandan da kiçikdir və cəmi 22 min kv km-dir, amma yeri gələndə İran kimi dövlətə meydan oxuyan, dünyada ciddi söz sahib olan dövlətlərdəndir…

Əlbəttə, var olmanın əsas səbəbi Ukrayna xalqının əzmi, dirənişi, iradəsi, bir də kollektiv Qərbin hərbi-maliyyə dəstəyidir. Ancaq ildönüm ərəfəsində kimin ağlına gələrdi ki, Ukraynanın savaşda 1 nömrəli müttəfiqi olan ABŞ-ın prezidenti Donald Tramp bəyan edəcək ki, bu müharibədə günahkar Rusiya yox, Zelenski və Baydendir?!

Bu azmış kimi məlum olub ki, Vaşinqton hər ildönümü BMT-də Ukrayna ilə bağlı hazırlanan, onun ərazi bütövlüyünün dəstəkləndiyi və Rusiyanın işğalçı kimi göstərildiyi sənədin həmmüəllifi olmaq istəməyib. Ukrayna və Avropa Birliyindən fərqli olaraq, BMT Baş Məclisinə bu dəfə ayrıca, “yumşaq” qətnamə layihəsi təqdim edib. ABŞ eyni yanaşmanı “G7” sammitində sərgiləməyə hazırlaşır. Bildirilir ki, Birləşmiş Ştatlar nümayəndələri G7-nin yeni bəyanatında Rusiyaya münasibətdə “təcavüzkar” ifadəsinin işlədilməsinə etiraz edirlər…

Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz isə Ukrayna rəhbərliyinin ABŞ-a qarşı sərt ritorikasını “qəbuledilməz” adlandıraraq deyir ki, Ukraynada sülh nizamlanması məsələsində Rusiya və ABŞ-ın maraqları üst-üstə düşür. Görəsən o hansı maraqlardır elə? ABŞ gerçəkdənmi Ukraynanı bazarlığa çıxarıb?

Bəs ABŞ-ın ədaləti harda qaldı? Axı güclü dövlət hərbi qüdrəti böyük olan dövlət deyil, ədalətli dövlətdir. ABŞ-ın ədaləti “5 qəpiyə” dəymirsə, onun gücü də dəyər daşımaz, ona hüsn-rəğbət olmaz – bütün mümkün nəticələri ilə birgə. Hələ biz Rusiyanı demirik…

Yaxşı bir bənzətmə var: qoyunu qorumalı olan it canavarla qoşulub onu parçalamaq, ətini bölüşməklə məşğuldur. Bu yerdə həm də Molla Nəsrəddindən məşhur lətifə yada düşür. Eşşəyinin oğurlanmasına görə hamı Mollanı günahlandırır. Biri deyir tövlənin qapısını yaxşı bağlamamasın, digəri irad tutur ki, həyətin hasarı niyə bu qədər alçaqdır, üçüncüsü Mollanı ayıq-sayıq yatmamaqda, dördüncü həyətdə it saxlamamqda qınayır və s. Molla da dözməyib deyir: “bəs evə girən oğruda heçmi günah yox?”

Şübhəsiz ki, var. Yeganə günahkar elə o – oğru. Çünki qapı etibarlı şəkildə bağlanmayıbsa, ev yiyəsi möhkəm yatıbsa, hasar alçaqdırsa, həyətdə it saxlanmırsa, bütün bunlar zərrəcə oğruya o həyətə girmək haqqı vermir. Yəni nə olur-olsun, oğru və quldur öz adı ilə çağırılmalıdır. Əks halda eyni şey sabah qınaq yiyələrinin öz başlarına gələ bilər…

Doğrudan da Ukraynaya iznsiz soxulmuş dövlətin heçmi günahı yox? Ermənistana da 30 il işğalçı, təcavüzkar demək istəmədilər. Sonuc bəlli. Halbuki Rusiyadan fərqli olaraq, BMT TŞ-nin 4 qətnaməsi var idi. Rusiya təbii ki TŞ-nin daimi üzvü kimi özünə qarşı analoji qətnamənin qəbuluna imkan verməz. Amma beynəlxalq hüququ, BMT Nizamnaməsini heç kim ləğv etməyib.

Həmin Nizamnaməyə görə, hər bir dövlətin işğala qarşı mübarizə aparmaq üçün başqa ölkəyə və ya ölkələr qrupuna müraciət etmək hüququ var. ABŞ isə 3 ilin tamamında bəyan edir ki, Rusiya işğalçı deyil. Bəs kimdir?..

Həzrəti Əlinin (ə) kəlamıdı, buyurur ki, “sənə güvənəni aldatmaq kafirlikdir”. Gərək ki, cənab Tramp kafir deyil, yetərincə iman və Allah adamdır. Düzdür, müharibəni Amerika başlamayıb – onun passiv tərəfi olsa da. Fəqət, bu, Trampa adil bir mövqe tutmağa əsla mane olmur.

Əlbəttə, məsələdə əsas və son söz Ukrayna xalqına məxsusdur. Bu xalq Rusiyanı işğalçı, təcavüzkar hesab edirmi? Ona rəğbət bəsləyir, yoxsa kin-nifrət? Suallar ritorikdir. O zaman gərəkənləri etməlidir və yəqin ki edəcək. Çünki bir ölkəni işğal etmək olar, xalqı isə yox…

Zahid SƏFƏROĞLU

Zahid SƏFƏROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Universitetlərə ərizə qəbulunun qiyməti dəyişib? – VİDEO

Next

Buzlu yolda qəzaya görə zərəri kim qarşılayır? – VİDEO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv