Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Ölkədə dərslər onlayn keçiriləcək? – “2-3 günlük…”

By Vüsal Rafiqoğlu
25.02.2025 2 Min Read

Bakı kimi böyük şəhərlərdə, qış aylarında qarın yağması və yolların buz bağlaması şəhər həyatını əhəmiyyətli dərəcədə çətinləşdirir. Bu, xüsusilə məktəblərə və universitetlərə müntəzəm gedib-gələn şagirdlər və tələbələr üçün problemə çevrilir. Buna görə də Azərbaycanda bir sıra universitetlərdə dərslər onlayn formatda keçirilir.

Bildiyimiz kimi, pandemiya dövründə də ölkəmiz distant təhsil praktikasından keçib.

Görəsən, bu format sadəcə zəruri hallarda yox, adi günlərdə də tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, son günlərdə müşahidə olunan hava şəraiti universitetlərdə ən azı həftədə 2-3 gün onlayn təhsil tətbiqinin zəruriliyini sübut etdi.

Onun sözlərinə görə, metro və avtobusların boş olması, şəhərdə hərəkətin xeyli azalması bu məsələnin nə qədər vacib olduğunu aşkara çıxardı. Ekspert qeyd edib ki, dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələr artıq qar, yağış və digər hava şəraitindən asılı olmayaraq, universitetlərdə hibrid təhsil modelinə keçid ediblər:

“Məsələn, ABŞ, Kanada, Almaniya və Finlandiya kimi ölkələrdə bir çox universitetlər həftədə bir neçə gün dərsləri onlayn formatda təşkil edir. Bu, tələbələrə daha rahat və çevik təhsil almağa imkan yaratmaqla yanaşı, şəhər infrastrukturuna və nəqliyyat sisteminə düşən yükü də azaldır”.

K.Əsədov vurğulayıb ki, onlayn təhsilin müəyyən günlərdə tətbiqi xüsusilə qış aylarında və pis hava şəraitində tələbələrin rahatlığını təmin edə bilər:

“Onlayn tədris sistemi ilə tələbələr hər gün kilometrlərlə yol qət etmək, qarlı və buzlu yollarda hərəkət etmək məcburiyyətində qalmayacaqlar. Həmçinin, bu, universitetlərin kommunal xərclərini azaltmağa, auditoriya yükünü optimallaşdırmağa və texnoloji imkanları daha geniş tətbiq etməyə kömək edə bilər. Bundan əlavə, tələbə sayının ictimai nəqliyyatda sıxlıq yaratması və şəhərdaxili hərəkətə mənfi təsir göstərməsi də nəzərə alınmalıdır. Universitetlərdə dərslər tamamilə ənənəvi formatda keçirildikdə, səhər və axşam saatlarında avtobus və metroda sıxlıq kəskin şəkildə artır. Bu yalnız tələbələrin deyil, işə gedən digər vətəndaşların da rahatlığını məhdudlaşdırır və nəqliyyatın iflic olmasına səbəb olur. Xüsusilə BDU, ADNSU, ADPU, UNEC kimi böyük universitetlərin yerləşdiyi ərazilərdə səhər saatlarında ciddi tıxaclar yaranır. Artıq bir sıra dərslərin onlayn olması hərəkət sıxlığının azalmasına gətirib çıxaracaq, bu da ictimai nəqliyyatda yükü azaldacaq və şəhərin ümumi hərəkət sistemini daha rahat edəcək. Universitetlərin həftənin müəyyən günlərində distant təhsil sisteminə keçməsi nəqliyyatda sərnişin axınının daha balanslı olmasını təmin edəcək və səhər saatlarında yollarda tıxacları minimuma endirəcək.

Hazırda ölkəmizdə universitetlərin böyük əksəriyyəti onlayn tədris imkanlarına malikdir. Pandemiya dövründə universitetlər onlayn dərs keçmək üçün zəruri texniki bazanı yaratdılar və bu sistem effektiv şəkildə işlədi. Bəs niyə bu imkanlardan indi istifadə olunmur? Onlayn dərslər təkcə pandemiya zamanı yox, tədris prosesinin bir hissəsi kimi sistemli şəkildə tətbiq edilməlidir”.

Mütəxəssis təklif edib ki, tələbələrin rahatlığı və təhsilin keyfiyyətini qorumaq üçün universitetlərdə həftədə ən azı 2-3 gün distant dərslərin keçirilməsi rəsmi qaydada tətbiq olunsun:

“Bu, təkcə hava şəraiti ilə bağlı deyil, həm də müasir dövrdə təhsilin daha çevik və əlçatan olması üçün vacib addımdır. Nəqliyyat yükünün azalması, tələbələrin vaxta qənaət etməsi, şəhərdə tıxac və sıxlığın azalması və universitetlərin daha effektiv idarə olunması baxımından bu, müasir təhsil sisteminin zəruri tələblərindən biri olmalıdır. Bu yanaşma yalnız tələbələr üçün deyil, bütün şəhər sakinləri üçün də daha rahat və səmərəli nəqliyyat infrastrukturunun formalaşmasına kömək edəcək”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan-Pakistan əlaqələri – iki milyard dollarlıq əməkdaşlığa doğru – ANALİZ

Next

Vəfat edən əsgər haqqında yeni DETALLAR

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv