Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Şərti sərhəddə nə baş verir – ORDUMUZDAN HAZIRLIQ

By Vüsal Rafiqoğlu
26.02.2025 4 Min Read

Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası; Avropa İttifaqının hərbi casus şəbəkəsinin şərti sərhədlərdə aktivləşməsi nədən xəbər verir?

Ermənistanın bəzi KİV-ləri sərhədin Qazax rayonu istiqamətində demarkasiya işlərinə başlandığını yazır. Lakin Ermənistan hökuməti, sərhədlərin delimitasiyası və demarkasiyası komissiyası, həmçinin Milli Təhlükəsizlik Xidməti bu məlumatı şərh etməyib.

Ermənistan mətbuatına daxil olan məlumata görə, demarkasiya Qazax rayonunun Aşağı Əskipara və Yuxarı Əskipara kəndləri arasında yerləşən Ermənistanın Tavuş rayonunun Voskepar kəndi yaxınlığında aparılır. Yada salaq ki, ötən ilin aprelində əldə olunmuş razılaşmaya əsasən, Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri mayın 24-də rəsmən Azərbaycana geri qaytarıldı. Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirildi. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib. Elə həmin gündən adıçəkilən kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Qazağın 90-cı illərdən işğal altında olan 4 kəndinin bir güllə atılmadan qaytarılması sözsüz ki, Azərbaycanın suverenliyinin təmin olunmasında növbəti önəmli addım oldu. Bu proses isə Azərbaycan tərəfinin irəli sürdüyü məntiqli və ədalətli təkliflər əsasında, ikitərəfli formatda, vasitəçi olmadan həyata keçirildi. Qeyd edək ki, 2024-cü ilin yanvarında yerli televiziya kanallarına müsahibə verən dövlət başçısı Qazağın anklav və qeyri-anklav 8 kəndi ilə bağlı mövqeyini prinsipial olaraq ortaya qoyaraq, “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır” söyləmişdi.

Voskepar kənd administrasiyasının başçısı İşxan Akbalyan “Hraparak” qəzetinə müsahibəsində deyib ki, Tavuş bölgəsində delimitasiya və demarkasiya prosesi çərçivəsində işlərə başlanılıb, lakin o, hansı işdən danışdığını dəqiqləşdirməyib. Eyni zamanda Akbalyan narahatlığını ifadə edib və hətta İrəvanda hakimiyyətə etiraz edənləri də onlara qoşulmağa çağırıb. Lakin bir gün sonra bu məsələ barədə danışmaqdan qəti şəkildə imtina etdi və sərhədçilərə suallar ünvanlanmasını tövsiyə etdi. Bu arada Voskepar kəndinin sakinləri bildiriblər ki, sərhədin demarkasiya olunacaq hissəsi artıq traktorla təmizlənir və onların sözlərinə görə, bu əraziyə yaxınlaşmaq qadağandır. Yada salaq ki, Ermənistanın müxalifət dairələri son günlər delimitasiya və demarkasiya işləri nəticəsində İcevan-Tiflis magistral yolu və Gürcüstan-Ermənistan qaz kəməri Azərbaycanın nəzarətinə keçə biləcəyi haqda hay-küy qaldırıblar. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə kollegiya iclasında da sərhəddəki vəziyyət xüsusi müzakirə olunub. Müdafiə naziri komanda heyəti ilə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edib. Şərti dövlət sərhədində döyüş növbətçiliyinin təşkili, təhlükəsizlik qaydalarının daim diqqət mərkəzində saxlanılması, ayıq-sayıqlığın artırılması, qarşı tərəfin fəaliyyətinin fasiləsiz müşahidəsinin və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib. Mövcud durumu, perspektivi, həmçinin delimitasiya, demarkasiya prosesləri fonunda Avropa İttifaqının Ermənistandakı müşahidəçilərinin hərəkətlənməsini necə şərh etmək olar?

Arzu Nağıyev: “Brüssel görüşü Azərbaycanın maraqlarına tam cavab verir”

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, delimitasiya və demarkasiya Azərbaycanla Ermənistan arasında, o cümlədən regionda yeni mərhələnin başlanğıcı üçün önəmli şərtlərdən biridir: “Bu proses artıq aylar öncədən başlayıb. Demarkasiya işləri Qazax-Tavuş istiqamətində aparılır. Bildiyimiz kimi, Qazağın 4 kəndi bizə qeyd-şərtsiz qaytarıldı. Hazırda Qazax istiqamətdə sərhədin 12 kilometr 700 metrlik hissəsi delimitasiya və demarkasiya olunub. Növbədə anklav kəndlər var ki, proses çərçivəsində bizə qaytarılmasını hədəfləmişik. Lakin Ermənistanda müxalif və xarici qüvvələrin yaratdığı süni narahatlıq və həqiqəti əks etdirməyən dezinformasiya xarakterli məlumatlar regionda gərginliyi artırır”.

A.Nağıyev eyni zamanda qeyd etdi ki, Aİ-nin “vasitəçilik” adı altında göstərdiyi təzyiqlər, şərti sərhəddə baş verən hərəkətlənmə regiondakı vəziyyəti daha da mürəkkəbləşdirir: “Sərhəd bölgəsində Aİ-nin öz mövcudluğunu qorumağı bu tip fəaliyyətləri nəzarətdə saxlamağa hesablanıb. Azərbaycanın Müdafiə Nazirliyinin hazırlıqlarına gəldikdə isə müdafiə-təhlükəsizlik daxili və xarici siyasətimizin prioritetlərindəndir. Bu baxımdan Müdafiə Nazirliyinin sərhəddəki prosesləri nəzarət altında saxlaması normaldır. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Lakin artıq 5-ci ilə keçir ki, iki dövlət arasında sülh müqaviləsi imzalanmayıb. Burada artıq Ermənistanın sərgiləyəcəyi konstruktiv mövqe çox önəmlidir. Bütün bunları nəzərə alaraq, Azərbaycanın sərhəd bölgəsindəki hazırlıq və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi çox vacibdir. Xüsusilə Ermənistanla sərhəddə təhlükəsizlik tədbirlərinin artırılması Azərbaycanın müdafiə sisteminin hər an yarana biləcək xaosa lazımlı cavab verəcəyinin əhəmiyyətli göstəricisidir”.

Ermənistanın şərti sərhəddə davranışları cəmiyyətimiz tərəfindən birmənalı  şəkildə təxribat kimi dəyərləndirilir – ŞƏRH » Ekologiya.az - Təbiət bizə  bilik yox , biliyin toxumların verir

Arzu Nağıyev həmçinin qeyd etdi ki, Aİ-nin “vasitəçilik” adı altında göstərdiyi təzyiqlər, sərhəddə baş verən hərəkətlənmə regiondakı vəziyyəti daha da mürəkkəbləşdirir: “Sərhəd bölgəsində Aİ-nin öz mövcudluğunu 2027-ci ilə qədər qoruması bu tip fəaliyyətləri nəzarətdə saxlamağa hesablanıb. Aİ tərəfindən şərti sərhəddə müşahidə missiyası adı altında həyata keçirilən binokl diplomatiyasının məqsədi regionda münaqişə ocaqlarını daim aktiv saxlamaqdır. Bu da Azərbaycanla Ermənistan arasında gözlənilən sülh müqaviləsini təxirə sala bilər”. Millət vəkili hesab edir ki, artıq Ermənistanla Azərbaycan arasında heç bir vasitəçiyə ehtiyac yoxdur: “Vasitəçilərin 30 ilə etmədiyini Azərbaycan 44 günə etdi. Yəni delimitasiya və demarkasiya prosesində üçüncü amilə gərək yoxdur. Üçüncü faktor ancaq vəziyyəti gərginləşdirə bilər. Avropa İttifaqının sərgilədiyi “müşahidə missiyası” Cənubi Qafqazda sabitliyi pozmaqdan başqa heç bi işə yaramır. Mülki qaydada şərti sərhəddə yerləşən Aİ-nin zamanla hərbiləşməsi gələcəkdə region üçün təhdidə çevrilə bilər. Bu müşahidə missiyası Azərbaycan-Ermənistan münasibətlərinə, eyni zamanda Azərbaycanla Avropa arasındakı münasibətlərə zərbə vurur”. Azərbaycanın Müdafiə Nazirliyinin hazırlıqlarına gəldikdə, A.Nağıyev bildirdi ki, müdafiə-təhlükəsizlik daxili və xarici siyasətimizin prioritetlərindəndir: “Bu baxımdan, Müdafiə Nazirliyinin sərhəddəki prosesləri nəzarət altında saxlaması normaldır. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Lakin artıq 5-ci ilə keçir ki, iki dövlət arasında sülh müqaviləsi imzalanmayıb. Burada artıq Ermənistanın sərgiləyəcəyi konstruktiv mövqe çox önəmlidir. Bütün bunları nəzərə alaraq, Azərbaycanın sərhəd bölgəsindəki hazırlıq və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi çox vacibdir. Xüsusilə Ermənistanla sərhəddə təhlükəsizlik tədbirlərinin artırılması, Azərbaycanın müdafiə sisteminin hər an yarana biləcək təxribata lazımlı cavab verəcəyinin əhəmiyyətli göstəricisidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? – SENSASİON GƏLİŞMƏ

Next

İtkin düşən Malayziya təyyarəsinin axtarışları 11 ildən sonra bərpa edildi

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv