Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

Dostluq və qardaşlıq prinsiplərinə söykənən əməkdaşlıq

By Vüsal Rafiqoğlu
28.02.2025 3 Min Read

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və çoxtərəfli çərçivədə  əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Son zamanlar reallaşdırılan qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın dərinləşməsində əhəmiyyətli rol oynayır. Bu günlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri ölkə mətbuatında geniş müzakirə edilir. Səfər çərçivəsində iki ölkənin dostluğunu, qardaşlığını təsdiqləyən mühüm məqamlar geniş müzakirə olundu, perspektivlər açıqlandı.

Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının şahidinə çevrildi. Tarixi Zəfərimizdən sonra bu birliyin, dostluğun möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter daşıyır. Belə ki,  2021-ci ilin iyun ayında Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin rəsmiləşdirilməsi məqsədilə Şuşa Bəyannaməsinin,  iyul ayında isə  Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin  Bakıda toplaşaraq Bakı  Bəyannaməsini imzalamaları   əlaqələrin sonrakı inkişafının yol xəritəsi oldu.  Üçtərəfli formatda davam edən   əməkdaşlıq platforması genişlənərək bütün sahələri əhatə edir. İllərdən bəri Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. Parlamentlər səviyyəsində  platformanın yaranması təklifi  Azərbaycana məxsus idi.  Hədəf üç ölkənin parlamentləri arasında əməkdaşlığı və əlaqələri inkişaf etdirmək, gücləndirməkdir. Tərəflər bu Bəyannamə çərçivəsində beynəlxalq platformalarda birlikdə hərəkət etməyi nəzərdə tuturlar. Üç ölkə arasında iki və çoxtərəfli səviyyədə parlamentlərarası dialoq və əməkdaşlığın  parlamentlərdəki daimi komitələr, dostluq qruplarının iştirakı ilə  inkişaf etdirilməsi  sənəddə nəzərdə tutulan əsas  şərtlərdən biri idi.

Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin mətbuata birgə bəyanatlarına diqqət yetirdikdə bu mühüm məqam hər birimizi qürurlandırır ki, söylənilən fikirlərin mahiyyətində iki qardaş ölkənin  münasibətlərinin qarşılıqlı etimada, hörmətə və səmimiyyətə  əsaslanması dayanır. Səfəri qardaşlıq əlaqələrimizdə həlledici məqam kimi dəyərləndirən Pakistanın Baş naziri “Əziz qardaşım Prezident, möhtəşəm və qardaş ölkəmiz olan Azərbaycana bizi dəvət etdiyiniz üçün çox sağ olun. Ötən gecə Bakıya eniş etdikdən bəri burada keçirdiyimiz hər andan zövq almışıq. Səfərimiz nəinki çox rahat, eyni zamanda, çox məhsuldar və faydalıdır. Gözəl Bakı şəhərini yay mövsümündə seyr etmək zövq oxşayır, onun landşaftını, yaşıllığını nəzərdə tuturam. Nümayəndə heyətinizi İslamabada göndərdiyiniz üçün çox sağ olun. Onlar indi gözəl İslamabadı daha da abadlaşdırırlar. İslamabadın özünəməxsus təbii gözəlliyi var. O, dağın ətəyində yerləşir, komandanız çox gözəl şəhəri daha da gözəlləşdirərək abadlaşdırır. Çox sağ olun. Burada Bakı ağ qar örtüyünə bürünüb və bu da özlüyündə bizə əlavə rahatlıq verir” fikirlərinin davamı olaraq qeyd etdi ki,  bugünkü müzakirələrimiz çox məhsuldar və faydalı olub, qardaşlığımızın və qardaş münasibətlərimizin ruhunu dərindən əks etdirir. Siz Pakistanı dəstəkləmisiniz, Siz Pakistan xalqını sevirsiniz, Siz bu möhtəşəm ölkəyə rəhbərlik etməyə başlayandan bəri sözlərinizi əməllərinizlə sübuta yetirmisiniz.  Məhəmməd Şahbaz Şərif bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Pakistanda bütün siyasi partiyalar bir neçə məsələdə yekdildirlər. Bu məsələlərdən biri də Pakistan və Azərbaycan arasındakı dostluqdur. Bu, Pakistandakı bütün təbəqələr tərəfindən dəstəklənir və bu da bizə böyük məmnunluq hissi verir.

Reallıq budur ki, Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdür. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında formalaşacaq sıx münasibətlərin başlanğıcı hesab edilir. Həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başladı, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmlənir.  Ümumilikdə iki  dost ölkə bütün sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlıdır və bunu əməli fəaliyyətləri ilə təsdiqləyirlər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Qadını işləməyə qoymayan kişilərin maaşı kəsilsin”

Next

Prezident liftlərlə bağlı sərəncam – 9 milyon manat ayrıldı

Xəbər lenti

  • Prezident fərman imzaladı 17.07.2026
  • Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək 17.07.2026
  • Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR 17.07.2026
  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv