Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Paşinyan konstitusiyaya görə yenə çağırış etdi

By Vüsal Rafiqoğlu
01.03.2025 3 Min Read

Bakıya reverans, yoxsa…; ekspertlər onun bu müraciətini cəsarətli hərəkət sayırlar

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində ölkə vətəndaşlarına müraciət edib. Müraciət “real Ermənistan”la bağlıdır.

Paşinyan yazıb: “Hörmətli vətəndaşlar, mən ötən həftə sosial şəbəkələrdə, mətbuatda və ictimaiyyət arasında hazırda geniş müzakirə olunan ”Real Ermənistan” ideologiyası layihəsini dərc etdim. Hesab edirəm ki, layihənin vətəndaşlarla birbaşa müzakirəsi vacibdir. Mən belə bir müzakirədə maraqlı olan vətəndaşları 20-30 nəfərlik qruplar şəklində hökumətə dəvət edirəm ki, layihəni rahat bir mühitdə müzakirə etsinlər. Qruplarınızı yaradın və görüşdə iştirak etmək istəyən vətəndaşların siyahısını əlavə edərək realarmenia@gov.am elektron poçtuna görüş üçün sorğu göndərin. Görüşə fərdi şəkildə də müraciət edə bilərsiniz və biz sizi 25-30 nəfərlik qruplarda görüşə dəvət edəcəyik. Görüşənədək”.

Müraciətin “P.S.”-i də var. “70 və ya daha çox nəfərdən ibarət qruplar yaradılarsa, layihəni müzakirə etmək üçün şəxsən sizin əraziyə baş çəkəcəyəm”, – baş nazir qeyd edib.

Bütün bunlar hansı anlama gəlir? Paşinyan gerçəkdənmi konstitusiya dəyişikliklərini tezləşdirməkdə maraqlıdır? Bu prosesin Bakının məlum tələbi ilə bağlılığı nə dərəcədədir?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a  bildirdi ki, Nikol Paşinyanın bu müraciəti əslində çox ağıllı müraciətdir: “Çünki Paşinyan ”Real Ermənistan” deməklə xülyalardan uzaq olmaq, özlərinə aid olmayan yerləri Ermənistan ərazisi kimi qəbul etmək, bu xülyalara uyaraq müharibələr etmək, qonşu ölkələrin ərazilərini konstitusiyalarında öz ərazisi kimi göstərmək kimi məsələləri aradan qaldırmaq üçün çağırış edir. Baş nazir bununla real Ermənistanın nə olduğunu başa salmaq istəyir və bu çox cəsarətli addımdır.

Xeyli müddətdir sətiraltı ifadələrdən sonra onun xalqa belə bir açıq müraciəti həqiqətən cəsarətli, müsbət hərəkətdir. Yüz illərdir beyinləri zəhərlənmiş toplumu açıq şəkildə belə bir müzakirəyə dəvət etmək Paşinyanın siyasətçi kimi reputasiyasına təsirləri olacaq. Ancaq belə görünür ki, o, mənfi təsirlərin də olacağını göz önünə alır və bundan çəkinmir. Onun müraciəti məhz ilk növbədə Ermənistan dövlətinə və xalqına fayda verəcək müraciətdir”.

Ekspertə görə, baş nazir Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin ölkənin gələcəyi üçün lazım olduğuna xalqı inandırmağın vacibliyini dərk edir, ona görə də bu yolu seçib: “Belə hesab etmək olar ki, erməni baş nazir həqiqətən də konstitusiyasından preambulasında Azərbayacana, Türkiyəyə  qarşı ərazi iddiasının ləğvini istəyir. Bu isə Azərbaycanın istəyinin, tələbinin yerinə yetirilməsidir. Şübhəsiz ki, bunun edilməsi Ermənistan üçün gələcəkdə faydalara gətirəcək, sülh müqaviləsi imzalanacaq və real Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə əlaqələrinin qurulmasına səbəb olacaq. Bu əlaqələrdən isə Ermənistan qazanacaq. Ümid edirəm ki, bu ilin sonlarına qədər Nikol Paşinyan Ermənistan əhalisinin çoxluğunu reallıqlara inandıra biləcək. Paşinyanın müraciəti həm də elə Azərbaycanın tələbləri, müraciəti ilə bağlıdır”.

Oqtay Qasımov: “Bu, bölgədə yenidən gərginliyin yaranmasına gətirib  çıxaracaq”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov isə bildirdi ki, Paşinyanın bu müraciəti hal-hazırda yaranmış şərtlərlə bağlıdır: “O, çox yaxşı bilir ki, ermənilər nə qədər revanşa həvəsləndirilsələr də dünyada şərtlər dəyişməkdədir və Ermənistanın bölgədə mövcudluğunun tək şərti konstitusiyasında Azərbaycana, o cümlədən Türkiyəyə qarşı olan ərazi iddialarının ləğvi, konstitusiya dəyişikliyidir. Məhz Paşinyanın davamlı şəkildə real Ermənistan ideologiyasını səsləndirməsi bununla bağlıdır.

Erməni baş nazir çox yaxşı anlayır ki, hazırkı Ermənistan arxasında hansı qüvvənin durub-durmamasından asılı olmayaraq Azərbaycan və Türkiyə kimi qonşularına qarşı ərazi iddialarını davam etdirə bilməz. Belə iddialar Ermənistan üçün olduqca acı sonluqla nəticələnə bilər. Bu baxımdan Ermənistanda millətçi xəstə təmayülün cəmiyyətin şüurunda yer etdiyini bildiyi üçün Paşinyan cəmiyyətin ayrı-ayrı qrupları ilə birbaşa müzakirələrlə canlı ünsiyyətə girmək və vətəndaşları real vəziyyətlə tanış etmək istəyir. Hesab edir ki, bu cür təmaslarla bir başa danışıqlar onun bu tezislərinin cəmiyyət tərəfindən daha da sürətlə qəbul olunmasına imkan yarada bilər. O, bu imkandan yararlanmağı düşünür. Şübhəsiz ki, proses qısa müddətdə baş verməyəcək, kifayət qədər zaman alacaq”.

Politoloq belə hesab edir ki, əslində Paşinyanın bütün planları 2026-cı illə bağlıdır: “Belə ki, həmin dövrə qədər həm parlament seçkilərinin keçirilməsi, eyni zamanda ardınca da əgər hakimiyyətdə qalacaqsa referendum keçirilməsini planlaya bilər. Referendumun keçirilməsinin tezləşdirilməsi həm Ermənistandakı daxili siyasi vəziyyətlə, eyni zamanda beynəlxalq səviyyədə baş verən geopolitik dəyişikliklərlə bağlı ola bilər. Bütün hallarda Paşinyan məsələnin ciddiliyini anlayır və Azərbaycanın mövqeyini, tələblərini çox yaxşı başa düşür. Çünki Azərbaycan birmənalı şəkildə bəyan edib ki, əgər Ermənistan Konstitusiyasında dəyişiklik həyata keçirilməyəcəksə o zaman Ermənistanla hər hansı sülh müqaviləsi imzalanmayacaq. Ermənistan, nəhayət, yalnız hakimiyyətin deyil, eyni zamanda, cəmiyyətin də mövqeyini ifadə edərək sənədi imzalamalıdır. O baxımdan Azərbaycanın mövqeyi budur ki, müqavilə yalnız Ermənistan hakimiyyəti ilə deyil, Ermənistan cəmiyyəti ilə imzalanmalıdır. Çünki müqavilə dayanıqlı olmalıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Psixoloqların işə qəbulu imtahanı təxirə SALINDI

Next

Asəf İsgəndərli yüksək vəzifəyə TƏYİN EDİLDİFOTO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv