Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Könüllülük fəaliyyəti cəmiyyətə necə təsir edir?

By Vüsal Rafiqoğlu
04.03.2025 3 Min Read

Könüllülük insanlar arasındakı sosial əlaqələrin mükəmməl şəkildə formalaşmasında, yeni ali dəyərlərin meydana gəlməsində, qarşıya çıxan problemlərin fərqli çözüm yollarının ortaya çıxmasında çox mühüm rol oynayır

Bu gün ölkəmizin ictimai-siyasi həyatında, sosial-mədəni tədbirlərində və digər sahələrdə nümunə göstərən gənclərimizin fəaliyyətində könüllülük xüsusi yer tutur. Artıq könüllülük bir çox sahələrdə özünü qabarıq büruzə verərək, ümummilli hərəkata çevrilib və cəmiyyətimizin bütün təbəqələrini əhatə edib. Könüllülük ölkədə sosial, humanitar, ekoloji, mədəni, idman və dövlət idarəçiliyi kimi bir sıra istiqamətləri əhatə edərək gənclərin inkişafına və ictimai fəaliyyətə cəlb olunmasına mühüm töhfə verir.

Prezident İlham Əliyev çıxışlarında həmişə gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkir.  Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi  məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyidir. Dövlət başçımızın müvafiq Sərəncamı ilə  2020-ci ilin “Könüllülər İli” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı,  gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək  məqsədlərini də özündə ehtiva etdi. Bu Sərəncam bir daha Azərbaycan gəncliyinə göstərilən böyük etimad, gənclərimizin potensialına olan tükənməz inamın göstəricisi, eyni zamanda, könüllü gənclərimizin fəaliyyətinə  verilən ali dəyərdir.

Könüllülük heç bir maddi qarşılıq gözləmədən dövləti, milləti, xalqı üçün çalışan gənclər ordusudur. Biz könüllülük fəaliyyətinin başlanğıcını ilk dəfə “Eurovizsion-2012” mahnı müsabiqəsində görməyə başladıq. İlk başlayanda könüllü gənclərin sayı 2-3 min idisə, artıq  bu gün Azərbaycanda 100 minlərlə könüllülər ordusu yaranıb. Əvvəllər Azərbaycanda keçirilən hər hansı beynəlxalq tədbirlərin hərtərəfli reallaşması üçün tərcüməçilər, bələdçilər dəvət edilirdisə, sonralar bütün bu öhdəlikləri könüllülər öz üzərlərinə götürdülər.

Xatırladaq ki, ölkəmizdə könüllülər hərəkatında “ASAN xidmət”in də xüsusi rolu olub. Onlar ölkəmizdə keçirilmiş böyük beynəlxalq idman yarışlarında –  Birinci Avropa və IV İslam Həmrəyliyi Oyunlarında böyük xidmət göstəriblər. Könüllülərin bu əməyini yüksək dəyərləndirən ölkə başçısı bildirmişdir ki, könüllülərsiz biz bu böyük yarışları keçirə bilməzdik. Prezident İlham Əliyev, həmçinin qeyd etmişdir ki, “ASAN xidmət”in Azərbaycanın milli brendinə çevrilməsində də onların böyük əməyi olub.

Bu gün ölkəmizdə çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işləri və əməlləri ilə cəmiyyətdə böyük rəğbət qazana biliblər. Üstəlik ölkəmizin inkişafına çox böyük töhfələr verirlər. Artıq ölkə başçısının göstərişinə əsasən dövlət təşkilatlarına, nazirliklərə, dövlət şirkətlərinə də könüllülər işə cəlb edilməkdədirlər. Şübhəsiz bu, könüllülərin fəaliyyətinə göstərilən diqqət və münasibətin təcəssümüdür. Bunu həm də dövlət başçısının onlara göstərdiyi böyük etimadın göstəricisi kimi dəyərləndirmək olar. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir.

Hazırda Azərbaycanda könüllülük hərəkatı güclü inkişaf mərhələsindədir və minlərlə gənc müxtəlif təşəbbüslərdə aktiv iştirak edir. Könüllülük yalnız sosial və ictimai işlərə töhfə vermək deyil, həm də fərdi inkişaf,  peşəkar təcrübə qazanmaq və vətəndaş cəmiyyətinin formalaşmasına dəstək olmaq üçün böyük bir platformadır. Gənclər arasında könüllülük və sosial layihələr yalnız cəmiyyətə fayda verməklə qalmır, həm də gənclərin şəxsi inkişafına sosial məsuliyyət hissinin güclənməsinə və liderlik bacarıqlarının artmasına səbəb olur. Könüllü fəaliyyətlərə iştirak edən gənclər gələcəyin güclü liderləri və vətəndaşları olacaqlar. Dövlət və qeyri-hökumət təşkilatları bu fəaliyyətləri dəstəkləyir və təşviq edirlər.

Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yaşıl enerjiyə yaşıl işıq

Next

“Görən niyə belə darıxıram”,… “Qəlbdən- qəlbə gedən yol”

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv