Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycanın qoşulacağı deyilən “İbrahim sazişi” nədir?

By Vüsal Rafiqoğlu
11.03.2025 3 Min Read

Bu məqsədlə nümayəndə heyətimiz İsrailə gedir – ekspertlərin fərqli gözləntisi…

ABŞ-ın 50-dən çox yəhudi ravvini “İbrahim razılaşması”nın genişləndirilməsi və türk dövlətlərinin (Azərbaycan, Qazaxıstan və Özbəkistan) ora daxil etməklə bağlı ABŞ Prezidenti Donald Trampa müraciət edib. Eyni zamanda artıq bir müddətdir Azərbaycanın “İbrahim sazişi” çərçivəsinə qoşulacağı müzakirə edilir.

Bu barədə ABŞ-ın “Forbes” jurnalında məqalə dərc edilib. Yazıda “İbrahim sazişi” çərçivəsinə qoşulmaq üçün namizəd olan ölkələrdən birinin Azərbaycan olduğu qeyd edilib. Bildirilir ki, bu məqsədlə martın 17-də Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi nümayəndə heyəti İsrailə səfər edəcək. İsrailin “Tamar” qaz yatağında 10% paya malik olmaq üçün əvvəlcədən elan edilmiş saziş imzalanaraq, rəsmən təsdiqlənəcək. Nümayəndə heyətinə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək. Jurnalın İsraildəki eksklüziv mənbələrinə görə, SOCAR-ın tərəfdaşı BP-nin də bu yeni layihədə iştirakı istisna deyil. “İbrahim sazişi (Abraham Accords)”siyasi termin olaraq ilk dəfə ABŞ Prezidenti Donald Tramp və onun yeznəsi Jared Kuşner tərəfindən dilə gətirilib.

Kənan Rövşənoğlu: Hakimiyyətin içində hansısa qruplar şeyxi sıxmağa  çalışırlar [Audio-Müsahibə]

 Kənan Rövşənoğlu

Siyasi ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat” bildirib ki, “İbrahim razılaşmaları” 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır: “Planın iki əsas hissəsi var, birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir. Sənədin adı da ona görə İbrahim seçilib ki, həzrət İbrahim (ə) ərəb və yəhudilərin atası hesab olunur. İslam dininə görə, ərəblər Həzrət İbrahimin oğlu İsmailin, yəhudilər isə İshaqın soyundan gələnlərdir. Yəni İbrahim sazişi ərəb və yəhudiləri barışdırmağa hesablanıb”.

Onun dediyinə görə, 2020-ci il, sentyabrın 15-də bu sazişin ilk uğuru olub, BƏƏ, Bəhreyn və İsrail arasında barışıq və əlaqələrin qurulması sənədi imzalanıb: “Bununla da Misir və İordaniyadan sonra daha iki ərəb dövləti, sonrakı dövrdə isə Mərakeş və Sudan da bu sazişə qoşulmaqla ümumilikdə 6 ərəb ölkəsi sazişə qoşuldu. Ancaq 2023-cü il oktyabr müharibəsi bu prosesi pozdu. Digər tərəfdən, sazişin əsas həssas nöqtəsi Fələstin məsələsində ciddi problemlər var, İsrailin 1967-ci il müharibəsindən sonra tutduğu əraziləri geri qaytarmasını tələb eləmir. Buna görə də Fələstin münaqişəsində bu saziş ciddi rol oynamayacaq. Lakin Trampın hakimiyyəti dövründə bu prosesin yenidən aktivləşəcəyi ehtimalı yüksəkdir. Çünki Trampın komandası və elektoratı əsasən yevangelistlərdən ibarətdir. Onlar isə İsrail məsələsində həddən artıq həssas və dəstəkçi mövqedədir”. Ekspert qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistanın İsraillə çoxdan yaxşı əlaqələri var: “Bundan daha artıq nə vəd edə bilərlər, ona baxmaq lazımdır”.

Tərtər hadisələrinin bənzər forması Naxçıvanda keçirilib" - Heydər Oğuz  inanılmaz DETALLAR açıqladı - VİDEO

 Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuzun sözlərinə görə, Trampın ərəb ölkələri ilə İsrail arasında münasibətləri yaxşılaşdırmağı hədəfləyən bu sazişləri “İbrahim müqavilələri” adlandırması təsadüfi deyildi: “Əvvəla, İslam dininə görə, İbrahim peyğəmbər ərəblərlə yəhudilərin ortaq atasıdır. Ərəblər İbrahim peyğəmbərin Həcər adlı xanımının dünyaya gətirdiyi oğlu İsmayılın, yəhudilər isə onun digər xanımdan (Sara) doğulan İshaqın törəmələridir. Hər iki millətin ilk ataları İbrahim peyğəmbərin övladlarıdırsa, məntiqlə onlar qardaş sayılırlar. Qardaşlar arasında isə ixtilafa ehtiyac yoxdur. Onlar regionda birləşərək eyni düşmənə (məsələn, İrana) qarşı birgə mübarizə apara bilərlər. Ən azı ona görə ki, İran həm ərəb ölkələrini, həm də İsraili təhdid edir. İkincisi, “İbrahim sazişi” həm də yəhudilərin müqəddəs kitabı “Tövrat”ın tələblərindən biridir. Yəhudilik, ümumiyyətlə, əhd dini hesab olunur. Onların müqəddəs kitabı “Tövrat”da (Tora) yeddi müqavilədən bəhs edilir. Bunlar Adəm müqaviləsi, Nuh müqaviləsi, İbrahim müqaviləsi, Fələstin müqaviləsi, Musa müqaviləsi, Davud müqaviləsi və Əhdi-Cədid müqaviləsidir. Müqəddəs mətnlərdə əhdlər Allahla insan arasında vədlər kimi qəbul edilir. Yeddi müqavilədən ən mühümü isə İbrahim müqaviləsidir. İbrahim müqaviləsi qeyd-şərtsiz və əbədi anlaşmadır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pensiyaçılara şad xəbər: bu tarixdə ödəniləcək!

Next

Sabah Bakıda 17 dərəcə isti olacaq

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv