Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu gün Yel çərşənbəsidir

By Vüsal Rafiqoğlu
11.03.2025 4 Min Read

 

 

Azərbaycan xalqının qədim bayramlarından biri olan Novruzun gəlişi dörd çərşənbə ilə müjdələnir. Yel çərşənbəsi – Novruzun üçüncü müjdəçisidir. Bu çərşənbə yazın nəfəsini, təbiətin canlanmasını simvolizə edir. Bu çərşənbə xalq arasında “Külək çərşənbəsi” və ya “Yelli çərşənbə” kimi də tanınır.

AZƏRTAC xəbər verir ki, xalq inancına görə, bu çərşənbədə yerin altındakı sular oyanır, hava isinməyə başlayır və küləklər torpağa can verir. Hesab olunur ki, yel oyanan suyu hərəkətə gətirir, ağacların tumurcuqlanmasına, təbiətin yenidən doğulmasına səbəb olur. Əcdadlarımız küləyi təbiətin ən güclü qüvvələrindən biri hesab edərək, ona xüsusi münasibət bəsləyiblər.

Azərbaycan folklorunda yel mifoloji obraz kimi təqdim olunur. Deyilir ki, Yel baba dağları, çayları, düzləri gəzib, torpağa həyat verir, toxumların cücərməsinə yardım edir.

Adət-ənənələr və inanclar

Yel çərşənbəsi ilə bağlı xalq arasında bir çox maraqlı inanclar və adətlər var. Bu gün küləyin istiqamətinə baxaraq hava proqnozu verməyə çalışırlar. Əgər isti yel əsərsə, yazın tez gələcəyinə, soyuq yel əsərsə, havaların bir müddət də sərt keçəcəyinə inanılır. İnsanlar açıq havaya çıxaraq öz arzularını küləyə pıçıldayır, onun bu istəkləri uzaqlara aparıb Tanrıya çatdıracağına inanırlar.

Folklorşünaslarımızın fikrincə, əski etiqadlarda qeyd edilib ki, torpağın altında – “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel – ağ, qara yel – qara, xəzri – göy, gilavar – qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzilbaşına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçib.

Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər. Xırman sovrulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur. Yelə tüpürsən öz üstünə qayıdar. Eləcə də Yel dağını ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub dağa nəzir-niyaz gətirir, burada qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Bölgələrdə Yel çərşənbəsi necə qeyd olunur?

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulqur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Azərbaycanın müxtəlif bölgələrində Yel çərşənbəsi özünəməxsus adət-ənənələrlə qeyd olunur. Kəndlərdə və rayonlarda bu günə xüsusi hazırlıq görülür, qədim inanclar yaşadılır və baharın gəlişi böyük coşqu ilə qarşılanır.

Şimal bölgəsində Yel çərşənbəsi günü küləyin istiqamətinə xüsusi diqqət yetirilir. Yaşlılar deyirlər ki, isti yel əsərsə, yaz erkən gələcək, soyuq yel isə qışın bir qədər də uzanacağına işarədir. Qərb bölgəsində xalq arasında belə bir inanc var ki, əgər çərşənbə axşamı külək qapını döyərsə, bu, evə qonaq gələcəyinə işarədir. Həmçinin uşaqların küləyə ürək sözlərini deyib, arzularının çin olmasını istəməsi bu bölgədə məşhur adətlərdəndir. Naxçıvan bölgəsində Yel çərşənbəsi axşamı kəndlərdə uşaqlar qapı pusmaq (qapıya qulaq asmaq) adətini icra edirlər. Eşidilən ilk sözlər uşaqlar üçün bir növ bələdçi olur. Əgər yaxşı sözlər eşidilərsə, həmin il uğurlu keçəcək, əgər pis sözlər eşidilərsə, ehtiyatlı olmaq lazımdır. Həmçinin burada qədimdən külək enerjisinə böyük önəm verilib və insanlar bu çərşənbədə küləyin səsinə diqqətlə qulaq asıblar.

Cənub bölgəsində isə Yel çərşənbəsi daha çox bolluq və ruzi rəmzi kimi qəbul edilir. Burada insanlar bağlarda, bostanlarda küləyin səsini dinləyir və əkinçiliklə bağlı proqnozlar verirlər. Həmçinin bu bölgədə külək duaları etmək və küləyə qovurğa səpmək adəti var. İnanca görə, bu, gələcək məhsulun bol olmasını təmin edir.

Yel çərşənbəsi qədim adət-ənənələrimizin yaşadıldığı, təbiətin oyanışının sevincini hiss etdiyimiz xüsusi gündür. Bu çərşənbədə əsən küləklər hər kəsə ruzi-bərəkət, uğur və xoş xəbərlər gətirsin.

Yel çərşənbəniz mübarək!

Qeyd edək ki, martın 18-də axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək. Xatırladaq ki, bu il üçün yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İsrail Bakı ilə Vaşinqtonu BARIŞDIRIR – SENSASİON GƏLİŞMƏ

Next

Ceyhun Bayramov Qazaxıstanın XİN başçısı ilə görüşdü

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv