Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ağ Evdə din amili…

By Vüsal Rafiqoğlu
14.03.2025 3 Min Read

Ekspertə görə, Trampın əvvəlki komandasında da dini inanclar dövlət maraqlarından önə keçmədi

Xəbər verildiyi kimi, bu günlərdə ABŞ-ın dövlət katibi Marko Rubio alnında xaç işarəsi ilə “Fox News” televiziya kanalının canlı yayımına qatılıb. Rubio müsahibəsində Ukraynadakı son hadisələr, Yaxın Şərqdə artan böhran və Donald Trampın Konqresə son müraciəti kimi əsas mövzulara toxunub.

Rubionun alnında xaç işarəsi olmasının səbəbi müsahibədən bir gün öncə qeyd olunan Kül Çərşənbəsi ilə əlaqələndirilir. Kül Çərşənbəsi xristian katolikləri üçün mühüm gündür. Bu günə inananlar müqəddəs hesab edilən palma budaqlarının külündən hazırlanmış xaç işarəsini alında qəbul edirlər.

Lakin Rubionun bu dini simvolla ekranda görünməsi sosial mediada müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər bunu onun dəyərlərinə və açıq inancına hörmət əlaməti kimi dəyərləndirərək dəstəkləyiblər. Digərləri isə bu addımın siyasi məqsəd daşıdığını, hətta Rusiyaya simpatiya və ya “dini müharibə” çağırışı ola biləcəyini iddia ediblər. Bir sosial media istifadəçisi “Bizim valideynlərimiz də uşaq vaxtı pis davrandığımızda alınımıza xaç çəkirdilər” kimi ironik şərh yazıb.

Bu hadisə şəxsi inancın dövlət idarəçiliyi ilə necə kəsişdiyi məsələsini gündəmə gətirərək müxtəlif platformalarda geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Tramp administrasiyasının yeni dövrdə dini simvolları ön plana çıxarmağa çalışdığı bildirilir. ABŞ Prezidenti Ağ Evdə ilk kabinet iclasına da dua ilə başlayıb. Bu maraqlı görüntü də seçki kampaniyası zamanı kameralara düşüb.

Tramp və komandasının aşkar büruzə verilən dini inancı xarici siyasətdə özünü hər hansı şəkildə, tutaq ki, erməni məsələsində Azərbaycanın əleyhinə göstərə bilərmi?   Dövlət katibinin alnındakı xaçın siyasi anlamı varmı, varsa, mesaj kimədir?

Xatırladaq ki, prezident seçilməsi ərəfəsində (24 oktyabr, 2024) Donald Tramp öz sosial media platformasında yazdığı mesajda siyasi rəqibi, vitse-prezident Kamala Harrisi Qarabağın erməni əhalisinin çıxması ilə bağlı əməli addım atmamaqda günahlandırmışdı. Mesajda Tramp həmçinin bildirmişdi ki, Harris ABŞ prezidenti olacağı təqdirdə dünya boyu xristianlar təhlükəsiz olmayacaq. “120 000 xristian erməni dəhşətli şəkildə təqib olunaraq zorla artsaxdan çıxarıldığı halda Kamala Harris heç nə etmədi”, – Tramp yazmışdı və əlavə etmişdi ki, prezident seçilərsə, “zorakılıqlara və etnik təmizləməyə” son qoymaq yönündə işləyəcək, Ermənistan və Azərbaycan arasında sülhü bərqərar edəcək.

Yeri gəlmişkən, Tramp bir neçə dəfə qeyd edib ki, o, protestantdır və presviterian (Presbyterian) məzhəbinə mənsubdur. Lakin onun dini ibadətlərə mütəmadi şəkildə qatılması və şəxsi dindarlığı barədə suallar olub. Tramp 2016 və 2020-ci il seçkilərində ABŞ-da güclü olan evangelist xristian elektoratının dəstəyini almaq üçün mühafizəkar mövqelər sərgiləyib (məsələn, aborta qarşı çıxışlar, dini azadlıqların müdafiəsi və s.)

Bəzi tənqidçilər onun dini yalnız siyasi alət kimi istifadə etdiyini bildiriblər. Məsələn, 2020-ci ildə dini kitabı əlində tutaraq kilsənin qarşısında şəkil çəkdirməsi çox müzakirə doğurmuşdu. Bundan əlavə, Trampın müsəlmanlara qarşı bəzi sərt açıqlamaları olub. Prezidentliyi dövründə bəzi müsəlman ölkələrdən miqrasiyanı qadağan edən fərmanlar imzalaması da bu kontekstdə tənqid olunub.

Siyasi şərhçi, dini sahə üzrə mütəxəssis Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Tramp və komandası mühafizəkarlardan ibarətdir. Düzdür, əsasən çoxluq yevangelistlər təşkil edir, amma Rubio kimi inanclı katoliklər də var. Əlbəttə, Amerika azadlıqlar ölkəsidir, orada hər kəsin dini inancını sərbəst yaşamaq hüququ var. O cümlədən dövlət katibinin. Ancaq ABŞ diplomatiyasının birinci şəxsinin alnında dini simvolla siyasi tədbirə qatılması belə fərqli reaksiyalara səbəb oldu. Lakin düşünürəm ki, burada qeyri-adi nə isə yoxdur. Rusiyaya simpatiya iddiasını ciddi hesab etmirəm, çünki Rubio katolikdir, Rusiya isə pravoslav ölkəsidir. Ona qalsa, Avropa ölkələrində katoliklər daha çoxdur. Bunu daha mühafizəkarlığın geri dönüşü kimi yozmaq olar”.

Yazarlar Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu “Tramp və komandasının aşkar büruzə verilən dini inancı xarici siyasətdə özünü hər hansı şəkildə, tutaq ki, erməni məsələsində Azərbaycanın əleyhinə göstərə bilərmi” sualına da cavab verib: “Zənn etmirəm. Çünki biz görürük ki, hətta İsrail-Fələstin münaqişəsində hansı ki, bu münaqişə ABŞ yevangelistləri üçün həddən artıq həyati əhəmiyyət daşıyar, orda belə siyasi maraqlar dini görüşlərin önünə keçir. Ümumiyyətlə, dini baxışların haçansa siyasi maraqların önünə keçdiyi görülməyib. Bu mənada ayrı-ayrı bürokratların dini inancının dövlət maraqlarından qabağa keçəcəyini gözləmirəm, amma əlbəttə, Amerikada güclü erməni lobbisi var və onlar hər zaman Azərbaycan əleyhinə fəaliyyət göstərib. Lakin biz Trampın əvvəlki komandasında da gördük ki, dini inanclar dövlət maraqlarından önə keçmədi”.

Hazırladı: Afaq MİRAYİQ

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistandan nonsens nümunəsi: “Halva” deməklə “ağzını şirin etmək cəhdi”- ŞƏRH

Next

Rusiyanın SENSASİON PLANI – “YENİ SSRİ”

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv