Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakıya xuntaçılarla bağlı təzyiqlər İFLAS OLUR

By Vüsal Rafiqoğlu
15.03.2025 4 Min Read

Hərbi canilər “xristian girovlar” adlandırılaraq ABŞ liderindən kömək istənilir; Trampın “zəif yeri”ndən basılması hansı nəticələri verə bilər?

Amerika xristian liderləri koalisiyası ABŞ prezidenti Donald Trampa məktub göndərib.

“Yeni Müsavat” yazır ki, məktubda Tramp Bakıda “xristian girovları azad etməyə” kömək etməyə çağırılır. Bu barədə erməni mediası xəbər yayıb.

Azərbaycana qarşı büsbütün şər-böhtandan ibarət müraciətdə sənəd müəllifləri guya “işgəncələr və davam edən sui-istifadə halları ilə bağlı etibarlı hesabatlara istinad edərək”, Trampın vəziyyəti həll etmək üçün unikal imkana malik olduğunu qeyd ediblər. Eyni zamanda ABŞ prezidentinə 2024-cü il oktyabrın 23-də Truth Social şəbəkəsində paylaşdığı statusu xatırladıblar. Həmin statusda Tramp Kamala Harrisi “120.000 erməni xristianın ”artsax”da dəhşətli təqiblərə və məcburi köçkünlüyə məruz qaldığı halda heç nə etməməkdə” suçlamışdı. “Mən prezident olaramsa, təqib olunan xristianları qoruyacağam, zorakılığa və etnik təmizləməyə son qoymağa çalışacağam və biz Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyik”, – Tramp vurğulamışdı. Ancaq bəllidir ki, Azərbaycan xuntaçıları məhz xristian olduğu üçün deyil, konkret cinayət əməlləri, o sırada etnik təmizləmə və soyqırımı kimi bəşəri cinayətlərlə bağlı mühakimə edir. Hansı dini təqibdən söhbət gedə bilər?

“Bakıda insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məhkəməsi gedir. Ermənistan bütün resurslarını səfərbər edərək bu məhkəməyə qarşı mənasız təbliğat kampaniyası aparır. Bu məhkəmədə mühakimə olan şəxslər qanun qarşısında cavab verirlər. Onların əsir və girov adlandırılması qəbuledilməz haldır”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev martın 13-də jurnalistlərə açıqlamasında deyib. Prezidentin köməkçisi həmçinin qeyd edib: “Onların havadarları, Avropa Parlamentində Ermənistanın maraqlarını təmsil edən müxtəlif lobbi qrupları Azərbaycana qarşı yeni qətnamə layihəsi qəbul etmək fikrindədirlər (artıq qəbul edilib – red.) Bütün bunlar xüsusilə məhkəmə ilə əlaqədardır. Məhkəmədə mühakimə olunan şəxslər qanun qarşısında cavab verirlər. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin azadlığa buraxılmağa çağırılması, onların əsir və girov adlandırılması beynəlxalq münasibətlərə, insanlığa qarşı bir təhqirdir və qəbuledilməz haldır. Onların mühakiməsi davam etdiriləcək”.

Başqa yandan, nədən ən azından belə bir fakt unudulur ki, işğal dövründə Ermənistan üçün əsas “nəfəslik”, sadiq müttəfiq rolunu İran “İslam Respublikası” oynayıb. Bakıdakı məhkəməyə dini don geydirmək cəhdi, hayların Trampın “zəif yeri”ndən basması nə dərəcədə nəticə verə bilər?

Azərbaycan reallıqları dəyişib”-Arzuxan Əlizadə

Arzuxan Əlizadə 

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan həmişə ikili standartlara məruz qalır. Parlamentarinin sözlərinə görə, bir sıra dövlətlər Ermənistanla Azərbaycana münasibətdə ən yaxşı halda eyni müstəvidən yanaşıblar, lakin əksər hallarda işğalçı dəstəklənib. “Bu gün də eyni tendensiya davam etməkdədir. Təəssüf ki, işğala məruz qalan ölkəyə obyektiv yanaşma yoxdur. Biz beynəlxalq hüququn da işləmədiyini görməkdəyik. Azərbaycan bəlkə də lazımından artıq tolerant ölkədir. Ancaq faktdır ki, heç zaman insanlara dini, irqi mənsubiyyətinə görə fərq qoymuruq. Bu, bizim fəxr etməli olduğumuz müsbət keyfiyyətdir. Amma dünyada bir islamofobiya, türk düşmənçiliyi var”, – deyə A. Əlizadə əlavə etdi.

MM üzvü xatırlatdı ki, Türkiyənin Avropa Birliyinə üzv edilməməsində də məhz elə bu amillər rol oynayıb: “Yəni türk düşmənçiliyi, islamofobiya… Eləcə də müxtəlif proksi silahlı qruplar yaratmaqla, cənub qonşumuzun da dəstəyi ilə müxtəlif dini qruplaşmalar meydana çıxarmaqla müsəlman dünyası, İslam haqda xof mühiti formalaşdırılıb. Ona görə də xristian təəssübkeşliyi dərhal ortaya çıxır və belə həbslərə dini don geyindirilir”. Deputat hesab edir ki, bununla həm ermənilərə sevgi bəslənir, həm də Azərbaycana zərbə vurmaq, təzyiq göstərmək məqsədi güdülür: “Nəticədə elə beynəlxalq ictimai rəy yaradılır ki, həmin erməni canilər guya xristian olduqlarına görə mühakimə olunurlar. Bu prosesdə bəzi beynəlxalq təşkilatların, insan haqları qurumlarının da oxşar yalan təbliğatı təsiredici rola malikdir. Onlar qara piar aparırlar ki, ermənilır Qarabağdan xristian olduqları üçün qovulub. Tamamilə saxta, dezinformasiya xarakterli bir təbliğat maşını işləyir. Elə bunun nəticəsidir ki, bəzi Avropa paytaxtlarında Quran yandırılır, İslam dininə nifrətin dərəcəsi artırılır. Təəssüf ki, bu cür yanlış məlumatların bəzən qarşısını almaq olmur, bir sıra hallarda özümüzü müdafiə etməyimizdə çətinliklər yaranır. Ancaq biz də davamlı şəkildə sözümüz deməli, dünyaya çatdırmalıyıq. Sözügedən şəxslər Qarabağda törətdikləri cinayətə görə mühakimə edilirlər və layiqli cəzalarını da alacaqlar”.

Qabil Hüseynli özünü öldürən qazidən danışıb, ağladı - VİDEO Pravda.az

Qabil Hüseynli

Professor Qabil Hüseynli isə bu çağırışların heç bir nəticə verməyəcəyinə əmindir. Politoloq Tramp dövründə ABŞ-Azərbaycan əlaqələrinin inkişaf edəcəyini açıqladı: “Onun seçki dövründə məlum çıxışı rəqibinə həmlə idi və səs almaq məqsədi daşıyırdı. Trampın proqramında erməni amili hələ ki görünmür. Zənnimcə, bu məktub da növbəti kampaniyalardan biridir. Antiterror əməliyyatı keçiriləndən sonra Azərbaycan əleyhinə  müxtəlif təşəbbüslər qaldırılıb, intəhası, heç biri keçməyib. Bu günə qədər də Azərbaycanı etnik təmizləmədə ittiham edənlər var. İndisə dini amili dövriyyəyə buraxıblar. Gördülər ki, etnik təmizləməyə aid sübut yoxdur, indi xristianlıq məsələsinə keçiblər. Halbuki heç bir çirkin ittihamların əsası yoxdur”.

Q.Hüseynli bildirdi ki, Tramp həmin məktuba reaksiya verməyəcək: “Araik, Ruben, Bako, Arkadi və digər hərbi canilər nə milli, nə dini kimliyinə görə mühakimə edilirlər. Onlar azərbaycanlıları qətlə yetirmiş hərbi canilər olduqları üçün məsuliyyətə cəlb olunublar. Necə ki Ukraynada törədilən hərbi cinayətlərə görə də Rusiya rəhbərliyi haqda Haaqa məhkəməsi həbs orderi verib. Ona görə də Bakıdakı erməni cinayətkarlarını  ”xristian girov” adlandırmaq absurddur. Həmin məktubu Trampa yazanlar məhkəmədə verilən ifadələri, etirafları oxusunlar. Bu qatillər ərazilərimizdə hansı qanunsuzluqları etdiklərini bir-bir dilə gətirirlər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan AŞ PA-ya qayıtmaya bilər? – Bakının qəti sözü

Next

Prezidentin verdiyi O MESAJ!

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv