Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Arzuolunmaz ölkələr”ə viza qapazı – “Qırmızı” və “narıncı” siyahılarda hansı ölkələr var?

By Vüsal Rafiqoğlu
17.03.2025 3 Min Read

Donald Trampın ötən ilin ortalarında anons etdiyi, bu ilin yanvarından isə ölkəsində həyata keçirməyə başladığı inqilabi dəyişikliklər davam edir.

Hələ 2024-cü ilin əvvəllərində prezidentliyə namizədliyini elan edən Tramp seçkiqabağı təbliğat tezislərindan biri kimi anti-miqrant ritorikasına üstünlük vermişdi. Bu il yanvarın 20-də səlahiyyətlərinin icrasına başladığı gün o, bu vədini yerinə yetirdi, qanunsuz miqrantların ölkədən deportasiya olunması haqqında sərəncam verdi.

Okeanın o tayından gələn xəbərlər göstərir ki, Tramp təkcə qanunsuz miqrantları ölkədən qovmaqla kifayətlənmək fikrində deyil, o, həmçinin ABŞ-nin qapılarını “arzuolunmaz ölkələr”in vətəndaşlarının üzünə qapatmaq niyyətindədir.

Amerika mətbuatının yazdığına görə, Ağ Ev ABŞ-yə səfər etmək üçün vizaların verilməsini məhdudlaşdırmağı planlaşdırır. Bir sıra ölkələrin vətəndaşlarına vizalar ümumiyyətlə verilməyəcək. Dünənə qədər “arzuolunmaz ölkələr”in siyahısında Rusiya ilk yerdəydisə, artıq ruslar üçün güzəşt nəzərdə tutulur. Onlara ABŞ vizası veriləcək, bir şərtlə ki, səfərləri işgüzar xarakterli olsun.

Mətbuatın yazdığına görə, ölkələri viza imtahanına çəkmək Trampın yeni “icad”ı deyil, o, bunu ilk prezidentlik dövründə də tətbiq edib və anti-immiqrasiya tədbirlərinin tərkib hissəsi kimi nəzərdə tutub. Sadəcə, indi Tramp bu siyasətini bərpa etmək və hətta gücləndirmək qərarına gəlib.

2017-2020-ci illərdə o, İran, İraq, Liviya, Somali, Suriya, Yəmən, Çad, Şimali Koreya və Venesuela vətəndaşlarının ABŞ-yə girişini tamamilə qadağan edib.

Bundan başqa, ABŞ prezidentinin göstərişi ilə Qırğızıstan, Myanma, Sudan, Eritreya, Nigeriya və Tanzaniya vətəndaşları üçün də müəyyən viza məhdudiyyətləri tətbiq edilib.

Birincilər o ölkələrdir ki, ABŞ-yə qarşı düşmənçilikləri ilə tanınırlar. Daha doğrusu, bu ölkələr ABŞ-nin iradəsinə boyun əymədikləri üçün Ağ Ev onlarla barışmaz intriqa içindədir. Amma ikinci sıradakı ölkələrin ABŞ ilə işləri, davaları yoxdur, sadəcə, ABŞ bu ölkələrdəki idarəçilikdən məmnun deyil.

Bu “viza təzyiqi”nə görə Tramp demokrat rəqibləri tərəfindən amansızlıqla tənqid edilib. O, ksenofobiya və islamofobiyada ittiham edilib. Çünki məhdudiyyətlərə və qadağalara məruz qalan ölkələrin əksəriyyəti müsəlman ölkələridir.

Cozef Bayden hakimiyyətə gəldikdən dərhal sonra Trampın bütün müvafiq fərmanları ləğv edib. İndi isə Ağ Evə qayıdan Tramp Baydenin uyğun ləğvetmə fərmanlarını ləğv edib, hətta həmin qadağa və məhdudiyyəri daha şiddətlə bərpa etmək, anti-immiqrasiya siyasətini təkmilləşdirmək qərarına gəlib.

“Nyu-York Tayms” qəzeti mənbələrə istinadən yazır ki, Tramp ABŞ-nin milli təhlükəsizliyinə təhdid yarada biləcək ölkələrin sakinləri üçün viza məhdudiyyəti tətbiq etmək istəyir. Dövlət Departamentinin sənədləri bu “arzuolunmaz”ları “qırmızı” və “narıncı” olmaqla iki kateqoriyaya bölür. Nəşrin məlumatına görə, ölkələrin dəqiq siyahısı hələ də tərtib edilir və dəyişdirilə bilər. Dəqiq olan odur ki, “qırmızı” kateqoriyaya hazırda Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela, Yəmən daxildir.

Siyahıya ya vətəndaş müharibəsi səngiməyən qeyri-sabit dövlətlərin (Somali, Sudan, Suriya, Liviya), ya da ABŞ-nin siyasi rəqiblərinin (Venesuela, İran, Kuba, Şimali Koreya) daxil olduğunu görmək asandır. Bu siyahıda önə çıxan yalnız Himalay krallığı Butandır. Butan stabil ölkədir və Amerikaya qarşı çıxan ölkə deyil. Görünür, bu ölkənin xarici dünya ilə təmaslarını məhdudlaşdırmağa çalışması, eyni zamanda xarici siyasətində Çinə nəzərəçarpacaq dərəcədə yaxınlaşması Trampın xoşuna gəlmir.

Rusiya, Belarus, Eritreya, Sierra-Leone, Cənubi Sudan, Haiti, Myanma, Laos, Türkmənistan və Pakistan “narıncı” kateqoriyaya daxildir. Burada xüsusi bir sistem görünmür. Myanma və Cənubi Sudanda vətəndaş müharibələri gedir, Pakistan və Türkmənistanda müsəlmanlar üstünlük təşkil edir. Ayrıca Pakistan indiyədək ABŞ ilə yaxşı münasibətlərə malik olub.

Bu sırada yalnız Rusiya Federasiyası və Belarus ABŞ-nin əleyhdarları sayıla bilər. “Narıncı” ölkələrin vətəndaşlarına müəyyən növ vizaların, xüsusən də turist vizalarının verilməsində məhdudiyyətlər olacaq. “Varlı işgüzar səyahətçilər” isə, əksinə, xoş qarşılanacaq. Elə indinin özündə də ruslar və belaruslar Amerika vizalarını çətinliklə alırlar. Rusiya Federasiyasındakı ABŞ diplomatik nümayəndəlikləri uyğun müraciətləri qəbul etmir, onları Rusiyadan kənardakı Amerika konsulluqlarına göndərirlər.

Ağ Ev qəzetin bu məlumatını nə təsdiq, nə də təkzib edib. Bu cür viza məhdudiyyətləri Trampın siyasətinin məntiqinə tam uyğun gəlir. “Arzuolunmaz ölkələr”dən giriş keçmişdə bir neçə dəfə ABŞ tərəfindən məhdudlaşdırılıb. Məsələn, I dünya müharibəsindən sonra Amerikada özünütəcrid ovqatı ən yüksək həddə çatdığı zaman Avropadan immiqrasiyaya qadağa tətbiq edilib. Belə görünür ki, Trampın “yaxşı unudulmuş köhnə”ni bərpa etmək niyyəti var.

Qəzet bu günlərdə Fələstinə dəstək aksiyalarının iştirakçısı olan Mahmud Xəlilin ABŞ-dən deportasiya edilməsi olayından da bəhs edir. ABŞ-də yaşamaq icazəsi olan bu şəxsi 1952-ci ildə qəbul edilmiş “İmmiqrasiya və vətəndaşlıq aktı” əsasında ölkədən çıxarıblar. Əqidəli antisemit olan senator Pat Makkarranın təşbbüsü ilə qəbul edilmiş həmin akt kommunizm ideologiyasına simpatiya bəsləyən, Kremlin “beşinci kolonu” hesab edilən yəhudilərin ABŞ-dən çıxarılmasını nəzərdə tutub. Qəribəsi odur ki, vaxtilə yəhudilərə qarşı nəzərdə tutulmuş qanunvericilik aktı indi onların rəqiblərinin deportasiya edilməsi üçün kara gəlir.

Araz Altaylı, Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentdən Xanlar Vəliyevlə bağlı SƏRƏNCAM

Next

Bayramda hansı günlərdə evdəyik?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv