Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan terrordan sığortalanmış ölkələr siyahısında

By Vüsal Rafiqoğlu
19.03.2025 3 Min Read

Ekspert deyir ki, hüquq-mühafizə orqanlarının, birbaşa DTX-nın apardığı əməliyyatlar reytinqimizə təsir edib

İqtisadiyyat və Sülh İnstitutunun (IEP) dərc etdiyi 2025-ci il Qlobal Terrorizm İndeksində (GTI) Azərbaycan 90-cı yerdə qərarlaşıb. Bir ölkə siyahıda nə qədər aşağı mövqe tutursa, terrordan o qədər az təsirlənir.

2025-ci ildə Azərbaycan 2024-cü illə müqayisədə nəticəsini yaxşılaşdıraraq 89-cu yerdən 90-cı yerə yüksəlib. GTI reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır. Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0″ indekslə sonuncu – 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşmaqla, dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib. Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara Burkina Faso (8.571), İsrail (8.143), Mali (7.998), Pakistan (7.916), Suriya (7.89), Əfqanıstan (7.825) daxil edilib. Qeyd olunan sıralamada İran (4.464) 26-cı, Türkiyə (4.168) 29-cu, ABŞ (4.141) 30-cu, Rusiya (3.016) 35-ci, Fransa (2.647) 38-ci, Norveç (1.747) 53-cü, Ermənistan (0.423) 76-cı, Birləşmiş Ərəb Əmirlikləri (0.233) 79-cu, Litva (0.059) 87-ci yerdə qərarlaşıb.

BMT və Dünya Bankı da daxil olmaqla, GTI-dən məlumat mənbəyi kimi istifadə edən beynəlxalq təşkilatların məlumatları da təsdiqlədiyi kimi, 0,233 indeksi ilə Azərbaycan terrorizmə ən az təsir göstərən ölkələr sırasındadır. Beynəlxalq terrorizm, eləcə də separatizm və narkotiklərin qanunsuz dövriyyəsi bütün dünya ictimaiyyəti qarşısında əsl problemə çevrilib.  Bu fonda hazırda istənilən dövlətin daxili təhlükəsizliyini təmin etmək üçün effektiv sistemin yaradılması bütün aparıcı dünya gücləri üçün də son dərəcə aktualdır.

Cənubi Qafqaz həssas və mürəkkəb geosiyasi məkanda olsa da, müstəsna dərəcədə uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sürətli inkişaf, sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən son illər görülən effektiv işlər nəticəsində Azərbaycan dünyada ən yüksək daxili təhlükəsizlik reytinqinə yüksəlib.

Beləliklə, Azərbaycanın təhlükəsizlik baxımından yüksək nailiyyətləri dünya miqyasında da etiraf olunur. Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır. Ölkəmizdə mötəbər tədbirlərin, görüşlərin keçirilməsi də bunun sübutudur. Bakıya regional və beynəlxalq təhlükəsizlik məsələsində inam olduqca yüksəkdir.

Arzu Nağıyev: Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir -  AZƏRTAC

 Arzu Nağıyev

Milli Məclisin komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Qlobal Terrorizm İndeksi reytinqi sıralanmasında Azərbaycanın bir pillə yuxarı qalxaraq ilk yüzlüyə daxil olması çox mühüm əhəmiyyət kəsb edir:  “Yəni əsas məqam ondan ibarətdir ki, terror təhididi bütün dünyada var və heç vaxt terrorun qarşısını yüz faiz almaq mümkün deyil. Siyahıya baxanda görürük ki, əsasən Afrika ölkələri, Pakistan və Suriyada ən çox terror təhlükəsi və terrorçuluq təhdidi olan dövlətlərdir. Dünyada, ümumiyyətlə, daim terror qorxusu var. İstər Avropa olsun, istər Afrika, istərsə də Amerika, Asiya. Terrordan heç kim 100 faiz sığortalanmayıb. 11 sentyabr hadisəsinə qədər ABŞ-ın özü inanmırdı ki, o cür dəhşətli terror aktı ilə üz-üzə qala bilər. Həmin hadisədən sonra Amerika dərk etdi ki, terrorizmlə mübarizədə dövlətlər koordinasiyalı hərəkət etməlidir. Konkret Azərbaycana gəldikdə, Azərbaycan uzun illər terrordan əziyyət çəkmiş ölkə kimi terrorçuluqla uzun bir mübarizə yolu keçib. Azərbaycan terrorçuluqla mübarizədə böyük təcrübə qazanmış dövlətdir. İstər Dövlət Təhlükəsizlik Xidməti, istər Daxili İşlər Nazirliyi və digər müvafiq qurumlar öz fəaliyyətlərini peşəkarcasına qurublar. Qazandıqları böyük təcrübə və əməliyyat şəraitinə tam nəzarət etmələri Azərbaycanı sabit, terroçuluqla mübarizədə ciddi nəticələr əldə etmiş ölkələr sırasına yüksəldib. Dini radikalizmdən gələn təhlükələrin qarşısının alındığı məlumdur. Ermənistan xüsusi xidmət orqanlarının yaratdığı terror təhdidinə qarşı necə mübarizə aparıldığı və nəticələr əldə edildiyi də məlumdur. Azərbaycana qarşı düşmən mövqedə dayanan güclərin həyata keçirməyə çalışdıqları addımların qarşısı alınıb”.

Komitə sədrinin sözlərinə görə, xüsusilə son vaxtlar Azərbaycanın hüquq-mühafizə orqanlarının, birbaşa Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyatlar göstərir ki, ortada Azərbaycan dövlətinin, Ali Baş Komandan İlham Əliyevin iradəsi var: “Bu iradə bizə terrorçuluğa qarşı mübarizədə də böyük qələbələr gətirir. Bu gün Azərbaycan sabitlik məkanıdır. Azərbaycan böyük beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edir. Haqqında söhbət gedən indeks də elə-belə tərtib olunmayıb. Azərbaycanla da bağlı hesabatlara, terrorçuluğa qarşı aparılan mübarizə və əldə olunan effektiv nəticələrə əsaslanaraq ölkəmizi qiymətləndiriblər. Azərbaycan terrorizmlə mübarizədə davamlı olaraq müxtəlif ölkələrin xüsusi xidmət orqanları ilə koordinasiyalı fəaliyyət göstərir. Azərbaycan öz daxilində terrorizmlə mübarizədə böyük nəticələr əldə etməklə yanaşı, beynəlxalq terrorçuluqla mübarizə işinə ciddi töhfələr verir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qərbin minaların təmizlənməsində pul xərcləmək xəsisliyi

Next

Bərdədə 17 yaşlı qız kanalda BATDI

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv