Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Hərb, yoxsa SÜLH? – TƏHLİL

By Vüsal Rafiqoğlu
21.03.2025 3 Min Read

Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşması deyəsən revanşistlərin (yalnız revanşistlərinmi?) ürəyincə deyil. Bununla da Ermənistanın müxalif siyasi düşərgəsi, ələlxüsus radikallar və revanşistlər Qarabağ məsələsini qətiyyən həll olunmuş hesab etmədiklərini nümayiş etdirməyə çalışırlar. Odur ki, sözügedən ölkə atəşkəsi tez-tez pozur. Elə bu kimi səbəblərdən Ermənistan–Azərbaycan sərhədində vəziyyət yenidən pisləşib. Halbuki keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryanın, eləcə də bu ölkənin sabiq müdadiə naziri Seyran Ohanyanın sülh sazişinə qarşı çıxmalarına baxmayaraq, az qala bütün dünya liderləri Azərbaycan Ermənistan arasında sülh mətninin razılaşdırılmasını alqışlayır. 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təkcə mart ayında Ermənistanın silahlı qüvvələri  ən azı 15 dəfə Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu ayın sonuncu belə təxribatı isə martın 20-sindən 21-n keçən gecə baş verib. Həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları  istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəş açıb. Amma Avropa İttifaqının “mülki missiya”sı bütün bunlara göz yummaqda davam edir. Buradan belə qənaətə gəlmək olar ki, Fransanın təşəbbüsü və başçılığı ilə yaradılan bu missiya elə Ermənistanın belə əməllərini gizlətmək üçün bölgəyə yerləşdirilib.

Bundan istifadə edən rəsmi İrəvan isə ənənəvi saxtakarlıqla sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanat yayır. Təxminən belə bir şəkildə: Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan mövqelərini atəşə tutması ilə bağlı bəyanatı reallığa uyğun gəlmir. Halbuki, bu günlərdə Ermənistan Baş naziri Nikol Paşinyan “sülh sazişini imzalamağa hazıram” deməklə yanaşı, “Müdafiə Nazirliyinə tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” ifadəsini də işlədib. Bununla da o, atəşkəsin rəsmi İrəvan tərəfindən pozulduğunu etiraf edib. Bu həm də təcavüzkar ölkənin hərbi, yoxsa sülhü seçdiyini hələ də dəqiqləşdirməməsindən xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, martın 20-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə keçirdiyi mətbuat konfransında utanıb-qızarmadan bildirib ki, guya Azərbaycanı sülhdə maraqlı olmayan ölkə kimi qələmə verməklə manipulyasiya ilə məşğul olur.  Halbuki, Azərbaycan heç vaxt Ermənistana qarşı işğalçılıq siyasəti aparmayıb və regionu qarşıdurma zonasına çevirən belə bir vəziyyətin yaranmasında maraqlı olmayıb.

Ekspertlər də qeyd edir ki, İrəvan sülh istəyirsə, məlum şərtləri yerinə yetirməlidir. Ermənistan ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvana maneəsiz gediş-gəlişi, yəni Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Eyni zamanda Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan iddialar aradan qaldırılmalıdır. Həmçinin ATƏT-in Minsk Qrupunun buraxılması haqqında konkret addım atılmalıdır. Amma Ermənistan bu şərtləri icra etmək əvəzinə şərti sərhəddə hərbi təxribatlara əl atır. Bu isə o deməkdir ki, İrəvan hələ də sülhə hazır deyil. Beynəlxalq ictimaiyyətə özünü sülhə hazır tərəf kimi göstərsə də, erməni tərəfi növbəti dəfə prosesi manipuliyasiya etməklə məşğuldur.

Şübhəsiz, belə bir dönəmdə Ermənistan tərəfdən törədilən bu kimi təxribatlar rəsmi İrəvana etimadsızlığı artırır. Daha doğrusu, şərti sərhəddə atəşkəs rejiminin ard-arda pozulması təcavüzkar ölkənin  xoşməramlı olmadığını, sülh sazişi ilə bağlı açıqlamalarının isə saxta olduğunu bir daha təsdiqləyir. Şübhəsiz, şərti sərhəddə baş verən təxribatlar Ermənistanın  müharibəyə kökləndiyindən xəbər verir. Elə bu ölkənin Fransanın yardımı ilə silahlanmaqda davam etməsini, “mülki missiya”nın daha da fəallaşmasını, ATƏT-in Minsk qrupunun ləğv etmək istəməməsini bu sıraya əlavə etsək mənzərə daha aydın şəkildə gözləriniz qarşısında canlanar.  Bütün bunlar isə təcavüzkar ölkənin hələ də sülhdən çox hərbiyə meyilli olmasından bir daha xəbər verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ümidləri həmişə gerçəkləşən yeganə BÜRC

Next

Azərbaycanda meyvə-tərəvəz konservləri istehsalı 15 % artıb

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv