Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Parovozun qabağında qaçan Paşinyan – Konstitusiya dəyişikliyi 2027-yə qalsa, Ermənistan qalmayacaq!

By Vüsal Rafiqoğlu
22.03.2025 2 Min Read

Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi məsələsində özü üçün xəyallar, “yol xəritəsi” qurub. Gah Bakı ilə sülh sənədini günü bu gün imzalamağa hazır olduğunu deyir, gah da konstitusiya dəyişikliyinə gələn il də yox, 2027-ci ildə gediləcəyini bildirir. Halbuki imzalanmağa əsas əngəl elə Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistan konstitusiyasıdır.

Paşinyan isə hələ də inad edir ki, ölkəsinin “Əsas Qanun”u sülh müqaviləsinin imzalanmasına mane deyil, çünki onun zənnincə, sülh sənədi mətnindəki bəndlərdən biri ərazi iddiasını mümkünsüz edir. Bu zaman ən azı, belə bir reallığı unudur ki, sülh müqaviləsi konkret rəsmi şəxslər tərəfindən təsdiqlənmiş sənəddirsə, konstitusiya xalqın təsdiqlədiyi sənəd sayılır. Yəni onlar fərqli hüquqi qüvvəyə, gücə malikdir. Məhz bu səbəbə müqavilənin uzunömürlü olması üçün onun yerli konstitusiyalara uyğun olması şərt!

İkincisi, məntiqlə Ermənistanın Azərbaycana rəsmən ərazi iddiası yoxsa, onda nədən onun konstitusiyasında “Dağlıq Qarabağ”la bağlı istinadın götürülməsini erməni tərəfi bunca ağrılı qarşılayır? Ermənistanın Müstəqillik Aktında və konstitusiyasında niyə “Dağlıq Qarabağın” adı çəkilməlidir? Məgər Azərbaycan Konstitusiyasında indiki Ermənistanın hər hansı ərazisinin və ya şəhərinin, o cümlədən qədim Türk yurdu İrəvanın adı keçir?

Beləcə, Paşinyan parovozun qabağında qaçan qeyri-ciddi, qeyri-adekvat adam təəssüratı yaradır…

Bu xüsusda erməni politoloq Beniyamin Poqosyan Paşinyandan daha “insaflı” görünür. Poqosyana görə, sülh müqaviləsi 2026-cı ilin ortalarından tez imzalanmayacaq (Teleqraf.com).

Onun sözlərinə görə, sazişin imzalanması Ermənistan konstitusiyasının dəyişdirilməsinə bağlıdır, çünki bu, Azərbaycanın əsas tələbidir. “Konstitusiya layihəsi yalnız 2026-cı ilin yay-payız aylarında referendum üçün hazır olacaq. Ermənistan hakimiyyəti seçkilərdə sülh sazişinin razılaşdırılmış mətnini və yeni konstitusiya layihəsini seçicilərə təqdim edəcək. Nikol Paşinyan hökuməti bunu sülh və müharibə arasında seçim kimi təqdim etməyə çalışacaq, yəni onlar seçilsə və sonra yeni konstitusiya qəbul olunsa, o zaman sülh şansı yaranacaq, amma başqa qüvvə qalib gəlsə, müharibə ehtimalı xeyli yüksək olacaq”, – Poqosyan iddia edib.

(Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək)…

“Reallıq var, Azərbaycan hər cəhətdən Ermənistandan güclüdür, bu gün o tərəfə asqırmaq belə mümkün deyil”.

Bunu isə kapitulyant ölkənin keçmiş müdafiə naziri Arşak Karapetyan deyib.

O, Prezident İlham Əliyevin ölkəsini beynəlxalq arenada güclü oyunçuya çevirdiyini də etiraf edib. “Ərdoğanın dövründə Türkiyənin beynəlxalq uğurlarını sadalamaq istəmirəm. Türkiyənin statusu bir neçə pillə yüksəlib və bu gün bunlar nəzərə alınır. Eyni şey Əliyevə də aiddir. Sovet Azərbaycanı demək olar ki, silah istehsal etmirdi. Ancaq bu gün onların hərbi-sənaye kompleksi regionun ən yaxşılarından biridir. Mən hələ neft-qaz sənayesinin inkişafını, Azərbaycan xalqının təhsil səviyyəsini, sosial təminatını demirəm. Reallıq belədir”, – Karapetyan bildirib.

Erməni general ardınca maraqlı bir ifadə də işlədib: “Bu gün Ermənistandan Azərbaycana tərəf asqırmaq belə mümkün deyil”.

Elə isə nəyi gözləyirlər? Ermənistanın silahlanma yarışında Azərbaycanı üstələməsi mümkün deyil, olmayacaq. İqtisadi, təbii və İnsani resurslar baxımından da o, ölkəmizlə ayaqlaşmaq iqtidarında deyil, olmayacaq. Yerli hərbi sənayemizin inkişaf tempi nəzərə alınarsa, heç mümkün deyil…

Qısası, Paşinyan parovozun qabağında qaçmağı dayandırmalıdır. Yəni mənasız ritorikaya son verib nəhayət, ciddi işlə məşğul olmalı, öncəliklə də böyük sülhə əsas əngəli aradan qaldırmalıdır. Konstitusiya dəyişikliyini iki il (!) uzatmağın zərbəsi ilk növbədə Ermənistana dəyəcək. Bu işi gələn il də yox, məhz 2025-də bitirmək lazımdır.

Məsləhətdir ki, tələsəsiniz, cənab haylar. Konstitusiya dəyişikliyi 2027-yə qalarsa, ona kimi Ermənistan qalmaya bilər. Əgər İrəvanda xəyal edirlərsə ki, zaman onlara işləyir, yanılırlar. Həmişəki kimi…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Next

TƏBİB: Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananlar evə buraxılıb

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv