Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Revanşistlərə sərt ŞİLLƏ – Moskva “artsax”ı diriltməyəcək!

By Vüsal Rafiqoğlu
29.03.2025 3 Min Read

Rusiyada mifik “artsax”ın qondarma nümayəndəliyi varmış. Amma artıq özünü buraxıb. “Past” erməni nəşri yazmasaydı bəlkə də heç kim bilməzdi ki, Moskvada nümayəndəlik adına belə bir əcaib şey mövcud imiş. Çünki Qarabağda erməni separatizminin kökü kəsilibsə, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edibsə, Bakıda xuntaçıların məhkəməsi gedirsə, özünü aldatmağın nə anlamı var ki?

Əfsuslar olsun ki, ermənilər, xüsusən də onların qisasçı-daşnak kəsimi hələ də “göydən yerə” enib reallıqları qəbul etmək istəmir. Baxırsan ki, hələ də qonşu ölkənin parlamentində hansısa radikal-revanşist deputat “bayraq” adlandırdığı “arsax”ın əski parçasını qabağına qoyub özünə təsəlli verir. Anlamaq istəmirlər ki, “qatar” geridğönməz şəkildə gedib. “Status”-filan hamısı tarixin zibilliyindədir və bir daha bu mövzuya qayıdılmayacaq…

Ağılları olsaydı, Azərbaycanın təklif etdiyi yüksək muxtariyyət vədini vaxtında qəbul edərdilər. İndi Qarabağda başqa vətəndaşlarımız kimi dinc həyatlarına davam edirdilər. Amma onlar dinc və təhlükəsiz güzəranı, cəmiyyətimizə inteqrasiyanı deyil, əzab-əziyyətin davamını, qarşıdurmanı seçdilər.

Beləcə, çox istədikləri üçün azdan da oldular. Özləri bilər. Can onların, cəhənnəm Tanrının. Özü yıxılan ağlamaz. Bircə bizimlə işləri olmasın, siçovul kimi yenə ayağımızın altını qazımağa cəhd etməsinlər, Azərbaycana qarşı yeni tələlər, məkrli planlar qurmasınlar.

Təəssüf ki, dinc duracaqlarına zərrəcə əminlik yoxdur. Hər necə olmasa, İrəvanda oyuncaq qurumun bəzi “təsisatları”nən qalması narahatlığa əsas verir. Nala-mıxa vurmağı sevən Nikol Paşinyan bir yandan “Qarabağ hərəkatı davam etməməlidir” deyir, o biri yandan isə Ermənistanda separatizminin “qalıqlarını” neytrallaşdırmağa, bu separatizmin “nəfəs aldığı” Minsk Qrupunu de-yure ləğv etməyə, konstitusiyadan ölkəmizə qarşı ərazi iddiası ilə bağlı istinadı çıxarmağa tələsmir.

Qısası, yenə ikili oyun oynayır. Paralel surətdə Paşinyan Ermənistanın bir “əlindən” Qərbin, digərindən də Rusiyanın turtmasına çalışır. Radikal müxalifət isə ümidini həmişəki kimi Rusiyaya bağlayıb…

Ancaq əbəs cəhdlərdir. Bunu az-maz məntiqini itirməmiş erməni ekspertlər də etiraf edir. Onlardan biri də Aleksandr İsgəndəryandır.

ALEKS.jpeg (89 KB)

“Rusiya bura geri qayıdacaq” nə deməkdir? Qarabağ yenidən zəbt ediləcək və ora ermənilər köçürüləcək və respublika (keçmiş separatçı qurum – red.) bərpa olunacaq? Bunu təsəvvür etmək mümkünsüzdür. Üstəlik, Azərbaycan artıq Rusiyanın təhlükəsizlik formalarına ehtiyac duymur və silahı başqa yerlərdən alır”.

Musavat.com-un məlumatına görə, bunu A.İsgəndəryan yerli mediaya müsahibəsində deyib.

“Ümumiyyətlə, azərbaycanlıların arzuladığı, yəni Qarabağın ermənilərdən təmizləməsi artıq həyata keçirilib (erməni əhali bütün dünyanın gözü qarşısında öz xoşu ilə çıxıb gedib – red.). Bakı isə siyasi təhlükəsizlik formalarını başqa yerdə tapa bilər. Ermənistan da elə. Biz Dağlıq Qarabağı itirmişik və köhnə konfiqurasiyanın bərpa olunacağını təsəvvür etmək mənim üçün çətindir”.

Lakin onun sözlərinə görə, bu, Rusiyanın regionu tamamilə tərk edəcəyi anlamına gəlmir. “Rusiya nəhəng dövlətdir, Cənubi Qafqazın qonşusudur və belə də qalacaq. Rusiya təsirini davam etdirəcək, öz rolunu oynayacaq. Lakin bəzi amillər var ki, onların geri qayıtması qeyri-mümkündür. Prinsipcə mümkün deyil. Çünki Rusiya regionda artıq təhlükəsizliyin şəriksiz inhisarçısı deyil”, – erməni politoloq qeyd edib.

İsgəndəryandan daha bir etiraf: “Bundan əlavə, Türkiyə bölgəmizin oyunçusu olaraq buradadır. Ona görə də Rusiya qayıdanda həmin (köhnə – red.) mənzərəni təsəvvür etmək mənim üçün çətindir. Rusiya regionumuzda rol oynamağa davam edəcək. Lakin bu rol keçmişdəki kimi olmayacaq, fərqli olacaq”…

Yerdə nə qaldı? Əlbəttə ki, qonşu ölkənin Azərbaycan və Türkiyə ilə barışığa nail olması. Yolu, şərtləri bəlli. İrəvan həm də tələsməlidir. Nədən ki, Bakı və Ankaranın barışıq əli sonsuzadək havada qalmayacaq. Azərbaycan və Türkiyə Ermənistanla barışıq üçün əldən getmir. İki qardaş dövlətin tək hədəfi Cənubi Qafqazdakı bu yeganə fitnə-fəsad və şər yuvasını təsirsiz hala gətirməkdir. Həmişəlik.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlin ilk Günəş tutulması başa çatdı

Next

Şahbaz Şərif İlham Əliyevi TƏBRİK ETDİ

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv