Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

XİN BƏYANAT YAYDI

By Vüsal Rafiqoğlu
31.03.2025 2 Min Read

Xarici İşlər Nazirliyi (XİN) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

XİN-dən Musavat.com-a verilən xəbərə görə, bəyanatda bildirilib ki, bu gün, radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edilir:

“Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın özünün də etiraf etdiyi kimi Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı əsgəri tərəfindən planlı şəkildə “əksinqilabçılarla mübarizə” adı altında bir sıra, o cümlədən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan bölgələrində dinc azərbaycanlıların xüsusi amansızlıqla qətli həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

On minlərlə həmvətənimizin qətlə yetirildiyi bu qətliam zamanı azərbaycanlılara aid olan mədəni, dini abidələr, məscid və qəbristanlıqlara qarşı törədilən vəhşiliklər baş verənlərin etnik nifrət və dözümsüzlük cinayəti olmasının sübutudur”.

XİN-in bəyanatında qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqi, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub:

“Müstəqilliyimizin bərpasından və Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıtmasından sonra 26 mart 1998-ci il tarixində imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla baş verənlərə siyasi qiymət verilib.

XX əsrin əvvəlində törədilən qırğınların əsasında duran etnik nifrət və dözümsüzlük siyasəti əsrin sonunda azərbaycanlıların indiki Ermənistan ərazilərindən kütləvi deportasiyası, münaqişə və işğal dövründə xalqımıza qarşı törədilən qətliamlar, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər, habelə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı dinc insanlara qarşı müharibə cinayətləri ilə davam etdirilib”.

Nazirliyin bəyanatında deyilib ki, hazırkı postmünaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanların mövcudluğuna baxmayaraq, bugünədək baş verən bütün dəhşətlərin əsasında dayanan və Ermənistan konstitusiyası daxil olmaqla, bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir:

“Bu baxımdan, Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Allah rəhmət eləsin!”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu şəxslərin xarici sürücülük vəsiqələri etibarsız olacaq – QƏRAR

Next

Prezident İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv