Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənistan və Avropa üçün Azərbaycan cəbhəsində təhlükəsizliyin təmin olunması vacibdir-ŞƏRH

By Vüsal Rafiqoğlu
01.04.2025 2 Min Read

Almaniya Prezidenti Frank-Volter Ştaynmayerin Cənubi Qafqaz səfəri iki əsas hadisə fonunda reallaşmaqdadır: Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin tam razılaşdırıldığının elan olunması və Ermənistanın Aİ üzvlüyü prosesinə başlamasına dair Parlament qərarının qəbul edilməsi. Bu, bir sıra mətləblərdən xəbər verir. Birincisi, Almaniya sülh prosesində Avropanın rolunu gücləndirmək niyyətinin daşıyıcısıdır. Lakin sülhün reallaşması üçün Azərbaycanın önə sürdüyü şərtlər Avropa üçün maraqlı deyil. Hətta bu yaxınlarda Avropadakı siyasi dairələrin informasiya qaynağı olan “Commonspace.eu”-da bu şərtlərə münasibətdə kobud bir tərzdə “Azərbaycan nə zaman dayanmaq lazım olduğunu bilmir” (Azerbaijan has a habit of not knowing when to stop) deyə yazılmışdı.

Bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, beynəlxalq məsələlər üzrə ekspert Şəhla Cəlilzadə bildirib.

Ekspert hesab edir ki, Qərbin Azərbaycanı sülh müqaviləsinə müvafiq şərtlər olmadan imza atmağa inandırmağa çalışması ikinci mətləblə əlaqədardır:

“İkincisi odur ki, Ermənistanın Aİ inteqrasiyası prosesi üçün regionda sülh, həqiqətən də hava-su kimi lazımdır. Xüsusilə, Ermənistanın bu prosesi başlatdığına görə Rusiya tərəfindən aldığı təhdidlər nəzərə alınaraq (Overçuk bunu Ermənistanın Titanik kimi batırılması olaraq bədii ifadə edib) Azərbaycan cəbhəsində təhlükəsizliyin təmin olunması hazırda Ermənistan və Avropa üçün vacibdir. Odur ki, Almaniya Prezidenti sadəcə öz ölkəsinin deyil, həm də Ermənistanın istəklərinin təmsilçisi rolunda ölkəmizə gəlir. Almaniya siyasi administrasiyasında erməni istəklərinin təmsilçiləri o qədər çoxdur ki, ölkə prezidentinin Ermənistana səfəri barədə keçmiş qondarma rejimin “bayrağı” fonunda xəbər paylaşılmışdır.

Bu, təbii ki, Azərbaycan tərəfindən qəbuledilməz idi. Odur ki, iki ölkə XİN-ləri arasındakı danışıqlardan sonra Almaniya Prezidenti ofisi ölkəmizdən rəsmi üzr istədi. “Üzr”də Azərbaycanın ərazi bütövlüyünə hörmətin əlaməti olaraq, xəbərdə şəkli gedən “bayraq” Azərbaycanın bir regionuna aid bayraq kimi təqdim olundu. Üzrü qəbahətindən böyük! Azərbaycanın heç bir regionunun elə bir bayrağı yoxdur. “Deutsche Welle”də səfər öncəsi ölkəmizə qarşı yalan xəbərlər də Almaniyadakı ermənipərəst dairələrin fəaliyyətinin nəticəsidir”.

Ş.Cəlilzadənin fikrincə, Vətən müharibəsindən öncə qismən neytral siyasət yürüdən Almaniyanın hazırda ermənipərəst siyasət yürütdüyü aydın görünür:

“Bütün bunlar Azərbaycanın Almaniya ilə münasibətləri qarşıdakı dövrdə bərpa etməyə mane olmağa çalışan dairələrin istəyidir. Xüsusilə, fevral ayında Bundestaqa keçirilən seçkilərdən əvvəlki kursda dəyişikliyə nail olmaq üçün hər iki tərəfdən mühüm addımların atılmasına və vacib tədbirlərin görülməsinə ehtiyac vardır”,- deyə ekspert vurğulayıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda 62 nəfər ZƏHƏRLƏNDİ

Next

Evinə pəncərədən daxil olan vətəndaşla bağlı RƏSMİ CAVAB

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv