Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Elm və təhsil nazirinin “məktəbli avtobusu” anonsu

By Vüsal Rafiqoğlu
02.04.2025 3 Min Read

Kamran Əsədov: “Ləng işləsə, dayanacaq yerləri düzgün planlaşdırılmasa, layihənin effekti azalacaq”

“Şagirdlərin ünvana rahat çatması üçün “Məktəbli avtobusu” layihəsinin həyata keçirilməsi planlaşdırılır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Xəzər TV-yə müsahibəsi zamanı deyib. Emin Əmrullayevin sözlərinə görə, paytaxdakı “Məktəbli avtobusu” layihəsində məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir, yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır.

“Məktəbli avtobusu” layihəsi həm paytaxt, həm də bölgə məktəbləri üçün nəzərdə tutulur. Ekspertrlərə görə, xüsusilə  bir kənd məktəbindən digərinə və ya rayon mərkəzinə şagirdlərin rahat daşınmasını təmin edə bilər. Paytaxt məktəblərində məktəbli avtobuslarının tətbiqi eyni zamanda yol-nəqliyyat sistemində sıxlığın qarşısının alınmasına da hesablanmış bir addımdır.

O cümlədən də şagirdlər üçün rahat gediş imkanıdır. Hazırda valideynlər övladlarını şəxsi avtomobillərlə məktəbə aparıb-gətirirlər ki, bu da məktəblərin qarşısında tıxacların yaranmasına səbəb olur.

Lakin məktəbli avtobusları müəyyən məntəqələrdən şagirdləri toplayaraq, birbaşa təhsil müəssisələrinə çatdıracaq. Dərs bitdikdən sonra isə yenidən eyni qaydada onların evlərinə qayıtması təmin ediləcək. Bundan əlavə, paytaxt yollarında avtobus zolaqlarının mövcudluğu nəqliyyatın daha effektiv idarə olunmasına imkan yaradacaq.

Bəs bu təhsilin keyfiyyətinə necə təsir edəcək? Şagirdlərin dərsə davamiyyəti artacaq?

Həddini aşmış bu adam... – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk növbədə qeyd edim ki, “Məktəbli avtobusu” layihəsi Azərbaycanın təhsil sistemində həm logistik, həm sosial, həm də pedaqoji baxımdan mühüm dəyişikliklər vəd edən təşəbbüsdür. Həm şəhər, həm də kənd məktəbləri üçün nəzərdə tutulan bu layihənin effektiv tətbiqi bir neçə sahədə ciddi müsbət təsir göstərə bilər. İlk olaraq, bu təşəbbüs şagirdlərin dərsə davamiyyətinə birbaşa müsbət təsir edəcək. Xüsusilə bölgələrdə, kəndlərdə məktəbə uzaq məsafədən gələn şagirdlər üçün nəqliyyat problemi onların dərsdən yayınmasına və ya gecikməsinə səbəb olur. Məsələn, bir kənd məktəbindən digərinə və ya rayon mərkəzinə getmək üçün valideynlər çox zaman şəxsi nəqliyyat vasitəsi olmadığından övladlarını dərsə göndərə bilmirlər. “Məktəbli avtobusu” layihəsi bu problemi minimuma endirə bilər. Davamiyyətin artması isə birbaşa təhsilin keyfiyyətinə təsir edən faktordur.

Paytaxtda bu layihənin tətbiqi nəqliyyat sistemində yüklənməni azaltmaqla yanaşı, valideynlər üçün də sosial yükü azaldacaq. Hazırda çox sayda valideyn övladını səhər saatlarında məktəbə aparmaq və dərsdən sonra geri gətirmək üçün şəxsi avtomobildən istifadə edir. Bu isə məktəblərin qarşısında tıxacların yaranmasına, nəqliyyatın iflic olmasına, şagirdlərin gecikməsinə səbəb olur. “Məktəbli avtobusu” vasitəsilə bu proses mərkəzləşdirilmiş şəkildə və təhlükəsizliklə təmin olunarsa, həm şagirdlər vaxtında dərsə çatacaq, həm də şəhər daxilində nəqliyyat axını rahatlaşacaq”.

Ekpsert qeyd edir ki, pedoqoji cəhətdən bu layihə şagirdlərin fiziki və psixoloji təhlükəsizliyinin təmin olunması baxımından da önəmlidir: “Avtobuslarda müşayiətçi müəllim və ya xüsusi nəzarətçilərin olması şagirdlər arasında intizamı qoruyacaq, eyni zamanda valideynlərin narahatlığını da azaldacaq. Dünyanın bir çox inkişaf etmiş ölkələrində – ABŞ, Kanada, Almaniya və Yaponiyada məktəbli avtobusları şagirdlərin məktəb həyatına təhlükəsiz, rahat və sistemli şəkildə qoşulmasının əsas vasitələrindən biridir. Bu sistemlərdə avtobusların marşrutları öncədən planlaşdırılır, şagirdin yaşadığı əraziyə uyğun dayanacaq təyin olunur və vaxt cədvəli ciddi şəkildə qorunur. Bu layihənin təhsilin keyfiyyətinə dolayı, amma mühüm təsirlərindən biri də şagirdin məktəb həyatına motivasiyasının artmasıdır. Təsəvvür edin: hər gün yolda çətinlik çəkən, səhər tezdən qalxıb saatlarla yol gedən şagirdlə rahat şəkildə avtobusa minib vaxtında məktəbə çatan şagirdin eyni motivasiyaya sahib olması mümkün deyil. Nəqliyyat şəraitinin yaxşılaşdırılması həm fiziki, həm də emosional olaraq şagirdin dərsə hazırlığını artırır. Bununla yanaşı, bu sistemin uğuru onun idarə olunma mexanizmi və maliyyə modeli ilə sıx bağlıdır. Əgər avtobuslar ləng işləsə, dayanacaq yerləri düzgün planlaşdırılmasa və ya təhlükəsizlik tədbirləri zəif olsa, layihənin effekti azalacaq. Ona görə də müasir İT texnologiyalarla təchiz edilmiş GPS izləmə, valideynlər üçün mobil bildiriş sistemləri, sürücülərin və müşayiətçilərin peşəkarlığı bu prosesin əsas elementləri olmalıdır.

Sonda qeyd edim ki, “Məktəbli avtobusu” layihəsi yalnız bir nəqliyyat layihəsi deyil – bu, uşaqların təhsilə çıxış imkanlarını artıran, məktəb həyatını müasir şəhər infrastrukturu ilə əlaqələndirən, sosial bərabərliyi dəstəkləyən bir islahatdır. Doğru planlanarsa, bu layihə dərsə davamiyyətin yüksəlməsi, şagirdlərin təhlükəsizliyinin artırılması, müəllimlərin dərsə daha vaxtında çatması və ümumilikdə təhsil keyfiyyətinin yüksəldilməsi baxımından mühüm dönüş nöqtəsi ola bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

60 konqresmenin “907-ci düzəliş” ağrısı

Next

Goranboyda 61 yaşlı qadın sirkə turşusu İÇDİ

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv