Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Maraqlı

Freydin otağını bəzəyən Şərqin ən gözəl xalçası Azərbaycana aiddir? – FOTO

By Vüsal Rafiqoğlu
02.04.2025 3 Min Read

Freydin yaşadığı dövründə kişilər və qadınlar arasında uzanmaq son dərəcə cəsarətli və əxlaqsız bir davranış hesab edilirdi. Belə ki, ötən əsrin 20-ci illərində qonaq gedilən yerdə stul əvəzinə divranda oturmaq belə, düzgün hesab edilmirdir.

Belə sərt qaydalara baxmayaraq, Freydin xəstələrinə divanda uzanmağı təklif edirdi. Freyd bu cür sosial qınaq riskinə baxmayaraq, xəstələrindən uzanmağı istəməyinin səbəbi insanların bu cür daha sərbəst düşünməsi və danışması ilə bağlı fikirləri idi.

Hipnozun böyük bir təbliğatçısı olan Freyd, uzanmağın insanları ənənəvi düşüncə xəttindən azad etdiyini müşahidə etmişdi. O, Vyananın Bergqasse küçəsindəki mənzilinə köçdükdən sonra “azad assosiasiya” texnikasını tətbiq etmək üçün hipnoz divanını saxladı. Freyd başa düşdü ki, uzanma insanın nəzarəti itirməsini təşviq edir, bu da instinktiv söhbətlərin yaranmasına şərait yaradır. Təəccüblü deyil ki, “divan” sözü Fransız dilində “coucher” yalnız uzanmaq deyil, həm də fikirləri sözlə ifadə etmək mənasını verir.

Bu səbəbdən də Ziqmund Freydin iş otağının, eləcə də onun fəaliyyətinin əsas simvolu məşhur psixoanaliz divanı hesab edilir.

Freydin divanı təxminən 1890-cı ildə xəstəsi Madam Benvenisti tərəfindən ona hədiyyə edilib. Divanın üzərinə Freydin əlavə etdiyi zəngin naxışlı Şərq mədəniyyətinin incə nümunəsi Qaşqayi xalçası divanın sadə və kobud taxtalarını gizlətməyə və otağa xüsusi gözəllik qatmağa kömək olub. Xalçanın üstünə düzülmüş tikmə yastıqlar bu sadə divanı daha cəlbedici edir. Xalça ilə örtülüb Freydin məsləhət otağının mərkəzinə yerləşdirilən divan, həm otağa ciddi bir aura qazandırır, həm də xəstələrə tibbi çarpayıdan fərqli, daha rahat bir yer təqdim edirdi.

Freydin divanı zamanla psixoanalizin özü ilə eyniləşdirilib və dünyanın ən məşhur məişət mebellərindən birinə çevrilib. Divan həmişə Freydin həm ofisi, həm də evi olan otağın əsas hissəsində yer alıb və işlə ev, xəstəliklə həyat arasındakı sərhədləri aradan qaldırdığı deyilir.

1938-ci ildə Freyd Vyanadan Londona köçərkən, divanı da özü ilə gətirdi. Bu, onun yaşadığı və işlədiyi “fin-de-siècle” Vyana atmosferini Londonda yenidən yaratmaq üçün vacib idi. Bu məşhur divan hazırda da Londondakı Freyd Muzeyində Freydin iş otağının mərkəzində qalmaqdadır.

“Burada həmişə müqəddəs bir sükut və rahatlıq hiss olunurdu. Bu otaqlar xəstələr üçün çox gözlənilməz bir mənzərə ola bilərdi, çünki heç bir halda həkim kabinetini xatırlatmırdı, əksinə, arxeoloqun iş otağını andırırdı… Buradakı hər şey insana müasir həyatın sürətindən uzaqlaşma hissi bəxş edir, gündəlik qayğıların unudulduğu bir sığınacaq təsiri bağışlayırdı.” Sergey Pankejeff, “Canavar Adam” kimi tanınan xəstəsi deyirdi. Rus əsilli bu xəstə uşaqlıq travmaları və qarışıq yuxuları ilə tanınır. Freyd onun vasitəsilə uşaqlıqda yaranan psixoloji problemlərin yetkinlik dövründəki təsirlərini öyrənib.

Ondan əlavə bu xalça üzərində uzanan Freydin məşhur pasiyentləri çox olub və onlar psixoanaliz elminə yeni nəzəriyyələr qatıblar. Məsələn Anna O. (Bertha Pappenheim) – Anna O. “söhbət terapiyası” ideyasını irəli sürən ilk xəstələrdən biri kimi tanınır. Dora (Ida Bauer) – İsteriya və ailədaxili problemlərdən əziyyət çəkən bu gənc qadın Freydin psixoseksual nəzəriyyələrinə ilham verən xəstələrdən biri olub. Dora müalicəni erkən dayandırmış olsa da, onun hekayəsi Freydin əsərlərində xüsusi yer tutur. Rat Man (Siçovul Adam) – Ernst Lanzer – Bu xəstə obsessiv-kompulsiv nevrozdan (OKB) əziyyət çəkirdi. Freyd, Ernst Lanzerdə müşahidə etdiyi obsesif düşüncələri və davranışları təhlil edərək OKB-yə dair fikirlərini inkişaf etdirmişdi.

Freydin psixoanaliz divanını örtən Qaşqayi Şəkərli xalçası sıx düyünlü və yundan hazırlanmış xovlu bir xalçadır. Xalçanın xov hissəsi yundan hazırlanıb, kənarları isə yundan toxunmuş əlavə arğı ilə birlikdə hazırlanıb. Xalça ənənəvi naxışlarla bəzədilib və əsasən qırmızı, mavi, qəhvəyi və ağ rəng çalarlarına malikdir.

Xalçanın uclarında düz toxunuşlu mavi və qırmızı zolaqlar yerləşir, bunların ardınca yundan hörülmüş saçaqlar gəlir. Xalçanın kənarları qırmızı yun saplarla tikilərək bağlanıb. Aşağıdakı arğı sıraları diaqonal tikişlərlə yerində möhkəmləndirilib.

Bu xalça Freydin divanına vizual zənginlik qatmaqla yanaşı, həm də Şərq mədəniyyətinə olan marağını və estetik zövqünü əks etdirirdi. Xalçanın mürəkkəb və rəngarəng naxışları həm iş otağına ciddi bir aura gətirirdi, həm də xəstələrə rahatlıq və sığınacaq hissi verirdi.

Qaşqayi xalçaları Azərbaycanın cənubunda yaşayan Qaşqayi türkləri tərəfindən toxunan məşhur xalça növlərindən biridir. Qaşqayi türkləri köçəri həyat tərzi ilə tanınır və onların toxuculuq sənəti öz unikal naxışları, rəng çalarları və yüksək keyfiyyəti ilə fərqlənir. Bu xalçaçılıq məktəbinin Azərbaycan xalçaçıqlıq məktəbinə xüsusi ilə Quba xalçalarına böyük təsiri olduğu da deyilir. /modern.az

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ümummili Lider Heydar Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə şahmat turniri keçirildi.

Next

2025-ci ildə uşaqlara ən çox bu adlar verilib

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv