Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

TDT dostluq və qardaşlıq birliyidir

By Vüsal Rafiqoğlu
03.04.2025 4 Min Read

Bu təşkilatın siyasi və iqtisadi güc mərkəzinə çevrilməsində ölkəmiz önəmli rol oynayır

Hazırda dünyadakı kataklizmlər, münaqişə ocaqları hər bir ölkəni məcbur edir ki, mövcud qarşıdurmalardan uzaqlaşmağın geosiyasi variantlarını tapsın. Bunun üçün ilk növbədə balanslı siyasət yürütməklə bərabər, həm də dostların əhatəsini genişləndirmək lazım gəlir. Bu tendensiya indi daha çox Azərbaycana lazımdır. Çünki ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsini hələ də həzm edə bilməyən böyük dövlətlər  və onların himayə etdiyi revanşist Ermənistanın təhdidi mövcuddur.

Elə buna görə də Azərbaycan indiki məqamda qonşuları ilə dinc yanaşı yaşamaq prinsipi ilə bərabər, həm də türkdilli dövlətlərin birliyinin qurulmasına cidd- cəhdlə çalışır. Məhz son illər Türk Dövlətləri Təşkilatının (TDT) güclənərək proseslərə təsir imkanlarını artırması bu qurumda bir araya gəlmiş dövlətlərin böyük uğurudur. Sözügedən təşkilatın qurulmasında və addım-addım inkişaf edərək güc mərkəzinə çevrilməsində Azərbaycanın rolu danılmazdır. Prezident İlham Əliyev bu birliyin əhəmiyyətini qiymətləndirərək deyib ki, ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.

Türk Dövlətləri Təşkilatı təkcə siyasi  deyil, eyni zamanda, iqtisadi əməkdaşlıq birliyidir. Məhz buna görə də son bir neçə ildə təşkilata üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün xeyli layihələr həyata keçirilib. Xüsüsilə Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında «Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqın­da» 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqləndikdən sonra TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Yəni, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlu­matların elektron şəkildə mübadiləsi ger­çəkləşib. Nəticədə sürətli yük daşımaların həcmində nəzərəçarpacaq artıma nail olunub.

Onu da xüsusi vurğulamaq lazımdır ki, ötən illərdə  Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azər­baycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki çıxışın­da TDT-yə üzv bütün ölkələr arasında qardaşlıq münasibətləri olduğunu və dövlət siyasə­timizin bu təşkilatı gücləndirmək məqsədi daşıdığını bildirib. Ölkəmizin başçısı daha sonra bildirib: «Türk Dövlətlə­ri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, bö­yük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəq­liyyat yollarıdır, gənc əhalidir, artan əhali­dir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etmə­liyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.»

Bu birliyin parlaq ifadəsi statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, ötən il Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 300 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 24 faiz çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olub. Qlobal çağrışlar fonunda türk dövlətlərinin inteqrasiyası və daha da güclənməsi müşahidə olunur. 1, 4 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan türk dünyası birləşir və güclənir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, böyük türk dünyası hazırda beynəlxalq mü­nasibətlərin yeni bir güc mərkəzinə çevrilməkdədir. Bu gün TDT-yə üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Bu dövlətlərdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edir. Bu isə o deməkdir ki, dünyadakı  ticarət dövriyyəsinin  3 faizi TDT-yə üzv ölkələrin payına düşür.

TDT, eyni zamanda, qardaşlıq və dostluq birliyidir. Birliyə üzv ölkələr bir-birlərinin ən çətin dövrlərində yardımlaşmaq, dəstək olmaq ideyası ətrafında da birləşməyi bacarır. Bunu biz TDT-yə üzv ölkələrin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan bərpa-qu­ruculuq işlərində iştirakında da müşahidə etdik. Prezident İlham Əliyev 2024-cü ilin iyunun 6-da TÜRKPA-nın nümayəndə heyəti ilə görüşündə bununla bağlı deyib: «Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Tür­kiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezideinti, Qırğızıstan Prezi­denti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir».

Xatırladaq ki, düşmən işğalından xilas edilən ərazilərimizdə dost Özbəkis­tan və Qazaxıstanın maliyyə dəstəyi ilə bir məktəb və bir incəsənət mərkəzi tikilib istifadəyə verilib. Qırğızıstanın  maliyyəsi ilə inşa ediləcək daha bir məktəbin təməli ötən il  Qırğı­z Respublikasının Prezidenti ilə dövlətimizin başçısı tərəfindən Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə bir məntəqənin inşasının Macarıstanın maliyyə dəstəyi ilə gerçəkləşdiriləcəyi nəzərdə tutulub. Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng la­yihələr türk şirkətləri tərəfin­dən icra edilir. Eyni zamanda, dəmir yo­lunun bərpası prosesi də sürətlə aparılır. Horadiz-Ağbənd dəmir yolunun podratçı­sı isə Türkiyə şirkətləridir.

Artıq işğaldan azad edilmiş   əraziləridə 13-cü yaşayış məntəqəsi yenidən inşa edilərək istifadəyə verilib. Hazırda həmin ərazilərdə 40 min keçmiş məcburi köçkün yaşayır və ölkə başçısının bildirdiyi kimi, ilin sonuna qədər daha 40 min insanın öz yurdlarına qayıdışı təmin ediləcəkdir.

Elçin Zaman, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəfərimizin formulu: Güclü dövlət – Güclü Lider

Next

Humanizm ənənəsi

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv