Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycan polisinə qarşı “Youtube cəbhəsi”: 8 min avroya iftira! NƏ BAŞ VERİR?

By Vüsal Rafiqoğlu
07.04.2025 3 Min Read

Gözümçıxdıya salınan ölkələrdə qarışıqlıq yaratmaq üçün tarixən çox müxtəlif variantlar mövcud olub. Məsələn, “soyuq müharibə” dövründə “PKK”, Asala” kimi terror təşkilatları heç şübhəsiz, təsadüfdən yaranmamışdı. Eyni zamanda onların funksionallığı dünyanın iki əsas gücünün arasındakı münasibətlərin dinamikasından ciddi şəkildə asılı idi.

Növbəti etapda Çin Şarpın “inqilablar nəzəriyyəsindən” ilhamlanan qüvvələr ortalıqda təxminən 3-4 il boyunca var – gəl etdilər. Amma məlum estafet də Azərbaycanda fiaskoya uğrayınca, durdurulunca plan yenidən dəyişdi və…köhnə üsluba qayıdıldı. Sadəcə, bu dəfə daha təkmil formada. “İŞİD” və ona bənzər terror təşkilatlarının timsalında. (Bir faktı deyim ki, yaranışından düz 1 il sonra artıq “İŞİD”in eynən dövlət kimi təşkilatlanmış ordusu, gerbi, himni-filan vardı. Necə? Əlbət ki, dünyanın hansısa gücü – hərgah, aydındır, hansı gücü – tərəfindən ortaya çıxarılmasından dolayı)

Bir müddət sonra hər deşikdən, hər kol-kosdan “araşdırmaçı jurnalistlər”in boylandığını gördük və bu qiyafədə peydahlananların əsas vəzifəsi dezinfomasiyalarla, uydurma faktlarla, saxta sübutlarla beyinləri “yumaq” idi.

Fəqət, o da təsiredici olmadı.

Nəhayətində isə qərara alındı ki, siyasi çaxnaşmaların episentrində QHT-lər, bloqlar dayansın və…məlum icraat (bütün ölkələrdə) hüquq-mühafizə orqanlarına qarşı düzənlənəcək mənəvi terorlar, siyasi təqiblər üzərindən reallaşsın.

Təxminən 7 ildir, prioritet bax budur.

Diqqət edin: Xaricdə məskunlaşan və “tula payı” ilə qidalanan bəlli şəxslər, blogger adı ilə fəaliyyət göstərən vətən xainləri əsasən kimləri hədəf alırlar? – Güc strukturlarını.
Səbəb?! Çünki, tapşırıq, tezis, təlimat belədir.

Mehman Hüseynov sizcə niyə özünü və bütün fəaliyyətini Vilayət Eyvazovdan danışmağa həsr edib? Ya da olsun, Tural Sadıqlı. Ərsəyə gətirdiyi 3-4 verilişə ardıcıl baxsanız görəcəksiniz ki, adam yalnız DTX və Prezidentin Mühafizə Xidmətindən, həmin qurumların rəhbər şəxslərindən danışır.

Təsadüfdürmü? Könülləri belə istəyir, ona görəmi? Xeyr! Əsla!
Azərbaycanın ən etibarlı və uzun illər boyunca sınaqdan keçmiş məmurları ona görə hədəfə alınır ki, dövlətçiliyə zərbə onurğadan vurulsun, vətəndaşda ən ciddi kadrlarla bağlı mənfi, eyni zamanda yanlış rəy formalaşsın, Prezidentin inandığı və güvəndiyi insanların imicinə kölgə salınsın, əsas sütunlar sıradan çıxarılsın…

Hər verilişin də öz qiyməti var! Və bunu Tural Sadıqlı adında şüursuz məxluq AŞPA-nın 3 ay əvvəl keçirilən Plenar iclasından öncə, içkili vəziyyətdə, ağzı köpük vura-vura Avropalı deputatlara etiraf edib. Üstəlik, etirafla kifayətlənməyərək, qiymətlərin qaldırılması ilə bağlı(!) onlardan kömək istəyib.

Dəqiq bildiyim odur ki, Vilayət Eyvazov və Hikmət Hacıyevlə bağlı bir verilişə görə xarici xüsusi xidmət orqanlarının “söyüş müxalifəti”nə ödədiyi məbləğ 8 min avrodur! Baxış sayı 100 mini keçdikdə isə, 10 min avro!

Allah kəssin, belə qazanılan pulu.

Allah kəssin, həmin pulla evə alınan bazarlığı, əyinə geyinilən şalvarı.
Dünən, haqqında danışdığım və adını çəkmək istəmədiyim ünsürlərdən birinin verilişinə baxırdım. Yenə hədəfdə polisimiz idi…

Bunlar 1 saat belə polislə “uğraşmaqdan” vaz keçmirlər!
Bunların polislə bağlı, daha dəqiqi, polisə iftira atmaqla bağlı xaricdən gələn tapşırıqları, sifarişləri bir an belə səngimir!

Bunlar hətta müharibə, pandemiya dövründə belə polisi qaralamadan, ona nifrin püskürmədən günlərini tamamlaya, yekunlaşdıra bilməyiblər.
Bunların radikalı da, “FETÖ”çusu da, söyüş söyəni də, anasından- atasından küsəni də, genindən, qanından xəbərsiz olanı da bekar qalan kimi polisi “vurur”, polisi təhqir edir!

Xeyir ola? Niyə? Kimsiz axı siz?

Hələ bunun hədəsinə, şantajına bir baxın. Deyir, polislə bağlı xoş söz söyləyən istənilən şəxs haqda araşdırma aparacam, material toplayacam.
Topla, bacardığın qədər. Əlindən gələni əsirgəmə…
Toplayıb, nəsə tapıb, yayınlamayan da kişi deyil!
***

50 yerdə, 50 adamın yanında, 50 dəfə demişəm. Bu da 51-ci olsun!
Azərbaycan polisi mənim qürurumdur, fəxrimdir, əzəmətimdir, başımın tacıdır!
Və ona barmaq, dil uzadan bütün yaramazlar qarşılarında hər kəsdən öncə bizi görəcəklər!

IMG_7301.jpeg (97 KB)

Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əli Əsədovdan “Qırmızı Körpü” və “Samur”la bağlı MÜHÜM QƏRAR

Next

Astroloqdan bu bürcə xəbərdarlıq: Qarşıdakı günlərdə diqqətli olun

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv