Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Düşünсə dəhlizi”

By Vüsal Rafiqoğlu
07.04.2025 3 Min Read

“Uzun mətnləri heç kəs oxumur”, “qısa statuslar sosial şəbəkə istifadəçiləri üçün daha cəlbedicidir”, “akademik yanaşma cəmiyyət tərəfindən “həzm” olunmur”, “bu gün baş verən hadisələr sabah artıq mətbuat və cəmiyyət üçün öz aktuallığını itirmiş olur”, “qalmaqallı başlıqla yazılmayan mətnlər diqqətdən kənarda qalır” və digər bu kimi fikirlər artıq cəmiyyətin ictimai təfəkküründə təkzibolunmaz aksiom kimi həkk olunub. Media kapitanları da əksər hallarda bu cür fikirləri öz fəaliyyətlərində rəhbər tuturlar. Bu günlərdə sosial şəbəkələr sayəsində daha betər tendensiya müşahidə olunmaqdadır. Belə ki, hətta qısa şərhlər belə müxtəlif smayliklərlə əvəz olunur. Müşahidə etdiyimiz bu “inkişaf” isə cəmiyyəti sürətlə elə bir “yerə” doğru sürükləyir ki, insanların “düşüncə dəhlizi” getdikcə daralır, onların təbii yaradıcılıq bacarıqları isə hazır şablonlarla əvəz olunur. Biz isə sanki heç də bütün bunlar baş verməmiş kimi eyni münasibət göstərməyə davam edirik.

Bu fikirlər politoloq Asif Adilin “Düşünсə dəhlizi” sərlövhəli məqaləsində yer alıb.

“İki sahil” məqaləni təqdim edir.

Qeyd olunan obyektiv amillər qloballaşan və virtuallaşan müasir dünyamızın əsas xüsusiyyətlərindəndir. Xoşumuza gəlsə də, gəlməsə də bu reallıq mövcuddur və görünən odur ki, bu cür tendensiyalar artıq geridönməz səviyyəyə gəlib çıxıb. Prinsipial olaraq onu da vurğulayaq ki, oxşar tendensiyalar istisnasız olaraq bütün ölkələrdə mövcuddur. Yeganə fərq onların cərəyan etmə zamanındadır. Odur ki, qaçılmaz hesab olunan bu cür tendensiyaların neqativ təsirlərinin qarşısının alınması prosesində fəal iştirak hər bir məsuliyyətli vətəndaşın vəzifəsi olmalıdır.

Dünya ölkələrinin siyasi təcrübəsinə müraciət etsək görə bilərik ki, radikal təfəkkür sahibi olan siyasətçilər mövcud tendensiyalardan öz məkrli maraqları naminə qərəzli istifadə edirlər. Bunun da əsas səbəbi odur ki, qeyd etdiyimiz tendensiyalar sayəsində informasiya məkanında emosional məlumatlar getdikcə analitika və peşəkar yazıları əvəzləyir. Heç də təsadüfi deyil ki, siyasi bloqerlərin fəaliyyəti sayəsində “peşəkarlıq” və “peşə etikası” kimi amillər nəinki öz aktuallığını itirib, bu məfhumlar artıq arxaizmə çevrilməkdədir. Ona görə də siyasi şüurun deqradasiyası və yanlış sosial stereotiplərin formalaşdırılması kimi proseslər də müasir dövrün ən yayılmış sosial-siyasi təzahürlərindəndir.

İnformasiya texnologiyaları vasitəsilə yayılan emosional məlumat və stereotiplər sayəsində müasir cəmiyyət yeridilən sosial-mədəni stresslər səbəbindən “yorulur” və tədricən tənbəlləşərək düşünməyi yadırğayır. Yaşanan emosiyalar sanki düşünməyi qadağan edir, bəzi proseslər isə inersiya ilə inkişaf etməyə başlayır. Bunun nəticəsində də cəmiyyət tədricən tendensiyalara təslim olur. Ən azından ona görə ki, emosiya adekvatlığı yoxa çıxarır.

Təsadüfi deyil ki, siyasətdə qalmaqala hədəflənmiş fəaliyyət məhz populist və radikal siyasətçilərə məxsusdur. Onların fəaliyyəti sosial şəbəkələrin fəaliyyətinin alqoritmi ilə eynilik təşkil edir. Sosial şəbəkələrin iş alqoritmi isə elə təşkil olunub ki, insanların təfəkkürü zombiləşir və hazır stereotiplərlə doldurulur. Dolayısilə sosial şəbəkələr öz aqressiv mahiyyəti ilə tədricən insanları azad və sərbəst düşünmə qabiliyyətindən məhrum edir.

Bu mənada son dövrlərdə müxtəlif yutub kanallarının xüsusilə fəallaşması heç də təsadüfi sayıla bilməz. Sözügedən tendensiya o qədər qabarıq şəkildə müşahidə olunur ki, bunu gizlətmək belə mümkünsüzdür. Müxtəlif internet resursları sadəcə informasiyanı yaymır, onlar artıq siyasi yanaşma və baxışları yayırlar. Sıravi internet istifadəçisi isə çaşqınlıq içərisində qalır, çünki müxtəlif informasiya kanalları vasitəsilə radikal təfəkkür yanlış sosial oriyentirləri yaradır və saxta qəhrəmanlar formalaşdırır. Bunun nəticəsində isə ictimai təfəkkür eroziyaya uğrayır, fərd aqressivləşir və dünyaya “düşmən” gözü ilə baxır. Bütün bunlar ictimai-siyasi münasibətlərdə gərginliyin yaradılmasına yönəlib.

Sosial şəbəkələrin manipulyasiya alətlərindən biri cəmiyyətdə qeybətə olan meyilliliyin artırılmasıdır. Radikal təfəkkür sahibləri sosial şəbəkələrin məhz sözügedən “imkanlarına” daha çox müraciət edirlər. “Qeybət” bilavasitə emosional manipulyasiyaların təzahürü və hətta alətidir. Öz təsdiqini tapmayan, yoxlanılmamış və ya uydurulmuş bir fakt siyasi dövriyyəyə buraxılır, daha sonra həmin fakt ətrafında ölkənin informasiya məkanında qərəz dolu subyektiv mülahizələr tirajlanır. Beləliklə, hazırlıqsız orta-statistik vətəndaşın konkret məsələlərlə bağlı təsəvvürləri məhz tirajlanan “qeybət” əsasında formalaşdırılır. Bununla da adi məişət təzahürü hesab olunan “qeybət” siyasi hadisələrin gedişatına təsir etmək üçün gücə çevrilir. Sosial şəbəkələrin təsiretmə alqoritmi də məhz həmin “qeybət” prinsipinə söykənir.

Xatırladaq ki, radikal düşüncə alqoritminin əsas kateqoriyaları “qərəz” və “inkardır”. Bu mənada “qeybət” mühiti qərəz və inkarın inkişafı üçün ideal şərait yarada bilir. Qeyd olunan “parazit” amillər üstünlük təşkil edən yerdə əlbəttə ki, analitika boğular və onun üçün ümumiyyətlə yer tapılmaz. Rasionallığı tələb edən analitika olmayan yerdə adekvatlığın itirilməsi isə sadəcə, zaman məsələsidir.

Təsadüfi deyil ki, radikal təfəkkürün ritorikasında məhz “boykot”, “aclıq”, “hər şey çox pis”, “dözülməz”, “qəzəb”, “üsyan” və s. bu kimi ifrat mahiyyətli sözlər ən sevimli ifadələrdir. Bu cür ritorika vətəndaşın ictimai təfəkküründə emosional gərginliyi artırır və diqqəti yalnız konkret epizodların üzərinə yönəldir. Qeyd olunanlar isə bilavasitə qərəzli manipulyasiyaların təzahürdür. Təsəvvür edin ki, dərsə hazır olmayan şagird müəllimə: “Mənə iki qiymət yazsanız, özümü pəncərədən atacam” – deyərək şantaj edir, çalışır ki, onun dərsə hazır olmaması məsələsi artıq ikinci dərəcəli hadisə olsun. Razılaşın ki, bu absurd mənzərədir. Radikalların da zamanla təkrarlanan bəzi emosional manipulyasiyaları da eyni absurddur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistanın mina terroru – rəsmi Bakı hansı tədbirlərə əl ata bilər…

Next

Əmək müqaviləsi bağlamadan işə götürən vergi ödəyicisini hansı cəza gözləyir?

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv