Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Doğum şəhadətnaməsindəki səhvləri necə düzəltmək olar? – Detallar AÇIQLANDI

By Vüsal Rafiqoğlu
09.04.2025 3 Min Read

Tez-tez vətəndaşlar tərəfindən doğum haqqında şəhadətnamədə ad, soyad və ya ata adı ilə bağlı səhvlərə yol verilməsi ilə bağlı şikayətlər səsləndirilir.

Bu səhvlər isə sonradan böyük problemlərə yol aça bilir.

Əsl adı Ramin olan vətəndaşlardan biri soyadını dəyişdirmək üçün “ASAN Xidmət” mərkəzinə müraciət edəndə adının bir hərfinin (Ramil) sistemə səhv yazılması ona çətinlik yaradıb.

Belə ki, vaxtilə kağız üzərində adında edilən səhv düzəldilsə də, bu, rəsmi olaraq sistemdə dəyişdirilməyib.

Fərqli situasiya, lakin bənzər hadisələrdən biri Xalid Quliyev adlı vətəndaşın 6 yaşlı övladı Malikin başına gəlib. 6 yaşlı Malik doğum evində ana adının səhv qeyd edilməsinə görə doğum haqqında şəhadətnamə ala bilmir, məktəb üçün isə qeydiyyata düşməkdə çətinlik yaşayır.

Maraqlıdır, bəs görəsən, bu hal ilə qarşılaşan vətəndaşlar nə etməlidirlər?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran hüquqşünas Mircəlal Muradlı bildirib ki, vətəndaş doğum haqqında şəhadətnamədə edilən yanlışlığın düzəldilməsi üçün şəhadətnaməni verən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etməlidir:

“Qeydiyyat Şöbəsi təqdim edilən şəhadətnamədə mövcud olan yanlışlıqların aradan qaldırılmasından ötrü Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə müvafiq şəxsin adındakı yanlışlığın düzəldilməsinə dair elektron bildirişi göndərməlidir. Müvafiq elektron bildiriş Dövlət Reyestrində qeydə alındıqdan sonra vətəndaşa yeni doğum haqqında şəhadətnamə verilir.

Vətəndaşın qarşılaşdığı problemin həlli üçün onun yeni doğum haqqında şəhadətnaməsini dəyişdirməyinə ehtiyac yoxdur. Qeyd olunduğu kimi, bütün sənədlərdə adının Ramin getməsi, yalnız “ASAN Xidmət” mərkəzi tərəfindən sistemdə adının Ramil olaraq bildirilməsi onu deməyə əsas verir ki, vətəndaşa adında düzəliş edildikdən sonra yeni doğum haqqında şəhadətnamə verildiyi zaman Qeydiyyat Şöbəsi tərəfindən Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə müvafiq (şəxsin adındakı yanlışlığın düzəldilməsinə dair) elektron bildiriş göndərilməmişdir. Vətəndaş həmin şəhadətnaməni aldığı Qeydiyyat Şöbəsinə müraciət edərək müvafiq elektron bildirişin göndərilməsini rəsmi formada tələb etməyi tövsiyə edirəm. Vətəndaşın müraciəti müsbət nəticələnmədiyi və ya Qeydiyyat Şöbəsi tərəfindən hərəkətsiz qaldığı təqdirdə inzibati məhkəməyə müraciət edə bilər”.

Mircəlal Muradlı 6 yaşlı uşağın ana adında doğum evində səhvliyə yol verilməsi məsələsinə aydınlıq gətirərək bildirib ki, vətəndaş doğum haqqında verilmiş tibbi şəhadətnaməni Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə ərizə ilə birlikdə təqdim edərək səhvə yol verildiyini qeyd etməlidir:

“Qeydiyyat Şöbəsi vətəndaşın ərizəsi əsasında doğumu qeydə alınmış xəstəxanaya rəsmi sorğu verir, xəstəxana tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra müvafiq tibbi şəhadətnamədə ana adına yazılmış yanlışlıqları düzəldərək yeni doğum haqqında tibbi şəhadətnamə ilə yanaşı ana adının düzəldilməsinə dair müvafiq arayışı qeydiyyat şöbəsinə təqdim edir. Qeydiyyat Şöbəsi də bundan sonra doğum haqqında şəhadətnamə verərək vətəndaşı gecikmiş doğumlar siyahısına əlavə edərək Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə müvafiq elektron bildirişi göndərir. Qeyd edirəm ki, Qeydiyyat Şöbələrinin vəzifələrindən biri də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması ilə bağlı fiziki şəxslərə hüquqi yardım göstərməkdir”.

Hüquqşünas Sevinc Rəhimova əlavə olaraq bildirib ki, doğum haqqında şəhadətnamədə hər hansı dəyişiklik edilərsə, vətəndaşın bütün sənədləri dəyişdirilməlidir:

“Ad, soyad, ata adı və s. kimi dəyişikliklərin edilməsi üçün vətəndaş ilk növbədə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə və ya “ASAN Xidmət” mərkəzinə müraciət edir. Müraciətə əsasında 3-6 ay ərzində dəyişiklik edilir. Dəyişiklik edilmədiyi təqdirdə isə imtina sənədi verilir. Vətəndaş bu imtina sənədini aldıqdan sonra məhkəməyə müraciət edir. İmtina sənədi verilmədən vətəndaş məhkəməyə müraciət edə bilməz. Məhkəmə şahidləri dindirir, sorğular əsasında qərar verir. Qəbul olunan qərar Ədliyyə Nazirliyinə göndəriləcək, lazımı prosedurlar iş icra olunacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan XİN Dominikan Respublikası hökumətinə başsağlığı verdi

Next

Xanlar Vəliyevin yerinə o gələ bilər – ADLAR

Xəbər lenti

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv