Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Gözəllik arxasında təhlükə: lisenziyasız tibbi xidmətlərə qarşı yoxlamalar

By Vüsal Rafiqoğlu
10.04.2025 3 Min Read

Son illərdə gözəllik salonları yalnız estetik baxım deyil, həm də sağlamlıqla bağlı prosedurlar üçün müraciət edilən məkana çevrilib. Xüsusilə sosial mediada geniş yayılan gözəllik trendləri qadın və kişilərin bu sahəyə marağını artırıb. Lakin görünən odur ki, gözəlliyin arxasında gizlənən ciddi təhlükələr var. Artıq bəzi gözəllik salonları müştərilərə sadəcə saç və dırnaq baxımı deyil, həm də dərinin alt qatlarına inyeksiya edilən prosedurlar, lazer epilyasiyası və hətta botoks kimi tibbi yönümlü xidmətlər təklif edirlər.

Bir sıra gözəllik salonlarında mezoterapiya, pilinq, botoks və dolğu kimi xidmətlər həyata keçirilir. Bu isə artıq kosmetoloji xidmətdən çıxaraq, tibbi müdaxilə xarakteri daşıyır. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu məsələ ilə bağlı ciddi narahatlığını ifadə edib və bildirib ki, belə xidmətlər yalnız müvafiq lisenziyaya malik tibb müəssisələrində, ixtisaslaşmış həkimlər tərəfindən göstərilməlidir.

Ekspertiza mərkəzindən verilən açıqlamada bildirilir: “Gözəllik salonları sanitar-epidemioloji qaydalara cavab vermədiyi üçün burada tibbi-kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Bu xidmətlər yalnız tibb müəssisələrində aparılmalıdır”.

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq qurumlar tərəfindən artıq yoxlamalara başlanılıb. İndiyədək bir neçə salonda qanunsuz tibbi fəaliyyət faktı aşkar edilib. Bu fəaliyyətlər “lisenziyasız özəl tibbi xidmət” kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə və digər inzibati tədbirlərlə nəticələnir. Qaydaları pozan şəxslər barəsində işlər hüquq-mühafizə orqanlarına göndərilir.

Sanitar normalara əməl olunurmu?

Mütəxəssislər qeyd edir ki, gözəllik salonlarının bir çoxunda sanitar-epidemioloji normalara əməl olunmur. İynələrin təkrar istifadəsi, steril olmayan alətlərlə aparılan prosedurlar, qeyri-peşəkarların müdaxiləsi – bütün bunlar infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. Xüsusilə hepatit B və C, HİV və digər qanla keçən infeksiyalar baxımından bu cür hallar ciddi təhlükə yaradır.

Dermatoloq və kosmetoloq Lalə Hüseynova bildirir ki, əgər mezoterapiya və ya dolğu kimi prosedurlar peşəkar olmayan şəxslər tərəfindən aparılırsa, bu, dəri altına infeksiya düşməsi, allergik reaksiya, hətta sinir zədələnməsinə qədər aparıb çıxara bilər: “Bu, sadəcə estetik məsələ deyil, ciddi tibbi müdaxilədir”.

Gözəllik salonlarının daimi müştəriləri də vəziyyətdən narahatdır. Sakinlər arasında apardığımız sorğular zamanı məlum oldu ki, bir çoxları salon seçərkən əsasən qiymətə və xidmət çeşidinə diqqət edir, lisenziya və sanitar şəraitə isə fikir verilmir. Lakin bu məsələnin gündəmə gəlməsi ilə bir çoxları artıq daha diqqətli davranmağa başlayıb.

Aygün adlı müştəri respondent deyir: “Dost tövsiyəsi ilə getdiyim bir salonda botoks etdirdim. Sonradan məlum oldu ki, həmin qadın bu işi sadəcə kurs keçməklə öyrənib. Üzüm şişdi, bir həftə evdən çıxa bilmədim. İndi yalnız klinikaya müraciət edirəm”.

Gözəllik salonlarında aparılan yoxlamalar və qanunsuz tibbi prosedurlara qarşı mübarizə həm dövlət, həm də vətəndaş maraqları baxımından əhəmiyyətlidir. Müştərilərin isə seçim zamanı yalnız gözəllik və qiymətə deyil, həm də sağlamlıq və təhlükəsizliyə önəm verməsi vacibdir. Əks halda, gözəllik arzusu sağlamlıq problemləri ilə nəticələnə bilər.

Yoxlamalara və tətbiq edilən qadağalara qarşı gözəllik salonlarında çalışan bəzi mütəxəssislər də münasibət bildiriblər. Onların fikrincə, bu sahədə dəqiq tənzimləmə və düzgün maarifləndirmə olmadan belə tədbirlər həm sahibkarlar, həm də müştərilər üçün çətinlik yaradır.

Bakıda fəaliyyət göstərən tanınmış gözəllik salonlarından birində çalışan estetika üzrə mütəxəssis Günay Abbasova bildirir: “Biz öz sahəmiz üzrə sertifikat almışıq və daim təlimlərdə iştirak edirik. Müştərilər də bu xidmətləri istəyir. Əgər müəyyən prosedurlar yalnız həkim tərəfindən icra edilməlidirsə, bizə aydın şəkildə göstərilməlidir ki, harada sərhəd var. Qadağa varsa, alternativ yol da göstərilməlidir”.

Digər bir kosmetoloq-mütəxəssis, adının çəkilməsini istəməyən işçi isə daha sərt danışır: “Biz illərlə bu sahədə çalışmışıq, təcrübəmiz var. Klinikada çalışan bəziləri də elə bizim kimi kurs keçib işə başlayıb. Yoxlamaların məqsədi sağlamlıqdırsa, biz də sanitar norma və steril şəraitə əməl edirik. Amma bu işin tam qadağan olunması, müştərilərin də bizdən üz döndərməsi deməkdir”.

Bununla belə, peşəkar tibbi prosedurların yalnız ixtisaslı tibb işçiləri tərəfindən aparılması prinsipinə sadiq qalanlar da var. Onlar hesab edir ki, salonlarda kosmetik xidmətlə tibbi xidmətin arasındakı sərhəd birmənalı müəyyənləşdirilməlidir.

Salon meneceri Sevinc Məmmədova deyir: “Biz yalnız kosmetik xidmət göstəririk. Tibbi xarakterli prosedurları ya ümumiyyətlə, təklif etmirik, ya da müştərini klinikaya yönləndiririk. Lakin bu sahədəki qeyri-müəyyənlik bəzən biznesə də ziyan vurur. Qaydalar və təlimatlar açıq və əhatəli olsa, hamı üçün yaxşı olar”.

Sonda bir məqamı unutmayaq, gözəllik keçicidir, amma sağlamlıq əvəzolunmazdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Transsərhəd çaylarla bağlı durum acınacaqlıdır

Next

Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv