Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Yazda leysan, dolu, qar… – məhsul bolluğuna təhlükə?

By Vüsal Rafiqoğlu
10.04.2025 3 Min Read

“Bölgələrimizdə aktiv küləyin normadan artıq olması ziyandır”

Azərbaycanda havalar aprelin 8-dən etibarən təzədən soyumağa başlayıb. Ölkədə şimal və qərb rayonlarından başlayaraq, 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Yaz fəslində, ağacların çiçəkləndiyi və tozlanmanın başladığı dövrdə havaların təzədən kəskin soyuması kənd təsərrüfatında məhsuldarlığa neqativ təsir edə bilərmi?

Soya bitkisi əkinlərinin çoxaldılması ölkəmizin aqrar sektoruna yeni nəfəs  gətirəcək VİDEO - AZƏRTAC

Rəcəb Orucov

Naxçıvan MR-in keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov “Yeni Müsavat”a açıqlamasında deyib ki, havaların soyuması və yağıntıların artması lokal xarakter daşıyır. Onun sözlərinə görə, ölkənin bölgələrində iqlimlə bağlı vəziyyət eyni deyil: “Bəzi bölgələrimizdə aktiv küləyin normadan artıq olması bir az ziyandır. Bu, meyvə ağaclarının tozlanmasında problem yaradır və mayalanmış meyvə yataqlarının tökülməsinə səbəb olur. Ümumilikdə isə hava şəraiti o qədər də əlverişsiz deyil. Çox da katastrofik vəziyyət yoxdur. Havanın temperaturu mövsümə xarakterikdir”.

Ekspertin sözlərinə görə, tərəvəz bitkiləri hələ tarlalara köçürülməyib: “Yaz əkinlərinin səpinləri başlayır, hava şəraiti onlara da ciddi fəsad yaratmır. Külək taxıl sahələrinin sulanan hissələrində yatma ehtimallarını artırır. Bu isə qismən stress yaradır. Beləliklə, iqlim şəraitinin kənd təsərrüfatına o qədər də köklü təsiri yoxdur. Mərkəzi aran bölgəsində meyvə ağaclarında tozlanma mərhələsi artıq başa çatıb. Ölkənin meyvəçilik təminatında əsas rolu şimal bölgəmiz oynayır. Soyuq hava oraya qismən təsir edə bilər. Çünki çarpaz tozlanan bitkilər üçün küləkli hava əraitinin olması bir az müsbət haldır.Çünki tozlanmanın aktivliyini artırır. Lakin bu, normanı keçəndə bir az problem yaradır”.

Mütəxəssis bildirib ki, meyvələrin qiymət artımı, istehlak bazarındakı ümumi vəziyyət iqlim şərtləri ilə bağlı deyil: “Bu məsələlər qismən təsir edə bilər. Lakin total təsir müşahidə olunmur. Bu, tələb və təklif arasında olan məsələlərdir. Son illər ölkədə quraq hava şəraiti davam edirdi. Bu il, nəhayət ki, qar yağdı və torpaqlarımızın nəm ehtiyatı artdı. Bunun çox xeyri oldu. Məsələn, dəmyə əkinçiliyində suya olan tələbat asanlıqla ödənildi. Yaz əkinlərində torpaq-hazırlıq işlərində də öz bəhrəsini verdi.  Payızlıq taxılların monitorinqi keçiriləndə hiss olunur ki, fevral-mart ayında düşən qar və yağışların olduqca müsbət təsiri olub.  Düşünürəm ki, məhsuldarlıq baxımından uğurlu il olacaq”.

Kənd təsərrüffatı inkişaf etməsə ərzaq təhlükəsizliyi təmin olunmayacaq - Xaliq  Məmmədov

Xaliq Məmmədov

İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədovun sözlərinə görə, yağışın miqdarı və küləyin sürəti normadan artıq olarsa, bu, çiçəkli bitkilərin mayalanma prosesinə mənfi təsir göstərir: “Çıxış yolu ondan ibarətdir ki, fermerlər tozlanmanı sürətləndirmək üçün maye gübrələrdən istifadə etsinlər. Bu il qarın yağması və rütubətin kifayət qədər olması bitkilərin cücərməsinə və məhsuldarlığa çox yaxşı təsir göstərir. Lakin məhsuldarlıq təkcə yağış və qarın olmasından asılı deyil. Əkinə aqrokimyəvi qulluq lazımdır. Gübrələmə və dərmanlama çox vacibdir.  

Ölkəmizdə ən maraqlı sahə dənli bitkilərin əkinləridir. Keçən il dənli bitkilərin, məsələn, buğdanın, arpanın, dənlik qarğıdalının satış qiyməti aşağı olub. Ona görə də fermerlərimiz müəyyən qədər çətinliklə rastlaşdılar. Bu səbəbdən əkin sahələri bir qədər azalıb. Bu il əkinə qulluq yaxşı olarsa, narahat olmağa heç bir əsas yoxdur.  Hər şey fermerin maarifləndirilməsindən, fermerlərlə təchizatçı şirkətlər arasındakı əlaqədən asılıdır.  Kənd Təsərrüaftı Nazirliyi bilgiləndirməyə çox fikir verməlidir.  Özəl sektorla dövlət birləşib özünü göstərmək lazımdır. Bir hektar bağın salınmasına 20-40 min vəsait sərf olunur. Deməli, yaxşı məhsuldarlıq əldə etmək lazımdır ki, qoyulan investisiya geri dönsün. Müasir texnologiyadan, gübrələmədən və dərmanlamadan istifadə etməyən fermer məhsul götürə bilərmi? Ona görə də hər şey aqrotexniki qulluqdan asılıdır”.

Xatırladaq ki, 2024-cü ilin erkən yaz aylarından başlayaraq, bütün ölkə ərazisində qeydə alınan yağışlı, küləkli hava şəraiti meyvə istehsalına ağır zərbə vurmuşdu. Bu, ötən il meyvələrin qiymətində ciddi artımlara səbəb oldu. Xüsusilə gilas, albalı və digər giləmeyvələrdə qiymət artımı daha yüksək idi. Yağıntıların yay aylarında da davam etməsi isə payızlıq meyvələrin məhsuldarlığını kəskin aşağı saldı. Nəticədə ölkəyə meyvə idxalında ciddi artım baş verib. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2024-cü ildə Azərbaycana erkən meyvə və giləmeyvələrdən 2687,13 ton ərik (Özbəkistan, Tacikistan və Türkiyədən), 966,43 ton təzə turş albalı (İran, Qırğızıstan), 104,18 ton  Təzə albalı və gilas, digərləri (Özbəkistan, Çili, Argentina, İran və Türkiyə), 295,52 ton nektarinlər daxil olmaqla təzə şaftalı (Türkiyə, İran, Rusiya və sair) idxal edilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

​“WhatsApp”da yenilik – İcazə tələb olunacaq

Next

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv