Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qutsulu Azərbaycan hakimiyyəti azad etdirib? – detallar

By Vüsal Rafiqoğlu
11.04.2025 3 Min Read

Qaqauziya liderinin ev dustaqlığına buraxılmasında Bakının hansı rol oynadığı açıqlandı

Aprelin 9-da Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb. O, martın 25-də Moldovanı tərk etmək istəyərkən saxlanılmış, 20 sutka həbs cəzası verilmişdi. Muxtariyyətin rəhbəri Rusiya, Türkiyə və ABŞ liderlərinə məktub yazaraq, dəstək istəmişdi. Həbs 2023-cü il seçki kampaniyası zamanı qanunsuz maliyyələşdirmə və saxtakarlıq işi ilə bağlıdır.

Qutsul Moldova hakimiyyətinin ona qarşı iş uydurduğunu bəyan edib. 2024-cü ilin martında ölkə prezidenti Maya Sandu Qaqauziya başçısının hökumətə daxil edilməsi ilə bağlı sənədi imzalamaqdan imtina edərək, Qutsulun parlamentdə “işi olmadığını” söyləyib. Sandu Qutsulu “cinayətkar qruplaşmada işləmək”də ittiham edib. Moldova prezidenti Qaqauziyada keçirilən seçkilərdə Qutsulu dəstəkləyən “Şor” partiyasına istinad edib.

2023-cü ilin yayında Moldova Konstitusiya Məhkəməsi partiyanı konstitusiyaya zidd elan edib. “Şor” təmsilçiləri partiyaya qarşı bütün ittihamları siyasi motivli adlandırıblar. Qeyd edək ki, qaqauzlar türkdilli, pravoslav xristian inancına sahib olan qədim bir etnosdur. Onlar Oğuz türklərinə mənsub sayılırlar və dilləri Azərbaycan, Türkiyə türkcəsi ilə yaxınlıq təşkil edir. Qaqauzlar öz dillərinə “türk dili”, özlərinə isə “türk” deyirlər. O baxımdan, Qutsulun müraciətində xüsusən Türkiyə lideri Ərdoğandan dəstək gözlənilirdi.

Diqqətçəkən maraqlı detal odur ki, Qaqauziya rəhbərinin ev dustaqlığına buraxıldığı gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mihovu qəbul edib. Görüş zamanı Azərbaycan-Moldova əməkdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri, münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub. Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoyla görüşünü məmnunluqla xatırlayan C.Bayramov ikitərəfli, eləcə də çoxtərəfli əməkdaşlığın inkişafında bu kimi təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib.

İkitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, xüsusilə enerji təhlükəsizliyi sahəsi üzrə tərəfdaşlığın inkişaf perspektivlərindən istifadənin əhəmiyyəti vurğulanıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni gündə, Azərbaycan və Moldovanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Moldova tərəfindən isə dövlət katibi Sergey Mihov rəhbərlik edib.

Müşahidəçilər və təhlilçilər istisna etmirlər ki, “görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb” informasiyasında Qutsulun həbsi də yer ala bilər. Qaqauz liderinin Ərdoğana müraciətindən sonra Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycanın onun azadlığa buraxılmasını Moldova hökumətindən xahiş etməsi kifayət qədər mümkündür. Üstəlik, Bakı ilə Kişineu arasında əlaqələr yaxşı səviyyədədir. Yada salmaq yerinə düşər ki, Moldova prezidenti Bakıda keçirilən “COP29″ konfransında da iştirak etmişdi.

Ümumiyyətlə, Azərbaycanın bir sıra məsələlərdə barış rolu oynadığı faktdır. Elə son olaraq prezident ilk dəfə açıqladı ki, Türkiyə ilə İsrail arasında iki il qabaq barışığın əldə olunmasında rəsmi Bakı vasitəçilik edib. Niyə də Qutsulun azad edilməsi üçün də Moldovadan bunu istəməsin ki?! Yeri gəlmişkən, hələ 2021-ci ildə Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Qaqauz Muxtar Ərazisinin ovaxtkı rəhbəri İrina Vlahla görüşmüşdü. Yəni Bakının muxtar bölgə ilə təmasları və diplomatik kanalları da var. Eyni zamanda hazırkı rəhbər Qutsulun 2023-cü ildə Azərbaycan Prezidentinə ad günü təbriki var. Bundan başqa, Qaqauziyada Heydər Əliyev Fondu tərəfindən Çadır-Lunqa bələdiyyəsində mədəniyyət və təhsil mərkəzi inşa edilib.

ABŞ yeni ittifaq formalaşdırır" - ELXAN ŞAHİNOĞLU

Elxan Şahinoğlu 

Analitik Elxan Şahinoğlu da bu ehtimalı mümkün sayır. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan Türkiyə ilə İsrail arasında barışıq üçün vasitəçilik edibsə, Qaqauziya liderinə görə də Moldovaya xahişimiz ola bilər: “Eyni zamanda Türkiyə bizə müraciət edə bilər ki, Azərbaycan Moldovadan Qutsulun azad olunmasını xahiş etsin. Nəzərə alaq ki, Azərbaycan Moldova ilə GUAM-da bir yerdədir, yəni rəsmi Bakı özü də bu müraciəti edə bilər. Qutsulun Rusiya prezidentinə də müraciət olmuşdu. Ancaq Moldova hökumətinin Moskva ilə münasibətləri soyuqdur, ona görə düşünmürəm ki, Azərbaycan Rusiyanın xahişi etmiş olsun. Ona görə də Türkiyənin xahişinin nəzərə alınması mümkündür”.

Məlumat üçün deyək ki, Qutsul 1986-cı ildə Moldovanın Vulkanesti rayonunun Etuliya kəndində anadan olub. İxtisasca hüquqşünasdır. O, 2023-cü ilin martında Qaqauziya başqanı (prezidenti) postuna “Şor” partiyasından namizəd olub və ikinci turda qalib gəlib. Sonradan həmin partiya Moldovada konstitusiyaya zidd elan edilib və qapadılıb. Xanım Qutsul namizədliyini irəli sürdüyü gündən “Rusiyanın adamı” hesab edilib və onun seçki kampaniyasında bir sıra rus siyasətçiləri, eləcə də Rusiya mədəniyyət xadimləri fəal iştirak ediblər. Məsələn, Filipp Kirkorov, Nikolay Baskov, Stas Mixaylov kimi məşhur müğənnilər rus dilində Qaqauziyanın himnini oxuyub, buna videoklip çəkib, seçkilərin ikinci turunda xalqı Yevgeniya Qutsula səs verməyə çağırıblar. Birinci turda o, əsas rəqibi Qriqori Uzundan 0,07% çox səs toplayıb və 26,47% səslə seçki birincisi olub. Mayın 14-də keçirilən ikinci turda Y.Qutsul 52,34% səslə qalib gəlib. Qutsul qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilmiş, konstitusiyaya zidd elan edilən, qaçaq oliqarx İlan Şorun yaratdığı “Şor” partiyasına qarşı iki il əvvəl açılmış iş üzrə dindirilib. İ.Şor Qutsulun himayədarı, ağıl və maliyyə verəni hesab olunur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Ersin Tatarla görüşdü

Next

Bu ərazilərə qar yağmağa başladı

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv