Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Üç paytaxtdakı anti-Azərbaycan təşkilatı

By Vüsal Rafiqoğlu
11.04.2025 3 Min Read

Onların bağlanması mexanizmi olmasa da, hər üç Avropa paytaxtındakı təşkilatların ölkəmizə münasibətdə qərəzli münasibəti dəyişməsi zərurəti var

Özlərini dünyada “insan hüquqlarının müdafiəsi üzrə ən kamil qurumlar” kimi qələmə verən “Amnesty İnternational”, “Transparency İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatlar Azərbaycana münasibətdə daima sərgilədikləri mövqe ilə hansı məqsədlərə xidmət etdiklərini təsdiqləyiblər.

Bu təşkilatlar bir dəfə olsun belə Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış edilməyib. Azərbaycanda hansısa xırda bir məsələni şişirdərək dünya səviyyəli problemə çevirməyə çalışan bu təşkilatlar yalnız onlara verilən tapşırıq və əmrlər əsasında fəaliyyət göstərirlər. Həmin əmrdən kənara çıxmaq isə bu təşkilatların maliyyə mənbəyinin “quruması” ilə nəticələnə bilər.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı “Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyətinin dayandırıldığını, lakin bunun kifayət olmadığını deyib. İ.Əliyev  diqqətə çatdırıb ki, siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, “Amnesty İnternational”, “Transparency İnternational” kimi təsisatların fəaliyyətinin qarşısı alınmalıdır. Qeyd edək ki, bu qeyri-hökumət təşkilatları dövlətdən pul almadığını iddia edir, amma şübhəli fondlardan və ianələrdən maliyyələşdiyini təsdiqləyir. “Human Rights Watch” ABŞ-da, “Transparency İnternational” Berlində, “Amnesty İnternational” Londonda mənzillənib. Bu təşkilatlar zaman-zaman qeyri-dəqiq hesabatların dərc edilməsinə, şübhəli reputasiyalı insan haqları təşkilatları ilə əməkdaşlığa,  hesabatlarda qərəzliliyə görə daima tənqid edilirlər.

Onların bağlanması mexanizmi olmasa da, hər üç Avropa paytaxtındakı təşkilatların Azərbaycana qarşı qərəzli münasibəti dəyişməsi zərurəti var.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bu barədə “Yeni Müsavat”a bildirdi ki, cənab Prezidentin ADA Universitetindəki  çıxışı çox əhatəli və vacib məsələləri əks etdirib: “Cəmiyyətdə çox maraqla qarşılanıb. Prezident bir çox beynəlxalq təşkilatlarla bağlı fikirlərini bildirdi, o cümlədən Avropa Şurasının baş katibinin Azərbaycanın bu təşkilatdan çıxmamaqla bağlı xahişinin olduğunu dedi. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının artıq Azərbaycan üçün imperativ-məcburi olmadığı qeyd olundu. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində əgər Azərbaycan nümayəndə heyəti iştirak etməyirsə, o zaman həmin hakimlərin qəbul etdiyi qərarlara münasibətin də belə olacağını Avropa Şurası başa düşməli idi. Amma çox təəssüflər olsun ki, Avropa Şurası da digər adıçəkilən beynəlxalq təşkilatlar kimi Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verdilər və nəticəsi də bugünkü reallıqdır. Mənə belə gəlir artıq hamıya aydındır ki, Azərbaycan nümayəndə heyəti AŞ PA-nın işində iştirak etmir.  O ki qaldı “Human Rights Watch”, “Amnesty International”, “Transparency International” kimi təşkilatlara, bu təşkilatlar həmişə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdiriblər. Yeri gəlmişkən, bir şeyi deyim ki, “Human Rights Watch” təşkilatının 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın Gəncəyə dinc əhalinin üzərinə qadağan olunmuş bombalarla zərbələr endirməsinə münasibəti gözümüzün qabağındadır və unutmamışıq. O zaman onların davranışına qarşı Azərbaycandan ciddi tənqidlər olduqdan və Bərdəyə də raketlər atılandan sonra onlar Azərbaycana gəldilər və yarımçıq bir hesabat hazırladılar. İki ay ərzində yarımçıq hesabat hazırlayacağıq deyə getdilər. Hazırladıqları hesabatda Azərbaycanı Ermənistana qarşı hansısa hüquq normalarını pozan hərəkətlərdə ittiham edib, Azərbaycanı Ermənistanla bərabərləşdirməyə çalışdılar. Bu, həmin təşkilatın Azərbaycana qarşı ən çirkin qərəzlərindən biri idi. Belə bir təşkilatlara artıq Azərbaycanda zərrə qədər etimad qalmayıb. Çünki onlar tamamilə siyasi təşkilatlara çevriliblər, hüquq müdafiəçiliyindən əsər-əlamət qalmayıb. Sadəcə olaraq, hüquq müdafiəsi, insan haqları adı altında bir sıra dövlətlərə basqı edirlər. Ona görə də ilk növbədə həmin təşkilatların özlərini düzətlmələrinə zərurət var. Ya adlarını rəsmi olaraq siyasi təşkilat elan etməlidirlər, ya da siyasi və qərəzli mövqelərindən imtina etməli və ədalətli hüquq müdafiə təşkilatı rolunda çıxış etməlidirlər. Bu sırada da ən çox qərəzli münasibət sərgilədikləri Azərbaycana münasibətlərində qərəzi kənara qoymalıdırlar. Bu zərurəti dərk edib buna uyğun davranışa keçməsələr, onlar Azərbaycan tərəfindən arzuolunmaz təşkilat kimi qəbul oluna bilər”.

Hüquq müdafiəçisi qeyd etdi ki, “Human Rights Watch”, “Amnesty İnternational”, “Transparency İnternational”ın ermənilər tərəfindən də maliyyələşdirildiyi barədə dəfələrlə məlumatlar yayılıb, faktlar açıqlanıb. Ona görə də həmin təşkilatların anti-Azərbaycan mövqeyinə köklənməsində bu amil də rol oynayır. Bu təşkilatların artıq dünyada da nüfuzu qalmayıb. Ona görə də fəaliyyətlərinin zərərli, qeyri-qənaətbəxş olduğu səbəbilə fəaliyyətləri dayandırılmalıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu ərazilərə qar yağmağa başladı

Next

Parlament Xanlar Vəliyevlə bağlı təqdimata baxacaq

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv